“Meymun çiçəyi“ - “yayılması sürətlənə bilər“
Müdafiə Nazirliyindən o silahlarla bağlı AÇIQLAMA
Estoniya parlamentinin sədri Azərbaycanda - Foto
SEPAH komandiri sui-qəsd nəticəsində öldürüldü
Şəhidlər Xiyabanı yanında gecə klubuna ETİRAZ/Video
İlham Əliyevin Şarl Mişellə təkbətək görüşü - Foto
“Polis də, sığorta şirkəti də mənimlə maraqlanmır”
“Qarabağ” – “Neftçi” - 4:1
İmtahanların NƏTİCƏsi nə zaman elan olunacaq?
COVID-19-a 1 yoluxma, ölən yoxdur


24.01.2022  18:34 

“Nar” Azərbaycan çempionu tituluna sahib oldu





A+  A-

“Nar” komandası bütün rəqiblərini geridə qoyaraq “Breyn Rinq” üzrə 2021-cu ilin Azərbaycan çempionu tituluna sahib olub.

XəzərNews.az xəbər verir ki, Azərbaycanın 6 universitet və 6 region komandası da daxil olmaqla, 16 komanda 4 ay boyunca gərgin mübarizə aparıb.

Finalda “Nar” komandası “Bilik” kubokunun sahibi “Bridge” komandası ilə qarşılaşıb və ilin qalib olub.

“Azerfon”un Baş icraçı direktoru Qunnar Panke qalib “Nar” komandasının üzvləri ilə görüşub və onları təbrik edib: “Nar” komandasının mütləq çempion olaraq xüsusi seçilməsi sizin əzminiz, savadınız və cəld düşünmə qabiliyyətiniz sayəsində olub. Belə savadlı gənclərin nailiyyətləri bizi sevindirir və uğurlarınızın davamlı olmasını diləyirəm”.

Qeyd edək ki, “Breyn Rinq” bilik yarışı “Nar”ın korporativ sosial məsuliyyət strategiyası çərçivəsində elm və təhsilə dəstək layihələrindən biridir. Mobil operator artıq 9 ildir ki, “Breyn Rinq” intellektual oyununa dəstək olur. “Nar”ın sosial layihələri haqqında ətraflı məlumatı http://www.nar.az səhifəsindən əldə etmək olar.

“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 93%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir və 8600-dən artıq baza stansiyası ilə 2,3 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.



Xəbər 583 dəfə oxunub.




21.05.2022  19:36 

COVID-19-a 1 yoluxma, ölən yoxdur

21.05.2022  19:28 

Mövqelərimiz atəşə tutuldu

21.05.2022  19:17 

Qadir ağrısı...


BÜTÜN XƏBƏRLƏR +