Müharibə veteranları üçün yeni güzəşt müəyyənləşir
Pensiya və müavinətlər artırıla bilər?
Qərbin Ermənistan üçün yeni “Vudro vilSON” PLANI
Rusiyadakı azərbaycanlı miqrantları nə gözləyir?
Direktor işdən çıxarıldı
Naxçıvanda qaya uçqunu baş verib- (VİDEO)
Mərkəzi Bank uçot dərəcəsini azaltdı
Canlı yayım açıb dərman tövsiyə edən əczaçıları hansı cəza gözləyir? – VİDEO
Bu aktyor “Komedixana”ya qayıdıb
Mahsun Qırmızıgül Bakıda konsert verəcək


20.02.2022  11:05 

Falçı ilə 500 minlik razılaşma - Məhkəmə





A+  A-

Prezident İlham Əliyevin köməkçisi, uzun illər Əmlak Məsələləri Dövlət Komitəsinə rəhbərlik etmiş Kərəm Həsənovun bacısı Rəna Ağarzayevadan fala baxmaq adıyla 2 milyon manat almaqda ittiham olunan Şəfəq İsmiyeva onunla barışıq sazişi imzalayıb. Bunu Rəna Ağarzayevanın həyat yoldaşı Sənan Ağarzayev də təsdiqləyib. Barışıq sazişini də notarial qaydada Sənan Ağarzayev imzalayıb. Razılaşmaya əsasən, Şəfəq İsmiyeva və onun valideynləri ayda 10 min manatdan olmaqla, 500 min manat pul verməlidilər. Bu yolla onlar Ağarzayevlərə dəymiş ziyanı ödəmək öhdəliyi götürüblər.

XəzərNews.az Demokrat.az-a istinadən xəbər verir ki, fala baxmaq adıyla Rəna Ağarzayevanı aldadıb, onun 2 milyon manatını dələduzluq yoluyla ələ keçirməkdə ittiham olunan Şəfəq İsmiyeva və onun qeyri-rəsmi həyat yoldaşı olmuş Ceyhun Zeynallının işi üzrə məhkəmə prosesi davam edir. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyilə keçirilən budəfəki məhkəmə iclasında Şəfəq İsmiyeva son sözünü deyib. O, hakimlərdən xahiş edib ki, hökm çıxararkən həbs olunacağı halda, iki azyaşlı övladına baxacaq kimsəsi olmadığını nəzərə alsınlar:

“Mən bu prosesdə şəxsiyyətimi, ləyaqətimi alçaldan çox şey eşitdim. Amma heç də hər şey elə deyildi. Özümdən artıq inandığım həyat yoldaşım məni başqa cür qələmə verdi. Anam xərçəng xəstəliyindən əziyyət çəkir. İndi mən məhkəməyə gələndə uşaqlarımı qonşuya həvalə eləyib gəlmişəm. Atamın 71 yaşı var. Xahiş eləyirəm, mənim haqqımda hökm çıxaranda, bütün bunları nəzərə alasınız. Uşaqlarımın məndən başqa heç kimi yoxdur”.

Ceyhun Zeynallı isə son sözünü demək üçün hakimlərdən vaxt istəyib.

Zərərçəkmiş qismində tanınan Sənan Ağarzayev bildirib ki, Şəfəq İsmiyevanın valideynləri ayda 10 min manat ödəmək öhdəliyi götürməkdən əlavə 5 min manat da ödəyiblər.

Təqsirləndirilən şəxslərin vəkilləri bildiriblər ki, hələ istintaq dövründə də zərərçəkmiş tərəfə 317 min ödənilib. Bunun 220 minini Ceyhun Zeynallının yaxınları, 97 minini isə Şəfəq İsmiyeva ödəyib.

Prokuror Ceyhun Zeynallının 13 il, Şəfəq İsmiyevanın isə 10 il 6 ay azadlıqdan məhrum edilməsini istəyib. Dövlət ittihamçısı hazırda ev dustaqlığında olan Şəfəq İsmiyevanın hökmdən sonra məhkəmə zalında həbs olunmasını da çıxışında qeyd edib.

Şəfəq İsmiyeva və Ceyhun Zeynallıya qarşı Cinayət Məcəlləsinin 178.4 (dələduzluq – xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsilə ittiham irəli sürülüb. İttihama əsasən, Şəfəq İsmiyeva “İnstagram”da səhifə açıb, özünü “Maya” adlı falçı kimi təqdim edərək, bu məqsədlə ona müraciət etmiş Rəna Ağarzayevanı aldadıb.

Şəfəq İsmiyeva ilkin izahatında Rəna Ağarzayevanı təkbaşına aldadıb, ondan pulları aldığını desə də, sonradan ifadəsini dəyişib. O bildirib ki, qeyri-rəsmi şəkildə birlikdə yaşadığı Ceyhun Zeynallı ilə birlikdə törədib. O iddia edir ki, alınan məbləğlərin böyük hissəsini də Ceyhuna verib. Onun sözlərinə görə, hətta pulun alınması üçün də dəfələrlə birlikdə gediblər.

Ceyhun Zeynallı isə özünü təqsirli bilmir, Şəfəq İsmiyevanın ona böhtan atdığını deyir. Onun sözlərinə görə, Şəfəq İsmiyeva ona bir neçə dəfə pul versə də, həmin vəsaitlərin bu yolla əldə etdiyini deməyib. Ceyhun Zeynallı bildirib ki, Şəfəq “WesternUnion” vasitəsilə xaricə dəfələrlə böyük məbləğdə pul göndərib. Əgər məhkəmə banklara sorğu verilsə, nə qədər pul göndərdiyi aydın olar.

Xəbər 1348 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

29.03.2024  13:05 

Sabahın hava proqnozu açıqlanıb

29.03.2024  11:23 

Kimlər hakim ola biləcək?

29.03.2024  11:00 

Lavrov Paşinyanı ittiham edib

29.03.2024  10:37 

Ombudsman bəyanat yayıb

29.03.2024  10:28 

Tanınmış jurnalist vəfat edib

28.03.2024  23:50 

Yevlaxda yol qəzası baş verib


BÜTÜN XƏBƏRLƏR +