Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”
Qaz limitinin ləğvi mümkündürmü? - Açıqlama


12.02.2022  10:28 

Tofiq Yaqublu ABŞ səfiri ilə görüşüb





A+  A-

Milli Şuranın Koordinasiya Mərkəzinin və Müsavat Partiyasının üzvü Tofiq Yaqublu və vəkili Nemət Kərimli fevralın 10-da ABŞ-nın Azərbaycandakı səfiri Li Litzenbergerlə görüşüb.

XəzərNews.az xəbər verir ki, bu barədə Tofiq Yaqublu məlumat paylaşıb.

O bildirib ki, səfirlə görüşündə işgəncəyə məruz qalması ilə bağlı hadisə də müzakirə olunub.

Tofiq Yaqublunun sözlərinə görə, səfir həmçinin bu hadisənin diqqətlə izlənildiyini deyib:

“Məndən və Nemət bəydən bu haqda əlavə məlumatlar aldı. Bundan əlavə ölkədəki ictimai-siyasi vəziyyət haqqında geniş fikir mübadiləsi apardıq”.

Xatırladaq ki, 2021-ci ilin dekabrın 1-də “Fəvvarələr bağı”nda Saleh Rüstəmova azadlıq tələbiylə keçirilən aksiyada saxlanılan siyasi fəal Tofiq Yaqublu işgəncələrə məruz qalıb.



Xəbər 3740 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +