İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili


28.12.2021  19:48 

Sədəqə ilə zəkatın fərqi nədir?





A+  A-

Bunların hər ikisi imkanlı adam tərəfindən ehtiyaclı və fəqir insanlara verilən ehsanın növləridir.

Sədəqə vermək vacib deyil, sədəqə könüllü olaraq verilir. Onun konkret miqdarı, şərti, vaxtı şəriətdə göstərilməyib. Həmçinin, sədəqə yalnız pul və mal şəklində deyil, mənəvi yardım kimi də edilə bilər. Məsələn, hədislərdə buyurulub ki, təbəssüm və xoş sima da sədəqənin bir növüdür.

Zəkat isə dini vergidir. Konkret olaraq bəzi əmlak növlərindən, konkret miqdarda (nisab həddində) verilir. Zəkat, buna haqqı çatan insanlara ödənməlidir.
Malının zəkatını verməyən adam Allah qarşısında cavabdehdir.

Zəkat İslamın əsas təməl ibadətlərindən biridir. Lüğəti mənası “təmizlik”, “bərəkət”, “çoxalma” deməkdir. Məzhəblərin şəriətinə görə, zəkatın miqdarı 1/40-dir.

Quranda zəkatla, sədəqə ilə əlaqəli təxminən 31 ayə var onların heç birində bu miqdar göstərilməmişdir.

Bəzi ayələri təhlil edərək zəkatı, sədəqəni necə və kimlərə verildiyini aydınlaşdıraq.

Bəqərə 177. Malını qohum-əqrəbaya, yetimlərə, yoxsullara, müsafirə, dilənçilərə və qulların azad olunmasına sərf edən, namaz qılıb zəkat verən kimsələr, eləcə də əhd edəndə əhdinə sadiq olanlar, dar ayaqda, çətinlikdə və cihad zamanı səbr edənlərdir.

Bəqərə 215. Səndən Allah yolunda nə verəcəkləri haqqında soruşanlara söylə: “Malınızdan verəcəyiniz şey ata-anaya, qohumlara, yetimlərə, miskinlərə və müsafirə məxsusdur”. Şübhəsiz ki, Allah etdiyiniz xeyirli işi biləndir.

Tövbə 60. Sədəqələr Allah tərəfindən müəyyən edilmiş bir fərz olaraq ancaq yoxsullara, minskinlərə, zəkatı yığıb paylayanlara, ürəkləri müsəlmanlığa isinişib bağlanmaqda olanlara, azad ediləcək kölələrə, həmçınin borcu ödəməyə imkanı olmayan borclulara, Allah yolunda cihad edənlərə və yolçulara məxsusdur. Allah biləndir, hikmət sahibidir.

Bu ayələrdən zəkatı, sədəqəni kimlərə verə biləcəyimiz aydın olur.

-Qohum əqrabaya
-Yetimlərə
-Yoxsullara
-Pulu qurtarıb yolda qalan müsafirlərə
-Dilənçilərə
-Kölənin azad edilməsinə
-Miskinlərə
-Zəkat yığıb paylayanlara
-Müsəlman olmağa yaxın olanlara
-Borcu olana
-Allah yolunda cihad edənlərə

Bəqərə 219. Allah yolunda nəyi paylamalı olduqlarını soruşanlara isə de: “Ehtiyacınızdan artıq qalanını”. Allah sizə Öz ayələrini bu cür bildirir ki, bəlkə, fikirləşəsiniz.

–Bu ayədən görürük ki, Allah ehtiyacımızdan artıq qalanını verməyimizi istəyir. Yəni ortada hansısa 1/40, 1/10 bölgüsü yoxdur. Nədir bu ehtiyacdan artıq qalan? Tutalım mənim 1 aya ehtiyacım 500 manatdır. Mən 700 manat qazanıram. 200 artıq qalır. Onun 100-nü ehtiyat saxlayıram qalır 100. Ondan da zəkatı verməliyəm miqdarı da öz ədalətimə qalıb. Allah məhz bunu insanın özünə buraxaraq bir daha azad iradə ilə hərəkət etməyə izn verib.

