Qadınları Türkiyədə satırmış - Həbs edildi
“Onlar Milli Məclisdə gün keçirməklə məşğuldurlar”
İtkin düşən hərbçilərmizin axtarışı davam edir
Yasamalda ağacları belə kəsdilər - Video
7 elmi müəssisənin gəliri cəmi 341 min manat!
Qeyri-sabit hava ilə bağlı - Xəbərdarlıq
Nazir müavininin sevgilisinə görə dava düşdü — Azərbaycanda
Vaşinqton Azərbaycan hakimiyyətinə çağırış etdi
Toylar üçün faizsiz kreditlər veriləcək
Qızı fotoları ilə şantaj edən şəxs tutuldu


26.01.2022  15:05 

Yeni dövlət qurumları formalaşmayıb, köhnələrin resursları da bir-bir sıradan çıxır





A+  A-

Keçmiş İnnovasiyalar Agentliyinin sosial media resursları yoxa çıxıb. Facebook-da bu səhifəni axtardıqda “silinib və ya sındırılıb” mesajı verilir. Bu resurslar da əvvəlki TexnoPark və İKT Fondunun əsasında formalaşdığından yetərincə informasiyalı bir sosial resurs idi.

Maraqlıdır ki, 3 ay öncə Prezidentin fərmanı ilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiyalar Agentliyinin və bir neçə başqa qurumun ləğv edilərək onların birləşməsi əsasında yeni İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi yaradılıb.

Lakin hələlik yeni qurumun Nizamnaməsi təsdiqlənməyib, qeydiyyata alınmayıb və rəhbəri də təyin olunmayıb.

Amma adı çəkilən fərmana görə İRİA İnnovasiyalar Agentliyinin də hüquqi varisidir, həmin qurumların hüquq və öhdəlikləri, habelə əmlakı da yeni Agentliyə keçir.

Məntiqlə İnnovasiyalar Agentliyinin bütün əmlakı, real və virtual resursları da İRİA -ya keçməliydi.

Lakin görünən odur ki, artıq əmlakın birisi ortada yoxdur. Keçmiş İnnovasiyalar Agentliyinin rəsmi internet resursunda da indiyədək fərmana uyğun dəyişikliklər aparılmayıb.

Bəzən isə sosial mediada ümumiyyətlə köhnə və yeni qurumların təhvil-təslimində də problemlərin olması haqqında fikirlərə rast gəlmək olur.

Ümid edirəm RİNN Prezidentin fərmanına uyğun olaraq yeni dövlət qurumlarının formalaşması prosesini sürətləndirəcək.

Osman Gündüz

Xəbər 513 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

18.05.2022  09:23 

13-cü mənzildə QƏTL - VİDEO


BÜTÜN XƏBƏRLƏR +