“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili
“1969-cu ildən sonra Ermənistana torpaq “bağışlama“ adəti dayandırıldı“ - SENSASİON FAKTLAR
Dövlət tikinti layihələrinin üç ortağı
Türkiyənin çoxəsrlik mənzərəli şəhərləri Cittaslow Şəbəkəsinə qoşulur


26.12.2021  11:20 

DİM bu gün sınaq imtahanları keçirir





A+  A-

Dövlət İmtahan Mərkəzi (DİM) bu gün sınaq imtahanları keçirir.

XəzərNews.az DİM-ə istinadən xəbər verir ki, imtahanlar saat 11-də başlayıb.

Sınaq imtahanları Xarici İşlər Nazirliyində diplomatik xidmətə qəbul olmaq istəyən namizədlər, ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul olmaq istəyən bakalavrlar, Azərbaycan dili (dövlət dili kimi) fənni və III ixtisas qrupu üzrə həm DT, həm də TC altqrupları üzrə imtahan vermək istəyən abituriyentlər üçün keçirilir. Eyni zamanda, coğrafiya fənni üzrə əlavə sınaq imtahanları təşkil olunacaq.

İmtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.

İmtahan binalarına buraxılış yalnız abituriyentin şəxsiyyət vəsiqəsinin əsli, "İmtahana buraxılış vərəqəsi" və “İmtahan iştirakçısının sağlamlığı haqqında” bəyannamə əsasında həyata keçirilir. Göstərilən sənədlərindən biri olmayan, imtahana şəxsiyyət vəsiqəsinin surəti ilə gələn abituriyentlər imtahana buraxılmırlar.

Azərbaycan dili (dövlət dili kimi) fənni üzrə sınaq imtahanı Bakı, Naxçıvan, Gəncə, Şirvan, Lənkəran və Xaçmaz şəhərlərində təşkil olunacaq. İmtahanda iştirak etmək üçün 1070 nəfər qeydiyyatdan keçib. İmtahan müddəti 1 saat 30 dəqiqədir. Sınaq imtahanı 2020-ci ildə tətbiq edilməsi nəzərdə tutulan və ictimaiyyətə elan edilən, lakin pandemiyaya görə həyata keçirilməsi təxirə salınan yeni imtahan modelinə uyğun keçiriləcək. Burada abituriyentlərin dinləyib-anlama qabiliyyətləri də yoxlanılacaq. Həmçinin yazılı şəkildə cavablandırılması tələb olunan 3 tapşırıqdan istifadə olunacaq. İmtahanda abituriyentlərə 30 tapşırıq:

- dinləyib-anlamaya dair 1 mətn və mətnə aid 4 (3 qapalı+1 yazılı şəkildə cavablandırılması tələb olunan açıq tipli) tapşırıq;

- oxuyub anlamaya dair 2 mətn və hər mətnə aid 8 (7 qapalı+1 yazılı şəkildə cavablandırılması tələb olunan açıq tipli) tapşırıq;

- dil qaydaları üzrə bilik və bacarıqların yoxlanması üçün 10 qapalı tipli tapşırıq təqdim edilir.

Coğrafiya fənni üzrə əlavə sınaq imtahanı III ixtisas qrupu üzrə həm DT, həm də TC altqrupları üzrə imtahan vermək istəyən abituriyentlər üçün coğrafiya fənni üzrə əlavə imtahan Bakı, Naxçıvan, Gəncə və Şəmkir şəhərlərində keçiriləcək. İmtahanın müddəti 1 saatdır. İmtahanda abituriyentlərə 30 test tapşırığı təqdim olunur. Bu tapşırıqların 22-si qapalı, 8-i isə açıq formalıdır. Açıq formalı tapşırıqlardan 3-ü yazılı şəkildə cavablandırılması tələb olunan tapşırıqlardır.

Xəbər 1221 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

16.04.2024  15:45 

Sabahın havası açıqlanıb

12.04.2024  18:39 

Sabahın havası açıqlanıb

10.04.2024  16:36 

Ehsan fırtınası


BÜTÜN XƏBƏRLƏR +