Qızıl Xaç Komitəsi Erməniəsilli şəxslərə yenidən baş çəkib
“ABŞ-Ermənistan sazişinin məqsədi Türkiyəni zəiflətməyə çalışmaqdır“ - Millət vəkili
Bir qrup vətəndaş Səhiyyə Nazirliyinin önündə etiraz etdi -VİDEO
Bu məktəbdə istilik niyə yoxdur?
Türkiyənin Azərbaycana yeni təyin olunan səfirindən Azərbaycanla bağlı paylaşım
Yardımlı sakinləri qaz və yol axtarışında - VİDEO
Prezidenti İlham Əliyev BƏƏ-yə işgüzar səfərə getdi
Palata UNEC-də yoxlama apardı - Nəticələr AÇIQLANDI
Bakıda gənc qadın falçının qurbanı oldu -VİDEO
Aleksandar Vuçiç İlham Əliyev təşəkkürünü bildirib


18.01.2022  12:31 

Dollar ajiotajını cinayətkarlar yaradır





A+  A-

İqtisadçı ekspert Əkrəm Həsənov son günlər bəzi bankların müştərilərə dollar satmaması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

XəzərNews.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Ə. Həsənovun sözlərinə görə, son 7 ildə ilk dəfə neftin qiyməti 87 dolları ötsə də, banklarımızdan dollar almaq xeyli çətinləşib:

“Digər tərəfdən, banklarımız əhalidən dolları Mərkəzi Bankın məzənnəsi (1,7) ilə alır. Əvvəla, banklar əhalidən rəsmi məzənnə ilə dollar alırsa, deməli, Mərkəzi Bankdan həmin məzənnə ilə istədikləri qədər dollar ala bilmirlər. Banklar axmaq deyil ki, hər alıcıya xeyli vaxt və işçi qüvvəsi sərf edərək kiçik məbləğlərdə dollar alsınlar. Elə birdəfəlik həmin məzənnə ilə Mərkəzi Bankdan bir neçə milyon alarlar. Deməli, Mərkəzi Bank satışı məhdudlaşdırıb.

Digər tərəfdən, bankların özü də dollar satışını məhdudlaşdırıb. Deməli, əhalidən aldıqları dollar həcmi də onların tələbatını təmin etmir. Nəticədə, ajiotaj, panika yaranır. Dollara tələbat da artır”.

Ekspert devalvasiyanın olacağı ilə bağlı yayılan xəbərlərə də münasibət bildirib. O qeyd edib ki, 2015-ci ilin fevral və dekabr aylarında da devalvasiya öncəsi dollar tapmaq mümkün deyildi: “Yəni devalvasiya olacaq? Böyük ehtimalla olmayacaq! Çünki 2015-ci ildən fərqli olaraq neftin qiyməti yüksəkdir. Digər makroiqtisadi faktorlar da devalvasiyanın olacağı ehtimalını azaldır. Üstəlik qiymət artımı fonunda hökumətin devalvasiyaya getmə ehtimalı azdır. İqtisadi problemlər və sosial narazılıq arta bilər.

Bəs, onda nə baş verir? Yeganə ehtimal qalır: kimlərsə "qara bazar"a pas ötürür, yəni onu təşviq edir. Dollara çox ehtiyacı olanlar (əsasən sahibkarlar) naəlac qalıb "qara bazar"a üz tutur və oradan istədiyi qədər dolları alır. Təbii, bankların məzənnəsindən yüksək qiymətlə. Ümumiyyətlə, ölkədə 2 ildən artıq mövcud olan valyuta alışına qanunsuz 20000 manatlıq limitin nəticələrindən biri elə "qara bazar"ın aktivləşməsidir. Kimlərsə bu "qara bazar"ı himayə edir.

Bunlar cinayətkarlar ola bilər! Amma o da ola bilər ki, onlar özlərini cinayətkar saymır və guya dövlət maraqlarına qulluq edirlər”.

Xəbər 1733 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

14.01.2025  12:25 

Azərbaycanda un yenə bahalaşdı

13.01.2025  17:03 

Bakıda müğənni vəfat etdi

13.01.2025  12:54 

Sabahın havası necə olacaq?


BÜTÜN XƏBƏRLƏR +