6 abituriyent və 1 nəzarətçi... - İmtahandan qovuldu
Dişin ağrıyır, deyir ki, get qan analizi ver - Aparıcı
Azərbaycan Antalyadan belə geri qalır - Ekspert
Şairə Nigar Həsənzadənin poeziya axşamı keçirilib
Mülk sahibinin xəbəri olmadan sökülüb
Rüfət Səfərovun həbs müddəti uzadıldı
“Georgi lenti“li Saleh Səmədov həbs edilib
Sabah 31-36° isti olacaq
Qardaş bacısının boğazını kəsdi
Son 24 saat: Ruslar 1250 əsgər itirib


22.02.2022  16:02 

“Qərb Moskvaya taktiki olaraq uduzdu“ - Politoloq





A+  A-

Rusiyanın Ukraynanın Donbas regionunu işgal edərək yaratdığı qondarma "Luqansk" və "Donetsk" respublikalarının tanıması Qərbin Moskvaya taktiki olaraq uduzmasıdır.

XəzərNews.az xəbər verir ki, bu barədə açıqlama ilə MCP sədrinin müavini Məhəmməd Əsədullazadə çıxış edib.

Politoloq bildirib ki, Ukraynanın uzun illər Krımı və Donbası geri almasi mümkün deyil:

"Ümumiyyətlə, Ukraynanın Donbasa hücumü da gözlənilmir. Qərb buna icazə verməyəcək. Lokal döyüşlər davam edə bilər. Çünki, Rusiya ordusu Donbasdadır və növbəti müharibə Xarkov və digər ərazilərin işğalı ilə nəticələnə bilər. Rusiya və Qərb geopolitik qarşıdurmasında Ukraynanın parçalanması davam edə bilər.

Qərbin iqtisadi sanksiyaları Kremli geri addım atması üçün yetərli deyil. Çünki Qərb iqtisadi və biznes maraqlarını siyasət və təhlükəsizlikdən üstün tutması aydın görsənir.

Qərb 2008-ci ildən regionda Rusiyaya uduz. Artıq Ruiyanın post-sovet ölkələri üzərində təsiri artmaqdadır. Bunun qarşısını almaq üçün Qərbin hərəkət etməməsi siyasi nizamı Moskvanın leyhinə dəyişir. Qərb iqtisadi deyil, hərbi imkanları ilə Rusiyanın qarşısına çıxmayinca Moskvanın ekspansiyasi davam edəcək.

ABŞ və Avropanın Rusiyaya qarşı sanksiyaları ağırlaşdırı olmayacaq. Rusiyanin beynəlxalq ödəniş sistemi olan "Sviftdən" çıxarılmaması Kremlə yaşıl işığı söndürməməkdir.

"Şimal axinı- 2" qaz kəmərinə sanksiya qoyulmayacaq. Həmçinin Kremldə siyasi elitanin bank hesabları Qərbdə sanksiyalaşmayacaq. Rusiya rəhbərliyi bundan arxayındır və biznes maraqlarının Qərb üçün prioritet təşkil etdiyinin fərqindədir ki, Avropada növbəti dəfə "kvazi dövlətlər" yaradır, bir ölkəyə qarşı hücum edir.

ABŞ və Avropa dövlətləri bundan sonra da Rusiya ilə dialoqu və iqtisadi əlaqələri davam etdirəcəklər. Ukraynanın özüdə Rusiya ilə ticari və diplomatik müstəvidə əməkdaşlıq edəcək. Kiyevdə Rusiyanın səfirliyi fəaliyyət göstərir və ilk növbədə Ukrayna rəhbərliyi Moskva ilə siyasi-iqtisadi əməkdaşlığı davam etdirirsə, Qərbdə bunu edəcək. Kiyevdə Rusiya səfirliyi fəaliyyət göstərirsə və işini davam etdirəcəksə, hansi sanksiyalardan danışmaq olar?! Ona görə də Rusiya daha da qabağa gedir.
Ukrayna 2014-cü ildə Krımın anneksiyasından sonra Rusiya ilə diplomatik əlaqələri kəsməli və səfirliyi bağlanmalı idi".



Xəbər 1899 dəfə oxunub.




01.06.2025  14:54 

Saleh Səmədovu DTX həbs edib?

31.05.2025  13:13 

Sabah 31-36° isti olacaq

30.05.2025  15:47 

Zelenski Hakan Fidanı qəbul edib

30.05.2025  13:29 

Hakan Fidan Kiyevə səfər edib

30.05.2025  12:28 

Sabah 36 dərəcə isti olacaq


BÜTÜN XƏBƏRLƏR +