İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili


31.01.2022  10:30 

Tarix elmi niyə bu vəziyyətə düşüb?





A+  A-

"Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun baş direktoru peşəkar musiqiçidir, tar, saz, gitara və sair simli musiqi alətlərinin ifaçısıdır".

XəzərNews.az xəbər verir ki, bu barədə professor, Milli Şuranın sədri Cəmil Həsənli paylaşım edib.

“Uzun müddət arxeologiya və etnoqrafiya Azərbaycan tarix elminin qabaqcıl sahəsi olub. Ötən əsrin 50-60-cı illərindən bu sahədə oturuşan milli kadrlar sözün tam mənasında "tarix yazıblar”. Saleh Qazıyev, İsaq Cəfərzadə, Ömər İsmizadə, Qələndər Aslanov, Ələsgər Ələkbərov, İdeal Nərimanov, Osman Həbibullayev, Rəhim Vahidov, Qara Əhmədov, Cabbar Xəlilov, Rəşid Göyüşov, Məmmədəli Hüseynov, İlyas Babayev, Vəli Əliyev, Qüdrət İsmayılzadə, Aləm Nuriyev, Fərman Mahmudov, Fazil Osmanov, Firuzə Muradova, Əsədulla Cəfərov, Azad Zeynalov və sizlərin də yaxşı tanıdığı sonrakı nəsillər. Eyni sözü etnoqraf alimlər haqqında da demək olar. Bunlar hamısı elmdə böyük nüfuzu olan alimlər idi.

Belə böyük elmi potensialı və ənənəsi olan bir institutun baş direktoru vəzifəsinə Naxçıvan Dövlət Pedaqoji İnstitutunun Tarix-filologiya fakültəsini məzunu Abbas Seyidovu qoyublar. Adamın bioqrafik məlumatlarında göstərilir ki, peşəkar musiqiçidir, tar, saz, gitara və sair simli musiqi alətlərinin ifaçısıdır və hələ üstəlik Azərbaycan Yazıçılar Birliyinin üzvü. Şübhəsiz ki, bunlar müsbət keyfiyyətlərdir, amma elmə elə bir aidiyyəti yoxdur. Abbas müəllimin Naxçıvanın Eneolit və Tunc dövrü mədəniyyətinə dair bəzi çap işləri olsa da (Bax: Naxçıvanın İlk Tunc dövrü mədəniyyəti. Voronej, 2002), daha çox haqqında olan digər nəşrləri daha çox bədii - publisistik məzmun daşıyır.

Yəqin ki, Akademiyaya növbəti seçkilər gələndə yəqin ki, baş direktor vəzifəsini tutduğuna və Voronejdə kitabı çıxdığına görə ən azında müxbir üzv də "seçəcəklər".
Bu azmış kimi İnstitutun icraçı direktoru vəzifəsinə isə Tibb İnstitutunun məzunu Zaur Həsənov təyin edilib. Zaur bəyin qədim tarixlə bağlı bir sıra maraqlı çap işləri olsa da, arxeoloji qazıntılarda, çöl tədqiqat işlərində ciddi bir təcrübəsi yoxdur. Əlavə olaraq baza tarix təhsili yoxdur.

Doğurdanmı bu institutda elmi yönləndirəcək ayrı mütəxəssis yoxdur? Əlbəttə, var. Amma onları irəli çəkən yoxdur. Məsələn, elmlər doktoru Əliağa Məmmədli, adam 1985-1988-ci illərdə Lomonosov adına Moskva Dövlət Universitetində məşhur arxeoloq, SSRİ EA-nın akademiki Valentin Lavrentyeviç Yaninin rəhbərlik etdiyi Arxeologiya və Etnoqrafiya kafedrasında aspirantura təhsil alıb. Tarix elmləri doktoru Viktor Vladimiroviç Karlovun rəhbərliyi altında aspirantura müddətində namizədlik dissertasiyasını müdafiə edib, sonra elmlər doktoru olub, hal hazırda da Azərbaycan Elmlər Akademiyasının Arxeologiya və etnoqrafiya institutunda şöbə müdiridir. Mən bunu nümunə üçün göstərdim. Belə misallar çox gətirmək olar.

Deməli Azərbaycan tarix elmində böyük yeri, rolu, töhfəsi, potensialı olan strateji əhəmiyyətli bir institutu tapşırıblar bir gitaraçı ilə bir həkim cərraha, sonra da deyirlər ki, tarix elmi niyə bu vəziyyətə düşüb?”.

Xəbər 1332 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

24.04.2024  10:02 

ABŞ İrana sanksiya tətbiq edib

22.04.2024  09:19 

Faktiki hava AÇIQLANDI

22.04.2024  08:26 

Bu yollarda tıxac var - Siyahı

20.04.2024  14:04 

Cavanşir Məmmədov vəfat edib


BÜTÜN XƏBƏRLƏR +