“Meymun çiçəyi“ - “yayılması sürətlənə bilər“
Müdafiə Nazirliyindən o silahlarla bağlı AÇIQLAMA
Estoniya parlamentinin sədri Azərbaycanda - Foto
SEPAH komandiri sui-qəsd nəticəsində öldürüldü
Şəhidlər Xiyabanı yanında gecə klubuna ETİRAZ/Video
İlham Əliyevin Şarl Mişellə təkbətək görüşü - Foto
“Polis də, sığorta şirkəti də mənimlə maraqlanmır”
“Qarabağ” – “Neftçi” - 4:1
İmtahanların NƏTİCƏsi nə zaman elan olunacaq?
COVID-19-a 1 yoluxma, ölən yoxdur


23.01.2022  19:56 

Cavid Qurbanov şeir yazdı: “Ay ata”





A+  A-

Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin sədri, sabiq millət vəkili Cavid Qurbanov bu yaxınlarda itirdiyi atası Qənbər Şəmşiroğlu (Qurbanov) haqqında şeir yazıb.

Cavid Qurbanovun atasının yoxluğuna həsr etdiyi şeirini təqdim edirik:

Sən olanda arxalı bir dağ idim
Qaldım sənsiz atasızam, ay ata.
İndən belə sənsizliyin dadını
Səhər – axşam dadasıyam, ay ata.

Biz dost idik, ata oğul ikimiz
El yüküydü, ağır idi yükümüz
Cüt olanda gur çıxardı səsimiz
Tək qalmışam susasıyam, ay ata.

Ataların yaşı olmur övladçün
Atasından qanad alar həyatçün
Çətin olsa məsləhətçün, imdadçün
Baş daşından tutasıyam, ay ata.

Yaşadacam gözlərinin nurunu
Qoruyacam ocağının qorunu
Bu həyatda sən qoyduğun yolunu
Ömür yolum biləsiyəm, ay ata.


Qeyd edək ki, Qənbər Qurbanov Aşıq Şəmşir Mədəniyyət Ocağının sədri, Respublika Ağsaqqallar Şurası Məclisinin üzvü idi.

Bundan başqa Qənbər Qurbanov uzun illər icra strukturlarında bir sıra vəzifələrdə çalışmışdı./Gününsəsi.info

Xəbər 585 dəfə oxunub.



21.05.2022  19:36 

COVID-19-a 1 yoluxma, ölən yoxdur

21.05.2022  19:28 

Mövqelərimiz atəşə tutuldu

21.05.2022  19:17 

Qadir ağrısı...


BÜTÜN XƏBƏRLƏR +