Pensiya və müavinətlər artırıla bilər?
Qərbin Ermənistan üçün yeni “Vudro vilSON” PLANI
Rusiyadakı azərbaycanlı miqrantları nə gözləyir?
Direktor işdən çıxarıldı
Naxçıvanda qaya uçqunu baş verib- (VİDEO)
Mərkəzi Bank uçot dərəcəsini azaltdı
Canlı yayım açıb dərman tövsiyə edən əczaçıları hansı cəza gözləyir? – VİDEO
Bu aktyor “Komedixana”ya qayıdıb
Mahsun Qırmızıgül Bakıda konsert verəcək
Bellevue azərbaycanlıları... - Amerikaya getmək asandır, yoxsa orda yaşamaq?


20.02.2022  10:45 

Azəravtoyol yollarda ölüm mənbəyi yaradır - FOTO





A+  A-

Qanun qarşısında cavab verməlidirlər...

İki gün əvvəl Bakı-Quba yolunda, Tağıyev qəsəbəsi ərazisində baş vermiş qəzada cavan ər-arvad və onların bir yaşlı oğlu öldü. Dəhşətli hadisədir. Hələ də özümə gələ bilmirəm. Həmin gün o ailənin 8 üzvü öldü, 5-i dəm qazından, 3-ü isə qəzada. Düzdür, qəzada yüksək sürət, ölümdə isə təhlükəsizlik kəmərinin taxılmaması rol oynayıb. Amma bizim qanunvericilik imkan verir ki, qəzanın başvermə səbəbini də araşdırıb tədbir görsünlər. Yəni qəzaya səbəb olan amillər də nəzərə alınmalıdır. Hər halda, maşın heç nədən yoldan çıxıb aşmadı. Yolda ciddi qüsur var imiş.

Belə halda isə vətəndaş yol təsərrüfatındakı qüsura görə dəymiş maddi və mənəvi zərəri həmin yola cavabdeh olan dövlət qurumundan tələb edə bilər. Qəzadan sonra Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi dərhal qəza baş verən yerdə təmirə başlayıb.

Vətəndaşlar mənə çoxlu müraciətlər edib bildirmişdi ki, yolda çökmə nəticəsində boşluq (valna) yaranır və sürətli gedən maşın idarəetmədən çıxır. Təmirə başlamaq bunu təsdiq etdi.

Qəza videosu da DYP tərəfindən yayıldı və görüntülər də təsdiq edir ki, maşın sürətli gedir və qəfildən boşluğa düşərək idarəetmədən çıxıb yoldan kənara aşır. Deməli, qəzaya səbəb yoldakı nöqsandır.

Agentlik bunu vaxtında aşkar edib aradan qaldırmalı idi. Çünki Yollara Nəzarət İdarəsinin işi elə bu cür halları vaxtında aşkar edib qabaqlayıcı tədbir görməkdir. İşçilərinin xeyli hissəsi qohum-əqrabadan ibarət olan AAYDA rəhbərliyi bu hadisəyə görə məsuliyyət daşıyır. Çünki qəza onların fəaliyyəti və ya fəaliyyətsizliyi nəticəsində baş verib. Bu səbəbdən də qəzada ölənlərin yaxınları savadlı bir vəkil tutub Agentliyi məhkəməyə verə bilər. Bu işdə həm təzminat davası açılmalıdır, həm də cavabdeh şəxslər cinayət məsuliyyətinə cəlb olunmalıdır.

Yetər artıq, sizə görə hər il onlarla, bəlkə də yüzlərlə qəza baş verir, neçə-neçə insan həlak olur. Məsələn, iki ildən çoxdur cənab Prezident İlham Əliyev tapşırıq versə də yolların hələ də işıqlandırılmaması, çala-çökək yollar, qazılmış yollarda xəbərdarlıq nişanı qoymamaq, silinmiş xətlər, zebralar, keçidlərin olmaması ucbatından baş verən qəzaların səbəbkarı birbaşa Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyidir.

Yeyib dağıdırsınız, amma bu camaatın taleyi ilə oynadığınız üçün bir gün cavab verəcəksiniz. Ölənlərin yaxınları sizi məhkəmələrdə süründürməsə düzələn deyilsiniz!

Elməddin Muradlı
Avtosfer.az

Xəbər 1264 dəfə oxunub.



29.03.2024  11:23 

Kimlər hakim ola biləcək?

29.03.2024  11:00 

Lavrov Paşinyanı ittiham edib

29.03.2024  10:37 

Ombudsman bəyanat yayıb

29.03.2024  10:28 

Tanınmış jurnalist vəfat edib

28.03.2024  23:50 

Yevlaxda yol qəzası baş verib

28.03.2024  19:08 

Bişkekdə güclü fırtına

28.03.2024  18:58 

Sabah bu rayonda qaz olmayacaq

28.03.2024  17:41 

Rahib Əliyev vəfat edib


BÜTÜN XƏBƏRLƏR +