İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili


01.02.2022  14:55 

Nəyə görə Azərbaycan ərazisi qartal formasındadır?





A+  A-

Azərbaycan xəritədə və kosmosdan çəkilişdə uçan qartal fornasında görünür. Xəzərə keçən baş hissəsində isə Abşeron yarımadası yerləşir. Əsrlər boyu bu görüntüyə müxtəlif izahlar verilib, Azərbaycanın qartal kimi məğrur, uca və güclü olmasına işarət olduğu deyilib.

Azərbaycanın tanınmış elmi astroloqu Gülarə Səmədova qartal formasının astroloji izahını verib. Qartal simvolik deyil, həqiqətən bir ölkə və xalq olaraq bizim yolumuzdur.

"Azərbaycanın böyük hissəsi Əqrəb bürcünün təsiri altındadır. Azərbaycan müqəddəs torpaqdır. Bizim qoruyucu mələklərimiz də çoxdur. Ümumiyyətlə, Əqrəb enerjisi 4 fazadadır.

Azərbaycanın 4 seçim imkanı var.

1- Əqrəb - kərtənkələ. Çox aqressivdir, bir söz desən hücum edib sancacaq. Zəhərlidir. Qisascıldır.

2- Əqrəbin özü. Super eqosu var. Özünü günahkar bilir. Hər şeyi öz üzərinə götürür, hətta özü-özünü məhv edər.

3- Əqrəb- Qartal. Burda artıq qartalın mənası, məqsədi açılır. Deməli, bizim ali fazamız odur. Biz yüksəlməliyik, xırda, mənasız şeylərə əhəmiyyət verməməliyik, qadanlarımızı geniş açıb yüksəkdə uçmalıyıq. Qartal nəhəng potensial, gücdür. Kərtənkələdən qartala gedən yol bütünlükdə Azərbaycandır. Ona çatmağımıza hələ var.

4- Ən ali dərəcə Əqrəb - göyərçin.
Bu, artıq müqəddəslikdir, ilahilikdir. Allaha inanan insanlar bu torpaqda çoxalmalıdır. Bizim torpaqlarda həmişə dua edən insanlar olub. Güclü dinlər burda yaranıb. Nə qədər bizim ərazidə İlahiyə bağlı, təmiz, dua edən qəlblər olacaq, bir o qədər Azərbaycan güclənəcək.

Azərbaycan xalqı elə yol tutmalıdır ki, kərtənkələdən qartala qalxsın. Nə qədər tez nəticələr çıxarıb, qorxu əsarətindən çıxsaq, bir o qədər tez xilas olacağıq./Medicina.az



Xəbər 1657 dəfə oxunub.



24.04.2024  10:02 

ABŞ İrana sanksiya tətbiq edib

22.04.2024  09:19 

Faktiki hava AÇIQLANDI

22.04.2024  08:26 

Bu yollarda tıxac var - Siyahı


BÜTÜN XƏBƏRLƏR +