Torilər Consonu nədən yıxdılar?
“Bütün dövlətlər quru sərhədlərini açıb” - Deputat
Qazi özünü niyə yandırıb? - Şikayətlərinə baxılmır...
Ehtiyatda olan hərbiçilərin toplanışı nə ilə bağlıdır?
Proqnozdan artıq yığım... - Qorxuludur
“Yüksəliş“ müsabiqəsində Rusiya izi...
Narkotiklə şərləmə necə olur?
Sabiq icra başçısı ilə bağlı araşdırma başladı... - Şikayət
Afşin Azəri Zaurla duet oxudu - Video
Avropa Məhkəməsi Rafiq Tağı ilə bağlı qərar verdi


03.02.2022  10:29 

Deputat Feyziyevi hansı cəza gözləyir? - 12 ilədək həbs, əmlakı müsadirə…





A+  A-

London Magistrat Məhkəməsinin deputat Cavanşir Feyziyevin ailə üzvlərinin Böyük Britaniya banklarındakı 5,63 milyon funt-sterlinqlik əmanətini müsadirə etməsi bir neçə gündür ki, müzakirə mövzusuna çevrilib.

Məhkəmə bu məbləğdə vəsaitin İngiltərəyə qanuni yolla köçürüldüyünə şübhə ilə yanaşır.

Feyziyev isə deyir ki, ailə üzvlərinə məxsus vəsaitlərin qanuniliyini təsdiqləyən sənədləri var.

Sənəd təqdim olunmasa, məlum olacaq ki, bu pullar Azərbaycandan qeyri-qanuni yolla çıxarılıb.

Bəs illərdir ki, adı dərman monopoliyasına rəhbərlikdə hallanan deputat sözügedən sənədləri təqdim edə bilməsə, nə baş verəcək?

Cavanşir Feyziyevi hansı cəza gözləyir?

Ümumiyyətlə, bu araşdırma prosesi necə aparılır?

Bakupost.az məsələnin hüquqi istiqaməti ilə bağlı "Konstitusiya" Araşdırmalar Fondunun prezidenti, hüquqşünas Əliməmməd Nuriyevin fikirlərini öyrənib.

Hüquqşünasın sözlərinə görə, araşdırma başa çatandan sonra, sübut olunarsa ki, bu şübhəli trnasaksiya məhz “çirkli pullar”ın yuyulmasını ehtiva edir, o zaman işdə təqsirkar olan şəxslərin cinayət məsuliyyətinə cəlb etmək məsələsi ortaya çıxacaq:

“Birləşmiş Krallığın Cinayətkarlığa qarşı Mübarizə Departamenti təhqiqatlarını davam etdirəcək. Araşdırma nəticəsində ölkəyə daxil olan vəsaitlərin və bu vəsaitlər hesabına alınan əmlakların mənbəyi müəyyən ediləcək, qanuni olub-olmadığı bilinəcək. İlkin olaraq 5 milyondan artıq funt-sterlinqlik üzərinə həbs qoyulub. Gələcəkdə bu, müsadirə də oluna bilər”.

Hüquqşünas qeyd edib ki, millət vəkilləri və ya məmurlar barədə bu informasiyanın yayılması və ajiotaja səbəb olması bəzi qanunların işlək olmamasından irəli gəlir:
“Azərbaycanda vəzifəli şəxslərin gəlir deklarasiyasının təqdim edilməsi ilə bağlı qanun var, amma o işləmir. Həmin qanun 2005-ci ildə qəbul edilib, amma gəlir deklarasiyasının təqdim edilməsi tətbiq olunmur. Buna görə də kimin hansı gəliri necə əldə etməsi, biznesinin özünə, yaxud ailə üzvlərinə məxsus olmasını müəyyənləşdirmək olmur.

Hərçənd ki qanunda ailə üzvlərinə məxsus olan və himayəsindəki şəxslərə məxsus olan əmlakın, özü də qanuni əsaslarla qazanıb-qazanılmaması məsələsi ilə bağlı gəlir deklarasiyası qeyd olunmalıdır. Eyni zamanda, Azərbaycan qanunvericiliyində vəzifəli şəxslərin fəaliyyətində maraqların toqquşmasının qarşısının alınması ilə bağlı da qanun yoxdur. Bu boşluqlar, əlbəttə ki, bir çox hallarda müxtəlif vəzifələrdə çalışan şəxslərə daha geniş manevr etmək imkanını yaradır. Buna görə də onları hər hansı bir formada həbs etmək mümkün olmur. Çünki hüquqi əsaslar yoxdur.

