6 abituriyent və 1 nəzarətçi... - İmtahandan qovuldu
Dişin ağrıyır, deyir ki, get qan analizi ver - Aparıcı
Azərbaycan Antalyadan belə geri qalır - Ekspert
Şairə Nigar Həsənzadənin poeziya axşamı keçirilib
Mülk sahibinin xəbəri olmadan sökülüb
Rüfət Səfərovun həbs müddəti uzadıldı
“Georgi lenti“li Saleh Səmədov həbs edilib
Sabah 31-36° isti olacaq
Qardaş bacısının boğazını kəsdi
Son 24 saat: Ruslar 1250 əsgər itirib


18.02.2022  16:57 

TIR sürücülərinin üzr videosuna ETİRAZ: “İnsanı sındırırsan...”





A+  A-

“Azərbaycanda ən balaca uşaqdan tutmuş 100 yaşında olan şəxsə kimi hər kəs başa düşür ki, onları üzr istəməyə məcbur ediblər. Bunun törətdiyi fəlakət və insanlarda yaratdığı qıcıq daha böyükdür. Ona görə də buna deyirlər ki, üzrü qəbahətindən betər oldu. O insanların şəxsiyyətini sındırmaq lazım deyildi. İnsanın problemi var deyə, çıxıb etiraz edir. İndi ona üzr istətdirmək o demək deyil ki, onun problemi həll olundu. Bu cür yanaşmanı qəbul etmirəm, bunu cəmiyyətimiz üçün çox ziyanlı hesab edirəm".

XəzərNews.az xəbər verir ki, bu sözləri Cebhe.info-ya Milli Cəbhə Partiyasının (MCP) sədri, deputat Razi Nurullayev deyib.

Deputat TIR sürücülərinin üzr videosunun yayılmasını qəbul etmir və bunu cəmiyyət üçün xeyirli hesab etmir:

"Hesab edirəm ki, bu məsələdə o insanları cəzalandırmaq lazım deyildi. İnsanları dinləyib problemini həll etmək lazım idi. Amma nə baş verir? İnsanlar əvvəlcədən dinlənilsə idi, problemləri həll olunsaydı, onlar da bu cür radikal addımı atmazdılar. TIR sürücülərinin yolu bağlamasına haq qazandırmıram. Hesab edirəm ki, onlar düzgün etməyib, amma qanunlarımızda da hər bir şəxsin etiraz hüququ var. Onlar da etiraz hüququndan istifadə ediblər. Heç bir vətəndaşa bunu qadağan etmək olmaz. Bu birmənalıdır və hər bir insanın hüququdur. TIR sürücülərinə sual etmək olar ki, buna qədər hansı addımları atmışdınız? Məlum olacaq ki, müraciət ediblər, ərizə yazıblar, neçə vaxt gözləyiblər, amma onlara kömək edən olmayıb. Ona görə də o insanlar əlacsız qalaraq bu yola əl atıb. Amma yenə də bu cür radikal addımları alqışlamıram. Düşünürəm ki, necə ola bilər, adam gedir müraciət edir problemi həll olunmur, əlacsız qalaraq etiraz edir, onda da üzr istəddirillər.

O insanı sındırırsan, ayaqlar altına alıb əzirsən. Bu isə qəbuledilməzdir, insan ləyaqətinin alçaldılmasıdır. Bunu qəbahət hesab edirəm, açığı bu məsələ çox pis təsir etdi, qıcıq oyatdı”.

Xəbər 1618 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

01.06.2025  14:54 

Saleh Səmədovu DTX həbs edib?

31.05.2025  13:13 

Sabah 31-36° isti olacaq

30.05.2025  15:47 

Zelenski Hakan Fidanı qəbul edib

30.05.2025  13:29 

Hakan Fidan Kiyevə səfər edib

30.05.2025  12:28 

Sabah 36 dərəcə isti olacaq


BÜTÜN XƏBƏRLƏR +