200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan
“RabitəBank” keşbək faizlərini aşağı salır
Ukraynanı dəstəkləyən rus həbs edildi


08.01.2022  10:06 

Şagirdin döyülməsinə valideynlər niyə sərt reaksiya verir?





A+  A-

Orta məktəbi 2010-cu ilə qədər bitirənlər müəllimləri tərəfindən, hətta direktoru tərəfindən döyülüb.

Sovetlər dönəmində və ötən əsrin 90-cı illərində orta məktəbdə oxuyanlar isə bunu daha çox yaşayıb.

Mən də orta məktəbdə oxuyanda müəllimim döyüb.

Bəli, bizi müəllim, direktor döyəndə dərsə hazır gəlmədiyimiz üçün döyərdi və evdə desə idik evdə də döyərdilər ki, bəs sən nə etmisən ki, müəllimin döyüb.

Bəs indi niyə sərt reaksiya, tənqid olunur döyən müəllim, direktor?
Çünki indi məktəb öz funksiyasını yerinə yetirə bilmir.

Əvvəllər şagirdlər orta məktəbdə minimum zəruri bilik və bacarıqlara yiyələnirdi. Məktəb şagirdlərinə həm bilik, həm bacarıqlar, həm də tərbiyə verirdi.
Valideyn demək olar ki, bu istiqamətdə heç bir iş görmürdü.

Bəs indi necədir vəziyyət?

Şagirdlər az qala dünyaya göz açandan repetitor yanına, hazırıq kurslarına gedir. Əlbəttə ki, valideynlərin vəsaiti hesabına.

Yəni valideynləri şagird üçün indi həm maddi, həm mənəvi digər bütün resurslarını səfərbər edir.

Bu o deməkdir ki, məktəbin pulsuz görməli olduğu işi valideynləri pulla görür.
Bunun ardınca əlbəttə ki, valideyn məktəbə gəlib haqlı iradını bildirir ki, sən mənimlə birlikdə övladımı böyütmüsən ki, onu da döyürsən.

Bəli, məktəb öz məsuliyyətini dərk etmir, məktəb öz öhdəliklərini yerinə yetirmir.

Bunları da məktəbi idarə edənlərin yerinə yetirməyə bilik və bacarıqları çatmadığı üçün fiziki zorakılığa üz tuturlar.

Bu fikirlər o demək deyil ki, mən 10-15 əvvələ qədər şagird döyülməsinə haqq qazandırıram. Xeyr, heç bir halda şagird döyülə bilməz.

Şagirdə fiziki zorakılıq tətbiq etmək yolverilməzdir.

Kamran Əsədov
Təhsil üzrə ekspert


Xəbər 1618 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +