Azərbaycan və Ermənistan sülhə heç vaxt olmadığı qədər yaxındır
Özünü pis hiss edən adam futbol oynamaz... - Hikmət Cavadov
Müharibə veteranları üçün yeni güzəşt müəyyənləşir
Pensiya və müavinətlər artırıla bilər?
Qərbin Ermənistan üçün yeni “Vudro vilSON” PLANI
Rusiyadakı azərbaycanlı miqrantları nə gözləyir?
Direktor işdən çıxarıldı
Naxçıvanda qaya uçqunu baş verib- (VİDEO)
Mərkəzi Bank uçot dərəcəsini azaltdı
Canlı yayım açıb dərman tövsiyə edən əczaçıları hansı cəza gözləyir? – VİDEO


19.01.2022  22:38 

Bakı Ağdama köçsün... - TƏKLİF





A+  A-

BAXCP sədri, deputat Qüdrət Həsənquliyev Azərbaycan paytaxtının Bakıdan Ağdama köçürülməsini təklif edib.

Deputat hesab edir ki, həm iqlim, həm də təhlükəsizlik məsələlərinə görə Bakı paytaxt roluna uyğun deyil.

“Regionlarda iş yerlərinin olmaması, əksər şirkətlərin və təhsil müəssisələrinin Bakıda yerləşməsi insanların paytaxta axınına səbəb olur. Bundan başqa, ölkədəki bütün nəqliyyat vasitələrinin 72 faizi Bakıda yerləşir ki, bu da böyük tıxaclara səbəb olur. Bütün bunlar yenidən paytaxtın köçürülməsi məsələsini qabardır”.

Deputat həmçinin digər strukturların da Qarabağa köçürülməsi təklifini irəli sürüb:

“Bakı çox yüklənib, artıq hərəkət etmək mümkün deyil. Dövlət strukturlarının bir qismini burada qoyub, parlamentin, Prezident Administrasiyasının inzibati binalarını Ağdama köçürmək olar. Bu həm təhlükəsizlik baxımından, həm də Qarabağın tezliklə nizamlanması baxımından faydalıdır”.

Regionlarda iqtisadi, siyasi, sosial, tibb, təhsil və.s ilə bağlı infrastrukturların inkişafının aşağı olması ilə bağlı vətəndaşlar bəzən problem yaşayır. Bu, insanların Bakıya gəlməsinə səbəb olurdu. Son zamanlarda ölkə ərazisindəki işsizlik səviyyəsinin artması və iş yerlərinin az olması paytaxta geniş insan axımı ilə nəticələnir. Ölkədə tıxaclar artır, sıxlıq üzündən hərəkət etmək çətinləşir. Buna görə paytaxtın dəyişdirilməsi aktual mövzu olub.

Paytaxtın Bakıdan Ağdama köçürülməsi əlverişlidirmi? Bununla bağlı hansı addımlar düşünülür?

Mövzu ilə bağlı “Sherg.az”a fikirlərini bildirən “525-ci qəzet"in baş redaktoru Rəşad Məcid bu təklifi təxminən 15 il əvvəl verdiyini qeyd edib:

“Bununla bağlı "525-ci qəzet"də silsilə yazılar vermişdik. Hətta televiziyalarda debata çıxanda da bunu vurğulamışam. Fikir bu idi ki, ölkə əhalisinin az qala yarısı paytaxtda yaşayır. Bakıda narahatçılıq var. Ona görə də paytaxtı dəyişməklə bu problemi həll etmək olar. Təəssüf ki, bu, o vaxtlar alınmadı”.

O, hətta fərqli şəhərlərin də paytaxt mövqeyinə uyğun olduğunu izah edib:

“Biz bu məsələni qabardanda aydın oldu ki, Cümhuriyyət dönəmində də paytaxtı Göyçayda yerləşən Qaraməryəm kəndində salmaq istəyirdilər. Ora həm Arana, həm dağa yaxın olan, geniş düzlüyə malik ərazi idi. Diskusiyalar aparanda müxtəlif fikirlər səslənib. Düzdür, Ağdam onda işğal altındaydı. Gəncə, Yevlax və başqa şəhərlərin adlarını çəkənlər olurdu. İndi hesab edirəm ki, Ağdamın paytaxt olması uğurlu bir iş olar. Əlbəttə ki, bu alınsa, problemlər həll olunar. Çünki təsəvvür edin ki, Ağdamda 1 milyonluq bir şəhər olarsa, ətrafdakı o xırda 20-30 minlik etnik xalq yoxa çıxacaq.

R.Məcid bu məsələni hələki real hesab etmədiyini də vurğulayıb:

“Həmişə, elə, torpaqlar azad olunanda da demişəm ki, Ağdamda 300-500 minlik şəhər salınması vacibdir. İstər universitetlər, istərsə də nazirliklər orada yerləşdirilə bilər. Bu, həm siyasi mənada düzgün qərardır, həm də əhalinin paytaxtdakı sayını azaltmaq üçün uğurlu variantdır. Bu şəhər həddindən artıq sıxlığa malikdir. Hökümət də Bakının yükünü azaltmaq üçün tədbirlər görməlidir”.

Xəbər 1103 dəfə oxunub.




29.03.2024  16:18 

Küləyin sürəti güclənəcək

29.03.2024  13:05 

Sabahın hava proqnozu açıqlanıb

29.03.2024  11:23 

Kimlər hakim ola biləcək?

29.03.2024  11:00 

Lavrov Paşinyanı ittiham edib

29.03.2024  10:37 

Ombudsman bəyanat yayıb

29.03.2024  10:28 

Tanınmış jurnalist vəfat edib


BÜTÜN XƏBƏRLƏR +