İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili


05.01.2022  12:33 

Çörəyi kim bahalaşdırır: “istehsalçı“, “inhisarçı“, yoxsa hökumət?





A+  A-

Azərbaycanda yanvarın 4-də bəzi yerlərdə çörək bahalaşıb. Astarada un 10 manat bahalaşıb, İmişlidə, Şəkidə çörəyin qiyməti qalxıb.

Yanvarın 4-də həm də bir neçə xəbər agentliyi un istehsalçılarının müraciəti adı altında mətn yayıb. Orada bildirilir ki, daha çox istifadə olunan və "zavod çörəyi" kimi tanınan çörəyin qiyməti 10-15 qəpik bahalaşa bilər. Amma həmin mətndə un istehsalçılarından kimi təqdim olunan bu şirkətlərin adları açıqlanmır və müraciəti kimin yaydığı bilinmir.

Müraciətdə deyilir ki, hökumətin un istehsalçıları və taxıl idxalına verdiyi yardım 2021-ci ilin dekabr ayının sonundan dayanır. Ona görə də indi qiymətləri qaldırmağa ehtiyac yaranıb.

Bu subsidiya keçən ilin fevralından, ərzaq buğdasının idxal qiymətinin bahalaşmasına görə verilirdi, bu ilin dekabrın 31-də başa çatıb. Verilən məbləğ dünya bazarında taxılın qiymətlərinə görə dəyişirdi. Yəni hökumət dekabrın 31-ə qədər ölkəyə gətirilən taxılın qiyməti artdıqca aradakı fərqi taxılı gətirən şirkətə ödəyirdi.

Hələlik Nazirlər Kabinetinin bu möhləti uzadıb-uzatmayacağı bəlli deyil. Hazırda ölkədə Yeni il tətili olduğu üçün rəsmilərin bu mövzuda reaksiyasını almaq mümkün olmayıb.

Ən böyük un istehsalçılarından biri olan Karat Holding-dən də bildiriblər ki, bayram günü olduğuna görə, suallara cavab verə bilməzlər.

İqtisadi təhlilçi Toğrul Vəliyev deyir ki, neçə illərdir, bu bazarda mövcud olan bir neçə şirkət var.

“Əvvəlcədən bildirirlər ki, problem bizdə deyil, bizdən asılı olmayan səbəblərdədir. İndi artıq hər şey hökumətdən asılıdır ki, onun addımları nədən ibarət olacaq. Ya hökumət deyəcək ki, bu, beynəlxalq trenddir və bizdən heç nə asılı deyil, ya da hökumət dövlət büdcəsindən vəsait ayıracaq”.

İqtisad professoru Qubad İbadoğlu isə hesab edir ki, Azərbaycanda un idxalı da inhisardadır və idxalda da rəqabətin olmaması qiymətə təsir edir.

Bəs ərzaq buğdası niyə xaricdən gətirilir?

Sahibkarlara aid edilən müraciətdə deyilir ki, bahalaşmanın səbəblərindən biri də Rusiyanın keçən ilin yanvarından ixrac rüsumunu qaldırmasıdır. Yəni, əvvəl Rusiyadan 1 ton ərzaqlıq buğda çıxarmaq üçün rüsum iki il əvvəllə müqayidədə 60 faizə qədər artılıb.

Qubad İbadoğlu hesab edir ki, buğdanın azı 80 faizinin Rusiyadan alınması Azərbaycanı ərzaq təhlükəsi ilə üz-üzə qoyur. İndi də dünyada qıtlıq yarananda Rusiya öz buğdasına ixrac rüsumu tətbiq edir:

“Rusiya ixracı tənzimləmək üçün bunu edib, Azərbaycanın da başqa əlacı qalmayıb”.

Rusiyadan çörək asılılığı

Qubad İbadoğlu deyir ki, Rusiya bu asılılıqdan həm də siyasi məqsədlə istifadə edir və ixrac rüsumu ancaq Avrasiya İttifaqına daxil olmayan ölkələrə tətbiq olunur.

Onun sözlərinə görə Rusiya ərzaq müharibəsi aparır.

Qubad İbadoğlu hesab edir ki, Azərbaycan buğda aldığı ölkələrin sayını artırmalı, asılılığı azaltmalı, həm də yerli istehsalı gücləndirməlidir.

Hökumət unun bahalaşması ilə bağlı hansısa tədbirlər görəcəkmi? Kənd Təsərrüfatı Nazirliyindən bildiriblər ki, bu suala cavab vermək onların səlahiyyətində deyil.

Koronovirus pandemiyasından sonra bütün dünyada ərzaq qiymətləri bahalaşır. İdxaldan asılı olan ölkələrdə isə bu bahalaşma daha çox hiss olunur./AzadlıqRadiosu

Xəbər 1474 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

24.04.2024  10:02 

ABŞ İrana sanksiya tətbiq edib

22.04.2024  09:19 

Faktiki hava AÇIQLANDI

22.04.2024  08:26 

Bu yollarda tıxac var - Siyahı

20.04.2024  14:04 

Cavanşir Məmmədov vəfat edib


BÜTÜN XƏBƏRLƏR +