Qərbin Ermənistan üçün yeni “Vudro vilSON” PLANI
Rusiyadakı azərbaycanlı miqrantları nə gözləyir?
Direktor işdən çıxarıldı
Naxçıvanda qaya uçqunu baş verib- (VİDEO)
Mərkəzi Bank uçot dərəcəsini azaltdı
Canlı yayım açıb dərman tövsiyə edən əczaçıları hansı cəza gözləyir? – VİDEO
Bu aktyor “Komedixana”ya qayıdıb
Mahsun Qırmızıgül Bakıda konsert verəcək
Bellevue azərbaycanlıları... - Amerikaya getmək asandır, yoxsa orda yaşamaq?
Məcburi köçkünlər yaşadıqları evləri nə zaman təhvil verəcək?


08.01.2022  10:55 

“Biz terrorçu deyilik!” - Tokayevə səsləndilər





A+  A-

Prezident Kasım-Jomart Tokayev əvvəlcə dialoqa çağırdığı etirazçıları indi “xaricdə təlim keçmiş beynəlxalq terrorçu dəstələr” adlandırır.

AzadlıqRadiosunun təhliçisi Ron Sinovaytis yazır ki, əsgərlər Almatıdakı Respublika meydanında döyüş güllələri ilə atəş açanda Qazaxıstanın qeydiyyatdan keçməmiş Demokratik Partiyasının fəalı Aygerim Tuleujanova da 200-dək etirazçının arasında orada olub.

Lakin bu qanlı hadisə əsasən xəbərsiz ötüşdü, çünki ölkə boyunca interneti və mobil telefon rabitəsini kəsmişdilər.

Hökumətin məqsədi etirazçılara divan tutulması xəbərlərinin ölkədən kənara çıxmaması idi.

Bu səbəbdən də xarici mediaya daha çox hakimiyyətin versiyasını dəstəkləyən xəbərlər çıxdı.

Prezident Kasım-Jomart Tokayev əvvəlcə dialoqa çağırdığı etirazçıları indi “xaricdə təlim keçmiş beynəlxalq terrorçu dəstələr” adlandırır.

Tuleujanova AzadlıqRadiosunun Qazax xidmətinə verdiyi müsahibədə demişdi ki, yanvarın 6-da meydandakılar silahsız qazax gəncləri idi.

Sinovaytis yazır ki, Tokayevin birtərəfli iddialarına qarşı Tuleujanovanın qrupu üzərində “Biz terrorçu deyilik!”, “Tokayev, bizə güllə atma!” yazılmış plakatlar qaldırıb.

Teleujanovanın qrupu “böhran mərkəzi” yaradıb. Fəallar tələblərini irəli sürüblər.

Onlar Tokayev də daxil bütün hökumətin istefasını və vətəndaş cəmiyyəti nümayəndəsinin başçılığı ilə keçid hökumətinin yaradılmasını tələb edirlər.

Ablyazov Qazaxıstanı Rusiyanın cəngindən qoparmağa çağırır

Keçmiş prezident Nursultan Nazarbayevin xaricdə yaşayan qaçaq opponenti, keçmiş nazir Muxtar Ablyazov Reuetrs agentliynə müsahibəsində Qərbi, Qazaxıstanı Moskvanın orbitindən dartıb çıxarmağa çağırıb.

Ablyazov deyib ki, Qərb mütləq proseslərə müdaxilə etməlidir:

"Əks halda Qazaxıstan Belarusa çevriləcək və Putin özünün Sovet İttifaqına bənzər struktur yaratmaq məqsədini metodiki şəkildə həyata keçirəcək. Qərb Qazaxıstanı Rusiyadan kənara çəkməlidir. Rusiya artıq müdaxilə edib. KTMT Rusiyadır. Bu, Rusiya işğalıdır”.

Reuters yazır ki, Ablyazov bunun necə edilə biləcəyi barədə heç nə deməyib.

Ablyazov deyib ki, Çin indilik kənardan müşahidə edəcək.

Nazarbayevin naziri

Qazaxıstanda dələduzluq, mənimsəmə və qətl təşkilatçılığı ittihamları ilə qiyabi olaraq məhkum edilmiş 58 yaşlı Ablyazov hazırda Fransada mühacirətdədir.

O özünə qarşı Rusiya və Qazaxıstanda irəli sürülmüş ittihamları rədd edir.

Ablyazov 1990-cu illərdə Nazarbayevin hökumətində enerji naziri olsa da, sonradan münasibətləri pozulub.

Qazaxıstan hakimiyyəti bildirir ki, 2016-cı ildə Ablyazovun başlatdığı etirazlar Nazarbayevi qeyri-populyar torpaq sahibliyi islahatından əl çəkməyə məcbur edib.

Ablyazov bildirir ki, Nazarbayev öz qan qohumluğu olan elitasını varlandırdığı halda ölkəni “geosiyasi dalana” salıb.

Nazarbayev hələ də ölkəni idarə edir?

Onun sözlərinə görə Nazarbayev hazırda ölkədə olmasa da, telefonla onu idarə edir və Tokayev də daxil bütün məmurlar onun göstərişlərini yerinə yetirməkdə davam edirlər.

Ablyazov bildirib ki, o Qazaxıstana qayıdaraq keçid hökumətinə rəhbərlik etməyə hazırdır.

O əlavə edib ki, etirazçılar ona hər gün zəng edib nə etməli olduqlarını soruşurlar. Onun sözlərinə görə bir çoxları onu Qazaxıstana qayıtmadığıma görə ittiham edirlər.

"Mən qayıdardım. Adamlar soruşurlar ki, nə vaxt qayıdacağam. Amma adamlar başa düşmürlər ki, mənim üçün qayıtmaq çox çətindir. Rusiya məni 15 il müddətinə, Qazaxıstan isə ömürlük həbsxana cəzasına məhkum ediblər”.

O Qazaxıstandakı etirazların Qərb tərəfindən təşkil edildiyinə dair iddiaları rədd edir və bildirir ki, Qərb ona nəinki dəstək vermir, hətta maneçilik törədir.

Xəbər 1122 dəfə oxunub.




28.03.2024  23:50 

Yevlaxda yol qəzası baş verib

28.03.2024  19:08 

Bişkekdə güclü fırtına

28.03.2024  18:58 

Sabah bu rayonda qaz olmayacaq

28.03.2024  17:41 

Rahib Əliyev vəfat edib

28.03.2024  17:10 

Larri Lloyd vəfat edib

28.03.2024  17:05 

Krişjanis Karinş istefa verib

28.03.2024  16:57 

Marutyan tezliklə partiya yaradacaq


BÜTÜN XƏBƏRLƏR +