Qərbin Ermənistan üçün yeni “Vudro vilSON” PLANI
Rusiyadakı azərbaycanlı miqrantları nə gözləyir?
Direktor işdən çıxarıldı
Naxçıvanda qaya uçqunu baş verib- (VİDEO)
Mərkəzi Bank uçot dərəcəsini azaltdı
Canlı yayım açıb dərman tövsiyə edən əczaçıları hansı cəza gözləyir? – VİDEO
Bu aktyor “Komedixana”ya qayıdıb
Mahsun Qırmızıgül Bakıda konsert verəcək
Bellevue azərbaycanlıları... - Amerikaya getmək asandır, yoxsa orda yaşamaq?
Məcburi köçkünlər yaşadıqları evləri nə zaman təhvil verəcək?


12.01.2022  12:44 

KTMT çomağının iki başı...





A+  A-

Putin Tokayevi xilas etmək üçün Qazaxıstana gerçəkdən ləşkər yolladı: Rusiya Hava-Desant Qoşunları (HDQ) taktiki birliyinin “spesnazı” - 45-ci əlahiddə xüsusi təyinatlı briqada, həmin birliyin 98-ci Qvardiya hava-desant diviziyası və əlahiddə 31-ci Qvardiya desant-hücum briqadasının bölmələri və s.

Hava-Desant Qoşunları RF Silahlı Qüvvələrində (SQ) müstəqil və elitar qoşun növüdür - düşmənə göydə və yerdə qəfil hücum edir, onun arxasında hərbi-diversiya işləri və başqa strateji tapşırıqları yerinə yetirir. Həmçinin Aktau limanına rus dəniz piyadaları çıxarıldı.

Və KTMT “sülhməramlıları”na rəhbərlik Hava-Desant Qoşunlarının komandanı general-polkovnik Andrey Serdyukova tapşırıldı. Rus generalitetinin yüksələn ulduzlarından olan Serdyukov iki il əvvəl Rusiya SQ-nin Suriyadakı qruplaşmasının başında idi. Donbas konfliktinə verdiyi “töhvə”yə görə adı Kiyevin qara siyahısının başında durur. O boyda generala 2-3 minlik “sülhməramlı” qoşuna komandanlıq heç yaraşmadı, hərgah Putin Serdyukovu qazax çöllərinə başqa missiya ilə göndərməyibsə. İndi də Tokayev deyir ki, 10 günə komandan da, qoşunu da Qazaxıstandan çəkiləcək. Ruslar girdikləri yerdən bu dəfə çıxa da bilərlər, çıxmaya da bilərlər. Putin “их там нет” dedi, vəssalam-şüttamam, çıxmasalar da, onun boynuna qoya bilməzsən. Kremlin sahibi əmindir ki, rus əsgəri fantomdur, əgər dedisə ki, “onlar orda yoxdur”, kimsə onları görə bilməz...

Hər nə isə, Putin Tokayevi gerçəkdən xilas etdi. Lukaşenko dərhal KTMT-nin reklamına başladı ki, bu təşkilata üzvlük liderləri eksseslərdən, sürprizlərdən, istənilən siyasi-sosial-psixi-təbii fəlakətlərdən sığortalayır. Batka Özbəkistan rəhbərinə də mesaj göndərdi ki, başının salamat olmasını istəyirsə, gəlib onlara qoşulsun.

Maraqlıdır, Kollektiv Təhlükəsizlik Müqaviləsi (KTM) 30 il əvvəl məhz Daşkənddə imzalanıb və bir müddət “Daşkənd paktı” adlanıb. Amma bir-iki dəfə KTMT-yə girib-çıxmaqla Putinin hərbi paktını karvansaraya döndərən, özünün də imperiya ənənələri olan Özbəkistan asanlıqla geri qayıdana oxşamır. Üstəlik, KTMT-nin “təhlükəsizlik qarantiyası” da şübhəlidir...

Düzdür, Tokayevin timsalında Putin KTMT doktrinasına uyğun “xilasedicisi” funksiyasını sərgilədi. Amma Nazarbayevin aqibətində Kremlin sahibi “qəbirqazan” kimi səhnəyə çıxdı.

Beləliklə, Putin üçün KTMT universial alətdir: istər xilas edər, istər qəbir qazar. Hansını edəcəyi isə baxır Kreml sahibinin kefinə və “kolleqa”nın özünü necə aparmasına...

Qəzənfər Həmidoğlu
XəzərNews.az


Xəbər 1023 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

28.03.2024  19:08 

Bişkekdə güclü fırtına

28.03.2024  18:58 

Sabah bu rayonda qaz olmayacaq

28.03.2024  17:41 

Rahib Əliyev vəfat edib

28.03.2024  17:10 

Larri Lloyd vəfat edib

28.03.2024  17:05 

Krişjanis Karinş istefa verib

28.03.2024  16:57 

Marutyan tezliklə partiya yaradacaq

28.03.2024  15:04 

Ərdoğan Qarabağdan danışıb

28.03.2024  14:38 

“3 manatlıq supa görə...”

28.03.2024  14:34 

Bakıda hansı evlər bahalaşıb?

28.03.2024  12:19 

Sabahın havası açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +