“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto
Tramp Ermənistandakı istefalarla İrana qarşı mövqeyini ortaya qoydu - Politoloq
Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar


25.01.2022  14:57 

Anar Qaraxançallı prokurorluğa çağrılması ilə bağlı açıqlama yaydı





A+  A-

“Yeniavaz.com” saytının Baş redaktoru Anar Qaraxançallı Baş prokurorluğa çağrılması ilə bağlı ictimaiyyətə açıqlama yayıb.

XəzərNews.az həmin açıqlamanı olduğu kimi təqdim edir:

- 20.01.2022-ci il tarixdə Baş Prokurorluğa dəvət olunmuşam. Qarşımda oturan şəxslər əvvəlcə dövlətdən, prokurorluq qurumunun dövlət üçün önəmindən və s. bəhs etdilər.

Sakitcə dinləyib, niyə dəvət edildiyimi soruşdum. Dedilər ki, “yeniavaz”ın feysbuk səhifəsində “Prokurorluq: “Tofiq Yaqublu özünü yumruqlayaraq bu hala salıb”” xəbərinə görə dəvət etmişik. Soruşdum ki, xəbər yalandı, Prokurorluq belə açıqlama verməyib?

Dedilər ki, xeyr, xəbər doğrudu, amma bizi altına yazılan şərhlər narahat edir. Dedim ki, əgər xəbər doğrudursa, xəbərə etirazınız yoxdursa, məni niyə bura dəvət etmisiniz?

Əlavə etdim, feysbukun milyardlarla istifadəçisi var, biz başqalarının nə yazdığına necə cavabdeh ola bilərik? Qarşımdakı əməkdaş bildirdi ki, siz əslində bu başlığı verəndə belə şərhlər gələcəyini təxmin edirdiniz. Dedim, bu nə gülünc yanaşmadı, xəbərin doğru olduğunu siz də təsdiq edirsiniz, hər hansı kəliməyə etiraz etmirsiniz, amma müxbirin niyyətini sorğulayırsınız?!

Sonra keçdilər Tofiq Yaqublunun əslində necə pis adam olduğunu, xaricdən maliyyələşdiyini və s. danışmağa. Tanıyıb tanımadığımı soruşdular. Mən də şəxsən tanışlığım olmadığını bildirdim. Tanıyıb tanımamağımın məsələyə nə aiddiyyatının olduğunu soruşdum. Yenə qayıtdılar ki, biz Prokurorluğu qorumalıyıq, filan. Dedim ki, adamı polis maşını aparıb, axşam o vəziyyətdə buraxılıb, əgər dediyiniz kimi Tofiq bəy özünə zərbə yetiribsə, dövlətin nəzarətində olanda belə hadisə necə baş verib? Buna da dövlət cavabdehdir, özünə xəsarət yetirdiyi video görüntüləri paylaşın.

Beləcə 2 saata yaxın mənasız söhbət oldu. Amma qarşımdakı əməkdaşın necə vicdan əzabı çəkdiyini görürdüm. Onlar da yanlış bir iş gördüklərinin fərqində idilər. Ən son sağollaşanda, dedilər ki, kaş ki, sizinlə tanışlığımız belə bir məsələyə görə olmasaydı.

Həmin günün axşamı Baş Prokuror Kamran Əliyevə yaşananlarla bağlı şikayət məktubu ünvanladım. Dünən Baş prokurorluq açıqlama yaydı. Açıqlamanın dilindəki mürəkkəbliyə görə, cəmiyyət həbs edilən Namiq Əliyevi saytın sahibi, əməkdaşı kimi anlayıb, saytlar elə xəbərlər veriblər. Sonra Prokurorluq ikinci bir açıqlama verdi. Namiq Əliyevin sosial şəbəkə istifadəçisi olduğunu bildirdi.

Ümid edirəm ki, media qanununun bu qədər media orqanlarının əleyhinə istismar olunmasına məhkəmə “dur” deyəcək. Mədəni dünyada praktikası olmayan belə absurd yanaşma davam edə bilməz. Sosial şəbəkə istifadəçilərinin şərhlərinə özləri cavabdeh ola bilər, media qurumları deyil. Bu məntiqlə öncə sosial şəbəkələr, sonra internet, sonra da işıqlar söndürülməlidi.

Xəbər 1389 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

15.12.2024  22:56 

Qubada ağır yol qəzası olub


BÜTÜN XƏBƏRLƏR +