Qızıl Xaç Komitəsi Erməniəsilli şəxslərə yenidən baş çəkib
“ABŞ-Ermənistan sazişinin məqsədi Türkiyəni zəiflətməyə çalışmaqdır“ - Millət vəkili
Bir qrup vətəndaş Səhiyyə Nazirliyinin önündə etiraz etdi -VİDEO
Bu məktəbdə istilik niyə yoxdur?
Türkiyənin Azərbaycana yeni təyin olunan səfirindən Azərbaycanla bağlı paylaşım
Yardımlı sakinləri qaz və yol axtarışında - VİDEO
Prezidenti İlham Əliyev BƏƏ-yə işgüzar səfərə getdi
Palata UNEC-də yoxlama apardı - Nəticələr AÇIQLANDI
Bakıda gənc qadın falçının qurbanı oldu -VİDEO
Aleksandar Vuçiç İlham Əliyev təşəkkürünü bildirib


17.01.2022  16:25 

Pensiyalar nə qədər indeksləşdiriləcək?





A+  A-

İzləyicilər tez-tez soruşurlar ki, pensiyalar nə qədər artacaq. Bir daha qeyd edim ki, bundan sonra pensiyalar artmayacaq, amma indeksləşdiriləcək. İndeksləşdirmə artım deyil, inflyasiyaya görə dəyərsizləşən pul vəsaitinin kompensasiyasıdır.

Azərbaycan qanunvericiliyi ilə hər növbəti ilin fevral ayında əmək pensiyaları ötən ilin orta aylıq nominal əmək haqqının ondan əvvəlki illə müqayisədə artımına uyğun olaraq indeksləşdirilir. Belə olanda da sual yaranır ki, bəs onda indeksləşdirmə faizi nə qədər olacaq?

Cavab budur ki, bu faiz hələ açıqlanmayıb. DSK-nın açıqlamasından məlum olan budur ki, 2021-ci ilin yanvar-noyabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,9 faiz artaraq 724,1 manat olub. Göründüyü kimi 11 aylıq göstərici 2,9 faizdir, 12-ci ayın göstəricisi də əlavə olunanda və ya çıxılanda 2021-ci il üçün ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqının əvvəlki ilə nisbətdə artım faizi bəlli olacaq və onun əsasında əmək pensiyalarının təxminən 90 faizi indeksləşdiriləcək.

Göründüyü kimi indeksləşdirmə 3 faiz ətrafında təxmin edilə bilər. Belə olanda da əvvələr 240 manatdan çox pensiya alanların pensiyası da 3 faiz ətrafında indeksləşdiriləcək. Belə olarsa, onda 250 manat pensiya alanlar 257,5 manat, 300 manat pensiya alanlar 309 manat, 350 manat pensiya alanlar 360,5 manat, 400 manat pensiya alanlar 412 manat alacaq. Amma bir az də səbr edib yekun məlumatı gözləmək lazımdır. Mənim hesablamam hələ ki, təxminlər əsasındadır.

Əgər kimlərinsə pensiyası minimum pensiya məbləğinin 240 manata çatdırılması ilə əlaqədar olaraq ötən illə müqayisədə təxminən 7 manatdan çox artıbsa, onda onlara indeksləşdirmə şamil olunmayacaq.

Bu məsələyə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin 2021-ci il üçün orta aylıq nominal əməkhaqqının 2020-ci illə müqayisədə artımı barədə yekun göstərici açıqlananda təkrar qayıdacam. Hələlik bu qədər, yazdığım acı olsa da həqiqətdir, şirin nağıllara inanmayın, özünüzə yaxşı baxın!

Qubad İbadoğlu


Xəbər 1792 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

14.01.2025  12:25 

Azərbaycanda un yenə bahalaşdı

13.01.2025  17:03 

Bakıda müğənni vəfat etdi

13.01.2025  12:54 

Sabahın havası necə olacaq?


BÜTÜN XƏBƏRLƏR +