İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili


16.02.2022  12:46 

Yol polisi qadın sürücülərə xəbərdarlıq etdi





A+  A-

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) qadın sürücülərə xəbərdarlıq edib.

XəzərNews.az BDYPİ-ə istinadən xəbər verir ki:

"Yol hərəkəti günü-gündən artan iştirakçıları ilə mürəkkəb ictimai münasibətlər sisteminə malik bir prosesdir və bu prosesdə qadın sürücülərin sayı ilbəil artmaqdadır. Belə ki, 2020-ci illə müqayisədə sürücülük vəsiqəsi alan qadınların sayı 2021-ci ildə 67 faiz artmışdır. Onu da qeyd etməliyik ki, nəzəri imtahanlar zamanı yol hərəkəti qaydaları ilə bağlı suallara daha tez və düzgün cavab verən, həmçinin təcrübi imtahanlarda yüksək nəticələr göstərən qadın sürücülərimiz də az deyil.

Əslində, qanunvericilikdə nəqliyyat vasitələri sürücülərinin cins fərqi, bu fərqin yaratdığı hüquq və ya vəzifələr, eləcə də məsuliyyətlə bağlı hər hansı norma nəzərdə tutulmayıb. Sadəcə, digər sahələrdə olduğu kimi, yol hərəkəti prosesində də qadın sürücülərə bəzi məqamlarda müəyyən güzəştlər edilməsi və ya onlara hansısa üstünlük verilməsi milli dəyərlərimizdən qaynaqlanır. Toxunduğumuz bu mövzuda məqsədimiz heç də qadın sürücülərə münasibətdə formalaşmış mövcud yanaşmanı müzakirə etmək deyil.

Təəssüf ki, aparılan təhlillər qadın sürücülər arasında qayda pozuntusuna meyilli şəxslərin az olmadığını göstərir. Elə özümüz də yollarda hərəkətdə olarkən bəzən sükan arxasında olduqlarını unudub güzgüyə baxa-baxa kosmetik vasitələrdən istifadə edən, saçını düzəldən, mobil telefona başı qarışan, yolun hərəkət hissəsinin sol zolağında aşağı sürətlə hərəkət edərək süni sıxlıq yaradan və başqa qayda pozuntularına yol verən qadın sürücülərin şahidi oluruq.

Statistik rəqəmlər də deyilənləri təsdiq edir. Məsələn, 2021-ci il ərzində yolda müəyyən edilmiş sürət həddini aşmağa görə xüsusi texniki vasitələrin köməyi ilə real vaxt rejimində 84381 qadın sürücü barəsində elektron qərar çıxarılıb. Bundan başqa, təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etməyə görə 5494, yolayrıcını keçmə qaydalarının pozulmasına görə 1363, svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə görə 1257, araməsafəsi qaydalarının pozulmasına görə 528, nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etməyə görə 383, nəqliyyat vasitəsinin hərəkəti zamanı telefonu əldə saxlamaqla ondan istifadə etməyə görə 192, nəqliyyat vasitəsinin sərxoş vəziyyətdə idarə edilməsinə görə 40 nəfər qadın sürücü barəsində inzibati tənbeh tədbirləri tətbiq edilib.

Təkcə ötən il ərzində qadın sürücülər tərəfindən törədilmiş ümumilikdə 28 yol-nəqliyyat hadisəsi qeydə alınmışdır ki, həmin qəzalarda 17 nəfər həyatını itirmiş, 18 nəfər isə yaralanmışdır. Ölümlə nəticələnən qəzalardan cəmi 1-i sürücülük təcrübəsi 10 ildən yuxarı olan qadın sürücü tərəfindən törədilmişdirsə, digər hadisələr sürücülük təcrübəsi 9 ilədək olan qadın sürücülərin təqsiri səbəbindən baş vermişdir. Hər bir ailənin doğma üzvü, cəmiyyətin təkanverici qüvvəsi olan neçə-neçə qadının məsuliyyətə cəlb olunaraq ailəsindən, doğmalarından ayrı, bəzən hətta azyaşlı övladları ilə birlikdə məhkumluq həyatı yaşamasını təsəvvür etmək belə olduqca ağrılıdır".

Xəbər 1094 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

24.04.2024  10:02 

ABŞ İrana sanksiya tətbiq edib

22.04.2024  09:19 

Faktiki hava AÇIQLANDI

22.04.2024  08:26 

Bu yollarda tıxac var - Siyahı

20.04.2024  14:04 

Cavanşir Məmmədov vəfat edib


BÜTÜN XƏBƏRLƏR +