Cavanşir Feyziyevlə bağlı olan məsələyə gəldikdə məhz qohumlarının hansısa şübhəli əməliyyatlarda iştirak etməsi ehtimalı görünür.

Digər tərəfdən gəlir deklarasiyası ilə bağlı məsələ qanunvericilikdə açıq qaldığı üçün, qohumlara məxsus olan əmlakla əlaqədar deputatı və yaxud hər hansı bir vəzifəli şəxsi məsuliyyətə cəlb etmək imkanı müşkülə çevrilir”.

Hüquqşünas qeyd edib ki, pulların qeyri-qanuni yollarla ölkədən çıxarılması sübuta yetiriləcəyi təqdirdə Azərbaycanın hüquq-mühafizə orqanları hərəkətə keçəcək: “Əgər gələcəkdə məhkəmə qaydasında sübut olunsa ki, burada “çirkli pulların yuyulması” əməliyyatı baş verib, həmin pulların mənşəcə Azərbaycandan olan hissəsi ilə bağlı hüquq-mühafizə orqanları hərəkətə keçəcək. Eyni zamanda sorğular, əməliyyat-axtarış tədbirləri həyata keçiriləcək. Çünki BMT-nin korrupsiya əleyhinə konvensiyasına qoşulmuş bütün dövlətlərin “çirkli pullar”ın yuyulması, şübhəli transaksiyalar nəticəsində ölkədən çıxarılmış vəsaitin geri qaytarılması ilə bağlı öhdəlikləri var.

Konvensiyaya qoşulmuş dövlətlərin hüquq-mühafizə orqanları sorğular əsasında bu aktivlərlə bağlı əməliyyat-axtarış tədbirləri və cinayət-istintaq hərəkətləri aparır və bütün bunlar sübut olunarsa, məhkəmə qaydasında aktivlər geri qaytarılır”.

Ə.Nuriyev qeyd edib ki, C.Feyziyev və ailəsinin təqsirkar olduğu sübut olunsa, özü həbsə göndərilə və əmlakları isə müsadirə edilə bilər:

“Şəxslərin məsuliyyətə cəlb edilməsi o zaman baş verə bilər ki, araşdırma nəticəsində onların prosesdə iştirak dərəcəsi müəyyən edilsin. İddialar sübuta yetirilərsə, həm onların əmlakları müsadirə ediləcək, həm də cinayət məsuliyyətinə cəlb edilərək barələrində ən sərt cəza tədbirləri görüləcək. Çünki “çirkli pullar”ın yuyulması dünyanın istənilən ölkəsində ağır cinayət hesab olunur. Azərbaycan Respublikasının qanunvericiliyində “çirkli pullar”ın yuyulması ilə bağlı Cinayət Məcəlləsinin 193-1-ci maddəsində bəhs edilir. Məbləğ külli miqdardırsa, yəni 45 min manatdan çoxdursa, həmin şəxsi 12 ilə qədər həbs cəzası gözləyir”.

Hüquqşünas qeyd edib ki, Azərbaycanda “çirkli pullar”ın yuyulması və terrorizmin maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanuna görə, deputatlar, siyasi vəzifə tutmuş şəxslər də monitorinq subyekti olurlar: “Azərbaycanda 20 min manatdan yuxarı bütün əməliyyatlar Maliyyə Monitorinq Xidmətinin araşdırması ola bilər. Siyasi vəzifə tutmuş şəxslər üçün isə bu vəsaitin məbləği 2000 manatdır. Onlar 2000 manatdan yuxarı əməliyyatlar aparırlarsa, bu, şübhəli transaksiya kimi yoxlanıla bilər”.

Qeyd edək ki, Baş Prokurorluğun sözçüsü Kənan Zeynalov açıqlamasında deyib ki, onlara qeyd edilən məsələ ilə bağlı rəsmi məlumat daxil olmayıb: “Ona görə də tərəfimizdən bununla bağlı şərh verilmir”.




Xəbər 646 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

07.07.2022  19:49 

Torilər Consonu nədən yıxdılar?

07.07.2022  17:15 

40 yeni yoluxma - Son sutkada...

07.07.2022  14:42 

Narkotiklə şərləmə necə olur?


BÜTÜN XƏBƏRLƏR +