“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto
Tramp Ermənistandakı istefalarla İrana qarşı mövqeyini ortaya qoydu - Politoloq
Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar


24.01.2022  16:06 

Qərb ikiyə bölünür, Kiyev təklənir, Putin güclənir





A+  A-

Ukrayna Rusiya qarşısında faktiki təklənmiş vəziyyətdədir: ABŞ və Avropa İttifaqının yanaşmasında ortaq nöqtə rus işğalına yalnız sanksiyalarla cavab vermək planıdır.


Bayden işğalın ölçüsünə baxacaq: ruslar daha dərinə gedəcəklərsə, daha sərt, müdaxilə az olacaqsa, daha yumşaq sanksiyalardan bəhs edir;

Vaşinqtonun strategiyası haqda iki mümkün versiya geniş yayılıb:

- ABŞ Rusiyanın qarşısında çətin vəziyyətdə qalıb və hansı addımı atacağına qərar verə bilmir;

- ABŞ Rusiyanı Ukrayna bataqlığına çəkmək və orada məğlub etmək istəyir: ukraynalıları alovun içinə atır;

Bu və digər versiyaların güclü və zəif tərəfləri var, hərçənd, Ukrayna cəbhəsində məğlubiyyət Əfqanıstandan çıxdıqdan sonra qlobal güc nüfuzu zəifləyən Vaşinqton üçün ikinci “ölümcül zərbə” effekti yarada bilər. ABŞ buna gedəcəkmi? Bu, eləcə də digər amillər baş verənləri “danışılmış döyüşə” daha çox bənzədir və hədəfin Çinin əvəzinə Rusiyanı qlobal tərəf etmək olduğu ehtimalını gücləndirir.

Prosesdə itirən Ukraynadır: eskalasiya olmasa belə, ərazilərini azad etmək məsələsində də heç nə əldə edə bilməyəcək və ən yaxşı halda mövcud sərhədlərini qoruyacaq;

Avropa İttifaqı da rus işğalına qarşı sanksiyalarla mübarizədən danışır. Avstriyanın xarici işlər naziri Aleksandr Şallenberq deyir ki, mümkün esklasiya halında Moskvaya qarşı iqtisadi və maliyyə sanksiyaları üzərində işləyirlər. Lakin “Şimal axını – 2” layihəsinə qarşı sanksiyalar gündəmdə deyil.

“Biz müəyyən dərəcədə Rusiya enerjisindən asılıyıq. Bu reallıqdır, bunu bir gecədə dəyişə bilmərik” deyir və bununla rusların qarşısında heç nə edə bilməyəcəklərini etiraf edir.

Avropanın iki əsas ölkəsi – Fransa və Almaniya üçün Ukraynanın taleyi o qədər də önəmli görünmür.

- Aİ-yə sədrlik dönəmi başlayan Fransa prezidenti Emmanuel Makron Rusiya ilə “səmimi dialoq”dan danışır;

- Almaniyanın yeni kansleri Olaf Şolz “NATO-nun yaxın vaxtlarda Ukrayna və Gürcüstanı qəbul etməyi planlaşdırmadığını, bu məsələnin hazırda ümumiyyətlə gündəmdə olmadığını” bildirir və bununla Moskvanın aqressiyasını yumşaltmağa çalışır; rəsmi Berlin Estoniyaya alman istehsalı olan silahların Ukraynaya göndərilməsinə icazə verməməklə, Kiyevə qarşı silah embarqosu da tətbiq edib;

Hər iki ölkə mümkün qarşıdurmada Avropanın onsuz da problemə çevrilən qaz təchizatının kəsiləcəyindən narahatdır: Şolz Rusiya ilə enerji layihələrini, Makron Merkeldən sonra qitənin lideri olmaq istəyini düşünür və hər iki lider “Normand dördlüyü” formatına qayıtmaq, Vaşinqtonu prosesdən kənarlaşdırmaq istiqamətində çalışır;

Putin Qərb cəbhəsinin ABŞ və Avropa olmaqla ikiyə bölünməsindən lazımınca istifadə edir və hadisələrin inkişafı Rusiyanın qazanclı çıxacağı ehtimalını artırır. Və Qərbin yanaşması Rusiyanın post-sovet məkanında da əlini gücləndirir, çünki Ukrayna nümunəsi “görk” kimi ortadadır...

Asif Nərimanlı

Xəbər 1612 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

15.12.2024  22:56 

Qubada ağır yol qəzası olub


BÜTÜN XƏBƏRLƏR +