Məaric 24, 25. O kəslər ki, onların mallarında müəyyən bir haqq vardır-Dilənən və məhrum olan kimsə üçün.

- Bu ayədən anlayırıq ki, imkanı olmayanın, yoxsulun, çarəsizin bizim mallarımızda haqqı var. Allah bizə o haqqı qaytarmağımızı əmr edir.

Nəhl 71. Allah ruzi baxımından birinizi digərinizdən üstün etmişdir. Üstün olanlar tabeçiliyində olanları öz ruzilərinə şərik etməzlər ki, bu cəhətdən bərabər olsunlar. İndi onlar Allahın nemətlərini inkarmı edirlər?

-Bu ayədə Allah ruzi baxımından birimizi digərimizdən üstün etdiyini deyir və üstün edilən öz ruzisini bölüşməlidir. Lakin ayədə üstün edilənlərin çoxunun münafiq olduğu aydın olur.

Tövbə 34. Ey iman gətirənlər, din alimlərindən və rahiblərindən çoxu insanların mallarını haqsızlıqla yeyir və onları Allah yolundan döndərirlər. Qızıl-gümüş yığıb onu Allah yolunda xərcləməyənləri şiddətli bir əzabla müjdələ.

-Ayədə din adamlarının, rahiblərin insanların malını mənimsədiyi deyilir. Bu ayə müasir zamanımızla necə də uyğundur. Şeyxlərin, mollaların, imamların insanları din adına aldadaraq haqlarını yeməsi təsvir edilmişdir.

Talaq 7. Varlı-karlı olan öz varına görə versin. İmkanı az olan isə Allahın ona verdiyindən versin. Allah heç kəsi Özünün ona verdiyindən artıq xərcləməyə məcbur etməz. Allah hər bir çətinlikdən sonra asanlıq əta edər.

-İlahi ədalət! Bu ayədə hər kəsin öz imkanına görə zəkat, sədəqə verməsi əmr olunur. Allah verdiyindən artığını xərclətmək istəməz.

Bəqərə 267. Ey iman gətirənlər, qazandığınız və sizin üçün torpaqdan yetişdirdiyimiz şeylərin yaxşılarından Allah yolunda sərf edin. Ancaq göz yumaraq aldığınız pis, yaramaz şeylərdən vermək fikrində olmayın. Bilin ki, Allahın heç bir şeyə ehtiyacı yoxdur. O, hər cür şükrə, tərifə layiqdir.

-Bu ayədə düzgün, halal mallardan, sahib olduğumuz şeylərin yaxşısından sərf etməyimiz əmr olunur.

Rəd 22. Allah sədəqələrimizi aşkar və gizli verə biləcəyimizi deyir. Bəqərə 271-də açkar versəniz nə yaxşı, amma gizlincə versəniz bu sizin üçün daha xeyirli olar.

-Zəkatı, sədəqəni verərkən ancaq Allah yolunda verməli, göstəriş üçün edilməməli və elədiyi yaxşılığı başa qaxanc etməməlidir (Bəqərə 262, 263, 264).

-Xərcləməyə heç bir şeyi olmayanların üzərində heç bir sorumluluq yoxdur (Tövbə 91, 92).

Ali-İmran 92. Sevdiyiniz şeylərdən sərf etməyincə savaba çatmazsınız. Şübhəsiz ki, Allah Onun yolunda xərclədiyiniz hər bir şeyi biləndir.

- Bu ayədən açıq-aşkar görürük ki, sahib olduğumuz mallardan yoxsullara, çarəsizlərə, imkansızlara xərcləmədikcə savaba çata bilmərik. Gördüyünüz kimi Qurandakı bu ayələri incələyərək zəkatı, sədəqəni, Allah yolunda sərf etməni asanlıqla müəyyən edə bilərik.

Xəbər 2089 dəfə oxunub.




24.04.2024  10:02 

ABŞ İrana sanksiya tətbiq edib

22.04.2024  09:19 

Faktiki hava AÇIQLANDI

22.04.2024  08:26 

Bu yollarda tıxac var - Siyahı


BÜTÜN XƏBƏRLƏR +