200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan
“RabitəBank” keşbək faizlərini aşağı salır
Ukraynanı dəstəkləyən rus həbs edildi


12.01.2022  10:55 

Azərbaycan vətəndaşları bu ölkələrə vizasız gedəcək





A+  A-

“Henley&Partners” təşkilatı 2022-ci il üçün Pasportlar İndeksi ilə bağlı yeni məlumat dərc edib.

XəzərNews.az xəbər verir ki, Azərbaycan reytinqdə 74-cü pillədə yer alıb.

Belə ki, ölkə vətəndaşları dünyanın 69 ölkəsinə vizasız səfər edə bilərlər. Azərbaycan ötən il 80-ci pillədə qərarlaşmışdı. Beləliklə, ölkə öz göstəricilərini yaxşılaşdıraraq reytinqdə 6 pillə irəliləyib.

Reytinqin ilk pilləsində Sinqapur və Yaponiya qərarlaşıb. Bu ölkələrin vətəndaşları 192 ölkəyə vizasız səyahət edə və yaxud ölkəyə gəldikdən sonra lazımi sənədləri tərtib edə bilərlər.

İkinci pillədə də iki ölkə yer alıb. Bunlar Almaniya və Cənubi Koreyadır. Bu ölkələrin vətəndaşları 190 ölkəyə vizasız gedə bilərlər./Qafqazinfo

Xəbər 1546 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +