İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili


21.01.2022  19:08 

Qiymətləri durmadan bahalaşdırırıq, barı dəyərləri ucuzlaşdırmayaq...





A+  A-

Heykəl söhbətlərindən, düzü, yoruldum. Məncə, heykəl həyatımızda sənət olayı kimi yer tutmalıdır. Biz Nizamini heykəlinə görə yox, "Xəmsə"sinə görə tanıyıb sevməliyik. Nəsiminin qəzəllərindən xəbəri olmayan adama sən heykəllə nə anladacaqsan?!

Üstəlik biz bu heykəl məsələsində də ayrı-seçkiliyə, ögey-doğmalığa yol vermişiksə... Azərbaycan istiqlalının banisinə heykəl qoydura bilməyən toplum bir milyonçunun təsbehinin dərdinə düşüb!

Boş verin bu heykəlləri-filan. İnsan ürəklərdə öz heykəlini qoya bilməyibsə, istəyirsən, hər küçədə abidəsini qur, hər divardan bareIyefini as, hər evdə büstünü qoy, nə fayda?! Gözümüzün qarşısında nə heykəllər yıxılır, nə heykəllər!

Böyük şəxsiyyət millətin ruhuna özü onsuz da hopur. Onun palçıqdan, dəmirdən, daşdan düzəlmə süni obraza ehtiyacı yoxdur. İfrat heykəlbazlıq mərəzindən qurtulmaq lazımdır. Bu, siyasi və hər cür başqa bütpərəstliyi də qidalandırır. Bizə lazımdır bu?!

Hələ öz sağlığında özünə heykəl qoyduranlar da var. Tarixi zorlamağa çalışan qafillər... Lap bu yaxınlarda hamımız gördük özünə heykəl qoduranın aqibətini.

Heykəltəraşlıq böyük sənətdir, onu ayrı-ayrı hakim fərdlərin lakeyinə çevirmək o sənətə xəyanətdir. Heykəltəraşlıq təbiətdən, cəmiyyətin dərinliklərindən "su içməlidir". Böyük ədəbiyyat öz mövzularını hardan götürürsə, heykəltəraşlıq da ordan götürsün. Humanizmə xidmət etsin, fərdi hisslərə, hirslərə-hikkələrə yox!

Hətta ibtidai insanlar belə qayaüstü rəsmlərdə qəbilə başçısını həkk etməyib, ovçuları və insanların rəqslərini təsvir edib. Hətta o rəsmdə qəbilə başçısı varsa da, onu insanlardan ayırıb bizə ayrıca tanıtmayıb.

...Baltik ölkələrindən birində naməlum adam heykəli qoyublar. Əlində fincan var. Bağçadan, məktəbdən uşaqları zaman-zaman aparırlar ki, o heykəlin əlindəki fincanı su ilə doldursunlar. Və quşlar o fincandan su içir. Uşaqlara mərhəmət, şəfqət, təbiətə və insana sevgi aşılanır. Bir çox şəhərlərdə uşaqların heç yerdə görə bilməyəcəyi heyvanların, quşların, ağacların heykəllərini qoyurlar. Ki, yeni gələn nəsillər təbiəti tanısın, sevsin.

...Füzulini oxutmağı, sevdirməyi bacarmamışıqsa, onun daşdan yonulmuş obrazı kimə lazımdır?!

Mənim şəxsi düşüncələrimdir bunlar. Mübahisə edə bilərsiniz. Ancaq mənə görə, şəxslərin heykəllərinin olub-olmaması önəmli deyil. Önəmli olan onların bizim həyatımızda, tarixdə qoyduğu izləridir. Heç kimi daşlaşdırmaq lazım deyil. Hər bir şəxsiyyəti olduğu kimi tanımaq gərəkdir. Heykəldən kimin nə yuvanın quşu olduğunu necə anlaya bilərik axı?! Adamın əsərlərini, əməllərini tanıtdır, sonrasına hər kəs özü qərar verər. Sevər, ya sevməz - özü bilər. Məşhur alim Xudu Məmmədov demişkən: "Uşaqlara Vətəni tanıdın, sonrası ilə işiniz yoxdur, özləri sevəcəklər".

Vətən demişkən, Şəmistan Əlizamanlıdan başqa heç kimin oxuduğu "vətənpərvərlik" mahnılarını sevmirəm. Qalanlar süni gəlir mənə. Zövqlər müxtəlifdir, təbii ki. Ancaq ayrı-ayrı rəhbərlərə, siyasi, dövlət xadimlərinə, hətta sərkərdələrə qoşulan mahnıları mən dinləyə bilmirəm. Əks reaksiya yaradır məndə. Xüsusilə, "orta cins" nümayəndəsi olan biri səhnədə hoppana-hoppana: "Sən namusum, qeyrətimsən, Vətənim" deyə oxuyanda hirs başıma vurur.

...Qiymətləri durmadan bahalaşdırırıq, barı dəyərləri ucuzlaşdırmayaq.

Bahəddin Həzi,
bizimyol.info


Xəbər 1195 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

24.04.2024  10:02 

ABŞ İrana sanksiya tətbiq edib

22.04.2024  09:19 

Faktiki hava AÇIQLANDI

22.04.2024  08:26 

Bu yollarda tıxac var - Siyahı

20.04.2024  14:04 

Cavanşir Məmmədov vəfat edib


BÜTÜN XƏBƏRLƏR +