AZAL-a məxsus təyyarənin qara qutusu tapılıb
Azərbaycan xalqına böyük faciə üz verib -Prezident
“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto


11.01.2022  17:46 

Şou-biznes Elza Seyidcahana qarşı birləşdi





A+  A-

Əməkdar artist Elza Seyidcahan yenə açıqlaması ilə gündəm yaradıb. Belə ki, sənətçinin "Xəyanəti bağışlayaram, qadınların borcudur ki, hər bir zaman ərlərinin xəyanətini bağışlasınlar. Kar, kor, lal olsunlar"- fikri müzakirələrə səbəb olub.

XəzərNews.az xəbər verir ki, xanım sənətçilər isə moderator.az-a açıqlamasında Elza Seyidcahanın fikirləri ilə razılaşmadıqlarını bildirdilər. Xəyanətin bağışlanmaz olduğunu qeyd etdilər.

İfaçı Afət Fərmanqızı xəyanətin qəbuledilməz olduğunu qeyd edib:

"Elza Seyidcahana hörmətim var. Amma mənim fikrimcə xəyanət bağışlanmamalıdır. Həzrət Əli deyir ki, xəyanəti bağışlamaqla sən həmin adama ikinci dəfə şərait yaradırsan ki, mənə bir də xəyanət et. Bu o deməkdir. Mənim nəzərimdə xəyanət elə xəyanətdir. İstər vətənə, istər dosta, istərsə də sevgililər arasında. Sevgilisinə xəyanət edən adam, həyat yoldaşına da xəyanət edər, yaşadığı torpağa da".

Teleaparıcı və şairə Nazilə Səfərli xəyanəti yalnız bir halda bağışlaya biləcəyini bildirib:

"Mən bu mövzuya müdaxilə etmək istəmirəm. Elza Seyidcahan seyid qızıdır, yəqin ki, bu sözü deyəndə bir bildiyi olub. Amma onun bu fikri bütün qadınlara şamil olunmur. Xəyanətin bağışlanan və bağışlanmayan tərəfləri var. Hətta deyərdim ki, xəyanət heç vaxt bağışlanmır. Qarşınızdakı insan səhv etdiyini anlayarsa, sənin könlünü qazanmaq üçün şans istəyərsə ona bu şansı vermək lazımdır. Çünki elə hər səhv edəni kəsb atsaq ətrafımızda heç kim qalmaz. Amma yox bilərək, arsızca xəyanət edirsə və bunu sənə bildirib, səni əzir, qadınlığına, qüruruna toxunursa elə adamı bağışlamaq olmaz.

O ki qaldı qadının lal, kar, kor olmasına, bu nə deməkdir ki? İnsan hər eşitdiyinə inanmamalı və danışmamalıdır. Hər yerə burnunu soxmamalı, ehtiyatlı olmalıdır.

Qadınlara nitq azadlığı verilməlidir ki, fikirlərini həyat yoldaşı ilə bölüşə bilsin. Ər hegemon olarsa, qorxu ilə yaşayan qadın bir gün ərinə pis zərbə vuracaq. Çünki qadına nitq azadlığı verilmir, o da evdə nifrətlə yaşayır. Ər hegemon olanda qadın sözünü demir, amma ilk fürsətdə ona ən böyük zərbəni elə qadın vurur".

Aparıcı-aktrisa Aysel Nazim Elza xanımın bu fikirləri ilə razılaşmadığını xəyanətin heç bir halda bağışlanmaz olduğunu və bu məsələdə qadınlara dəstək olmaq lazım olduğunu vurğuladı:

"Xəyanət istər aildə, istər dostluqda, istər qonşuluqda hər bir halda bağışlanmazdır".

Xəbər 1781 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +