Qadınları Türkiyədə satırmış - Həbs edildi
“Onlar Milli Məclisdə gün keçirməklə məşğuldurlar”
İtkin düşən hərbçilərmizin axtarışı davam edir
Yasamalda ağacları belə kəsdilər - Video
7 elmi müəssisənin gəliri cəmi 341 min manat!
Qeyri-sabit hava ilə bağlı - Xəbərdarlıq
Nazir müavininin sevgilisinə görə dava düşdü — Azərbaycanda
Vaşinqton Azərbaycan hakimiyyətinə çağırış etdi
Toylar üçün faizsiz kreditlər veriləcək
Qızı fotoları ilə şantaj edən şəxs tutuldu


25.01.2022  16:00 

Cəlilabadda məktəbin tavanı çökdü - Fotolar





A+  A-

Cəlilabad rayonunun Musalı kənd tam orta məktəbinin döşəməsi və tavanı çöküb.

XəzərNews.az "Report"a istinadən xəbər verir ki, valideynlər bu səbəbdən övladlarını məktəbə göndərmirlər.

Valideynlərin sözlərinə görə, bundan başqa məktəbdə istilik də yoxdur:

"Məktəbdə 196 şagird təlim-tərbiyə alır. Lakin məktəbin binasının qəzalı vəziyyətdə olması səbəbindən 1-4-cü sinif şagirdləri bu məktəbə gəlir. Digər 5-11-ci sinif şagirdləri isə qonşu Zəhmətabad kənd orta məktəbinə gedirlər. Məktəb tikiləndən bəri bir dəfə də olsun burada təmir işləri aparılmayıb".

Məsələ ilə bağlı Cəlilabad Rayon Təhsil Şöbəsindən bildirilib ki, məktəbin vəziyyəti ilə bağlı aidiyyəti orqanlara məlumat verilib: "Yaxın vaxtlarda yeni məktəb binası tikiləcək".

Qeyd edək ki, Musalı kənd tam orta məktəbi 1969-cu ildə palçıq və taxta konstruksiyalardan tikilib. Bu vaxta qədər heç bir əsaslı təmir işləri aparılmayıb.





Xəbər 643 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

18.05.2022  09:23 

13-cü mənzildə QƏTL - VİDEO


BÜTÜN XƏBƏRLƏR +