Anti-Azərbaycançı siyasi şərhçi erməni məktəbində - Foto
Sabah Bakıda yağış yağacağı ehtimalı var
Sabiq deputatın oğlu Bakıda restoran açıb
Pənah Hüseyn namizədini açıqlayıb
Permdə azərbaycan əsilli Rusiya vətəndaşı həbs edilib
Ukrayna Oryolda yanacaq obyektlərinə hücum edib
Tramp Maduro ilə nədən danışıb?
Rusiya tankeri Qara dənizdə hücuma məruz qalıb
Prezident Thonqlun Sisulitə təbrik məktubu ünvanlayıb
Cənubi Qafqazda yeni siyasi xətt: Tbilisi hansı oyunu qurur?


16.01.2022  11:21 

Prokuror Mahir Xəttaba 4 il iş istədi





A+  A-

Yeni Azərbaycan Partiyasının (YAP) Binəqədi rayon təşkilatının keçmiş sədri Ramiz Göyüşovu şəxsi həyatına aid görüntülərlə şantaj edib, pul tələb etməkdə ittiham olunan “azadinfo.az” saytının təsisçisi Mahir Ələkbərovun işi üzrə məhkəmə istintaqı yekunlaşıb. Mahir Xəttab kimi tanınan sayt rəhbərinə prokuror 4 il həbs cəzası verilməsini təklif edib.

Yanvarın 14-də Nəsimi Rayon Məhkəməsində keçirilən prosesdə çıxış edən prokuror bildirib ki, Mahir Ələkbərova qarşı Cinayət Məcəlləsinin 182.1 (hədə-qorxu ilə tələb-etmə) maddəsilə irəli sürülmüş ittiham məhkəmə istintaqı zamanı sübuta yetirilib. Təsdiqlənib ki, Ramiz Göyüşovun şəxsi həyatına aid, intim xarakterli görüntülər “azadinfo.az” və başqa saytlarda yayılandan sonra Mahir Xəttab YAP-ın Binəqədi rayon təşkilatının sədri ilə görüşərək, həmin videonun silinməsi üçün ondan 2000 manat pul alıb.

Lakin Mahir Ələkbərov ittihamı qəbul etmir. O, məhkəmədə ifadə verərkən özünü təqsirli bilməyib və ittihamın əsassız olduğunu deyib.

2021-ci ilin sentyabrında – Ramiz Göyüşovun şəxsi həyatına aid görüntülər yayılandan bir neçə gün sonra o, YAP-dan xaric olunub./Meydan TV

Xəbər 3096 dəfə oxunub.




02.12.2025  11:04 

Talıbovun qurumu LƏĞV EDİLDİ

02.12.2025  10:11 

Bakıda ağır qəza...-Ölən var

02.12.2025  10:09 

Tanınmış rejissor həbs olundu

02.12.2025  10:08 

Sabiq nazir vəfat etdi

02.12.2025  09:58 

Bakıda avtobus piyadanı vurdu

01.12.2025  18:02 

31 nömrəli avtobuslar yenilənir

01.12.2025  18:00 

Mərkəzi Bankda yeni təyinat


BÜTÜN XƏBƏRLƏR +