İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili


14.02.2022  16:07 

Məscidin təmirində yeyintiyə yol verilib





A+  A-

Hesablama Palatası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətində aparılan yoxlama zamanı maliyyə pozuntuları aşkarlayıb.

XəzərNews.az xəbər verir ki, bu, "Daşınmaz tarix və mədəniyyət abidələrinin bərpası, qorunması, tarix və mədəniyyət qoruqlarının fəaliyyətinin təkmilləşdirilməsi və inkişafına dair 2014-2020-ci illər üzrə Dövlət Proqramı"nın icrası üzrə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin fəaliyyəti üzrə səmərəlilik (performans) auditinin nəticələrinə dair auditor hesabatında qeyd olunub.

Qeyd edilib ki, 2014-2020-ci il dövründə 13 abidənin bərpa-konservasiya işlərinin aparılması məqsədilə layihə-smeta sənədlərinin hazırlanması üçün cəmi 603 570,0 manat məbləğində 13 satınalma müqaviləsi bağlanaraq icra edildiyi halda, 01.01.2021-ci il tarixə həmin abidələrdən, layihə-smeta xərci 75543,6 manat təşkil edən Şəki şəhərindəki Gileyli məscidinin minarəsi istisna olmaqla, heç birində bərpa-konservasiya işlərinin aparılmaması və abidələrin təbii (zəlzələ, sel və daşqın, hava şəraitinin təsiri altında təbii erroziya və s.) və antropogen (insanlar tərəfindən Abidələrin bilərəkdən və ya bilməyərəkdən, ehtiyatsızlıqdan dağıdılması) amillərin təsiri altında bərpa-konservasiyaya ehtiyac səviyyəsinin dəyişilməsi baxımından qeyd edilən layihə-smeta sənədlərinin zamanla aktuallığının itirilməsi və bununla da həmin sənədlərin hazırlanmasına çəkilən xərclərin səmərəliliyi və nəticəliliyinin azalması risklərinin yaranması aşkarlanıb.

Eyni zamanda Şəki şəhərindəki Gileyli məscidinin minarəsində (XVIII əsr) həyata keçirilmiş 1099707,34 manat dəyərində bərpa-gücləndirmə və həmin ərazidə çay yatağının bərkitmə işləri üzrə minarənin pilləkəninin bərpası üzrə taxtadan əltutan və üzlük lövhələrin hazırlanması, bərk cinsli pəncərə bloklarının qoyulması, taxta döşəmənin bərpası və plintusların vurulması, taxta balyansinlərin qurulması, II dərəcəli oyma işlərinin görülməsi və həmin hissələrin laklanması üzrə müqavilədə cəmi 12827,1 manat, minarənin ətrafında 25 kv.m sahədə yaşıllıq işləri üzrə cəmi 6008,0 manat, ümumilikdə 18835,1 manat vəsait nəzərdə tutulduğu halda, minarənin pilləkənində və ətrafında həmin işlərin aşkar olunmaması səbəbindən qeyd edilən məbləğdə vəsaitin səmərəsiz və nəticəsiz istifadəsi üzə çıxıb.

Auditor hesabatında Şəki şəhərindəki Gileyli məscidinin minarəsində (XVIII əsr) həyata keçirilmiş bərpa-gücləndirmə və həmin ərazidə çay yatağının bərkitmə işləri üzrə cəmi 18 835,1 manat məbləğində yerində aşkar olunmayan işlərin sona çatdırılma tarixinə faktiki yerinə yetirilmə vəziyyətinin Xidmət tərəfindən araşdırılması, nəticələrə müvafiq tədbirlərin görülməsi, Abidələrdə bərpa, konservasiya və təmir işləri üzrə gələcəkdə belə halların baş verməməsi üçün həmin işlər üzərində müəllif və texniki nəzarət tədbirlərinin gücləndirilməsi tövsiyə olunub.

Xəbər 1169 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

22.04.2024  09:19 

Faktiki hava AÇIQLANDI

22.04.2024  08:26 

Bu yollarda tıxac var - Siyahı

20.04.2024  14:04 

Cavanşir Məmmədov vəfat edib


BÜTÜN XƏBƏRLƏR +