Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili
“1969-cu ildən sonra Ermənistana torpaq “bağışlama“ adəti dayandırıldı“ - SENSASİON FAKTLAR
Dövlət tikinti layihələrinin üç ortağı


22.12.2021  07:08 

LİRƏNİN DƏYƏR İTİRMƏSİ SƏBƏBDİR, YOXSA NƏTİCƏ?





A+  A-

(III yazı)

Türkiyənin iri şəhərlərində vətəndaşların müxtəlif formalı etirazları spontan hadisə deyildir. Uzun illər təkbaşına idarəçilik sistemi (2002-ci ildən) xalqda monoton siyasi sistemə bəlli reaksiyası sayılmalıdır. Amma mən məsələnin politoloji aspektlərini deyil, onun iqtisadi kökləri haqqında fikirlərimi bölüşəcəm.

Türkiyənin milli valyutası sürətlə ucuzlaşır. Əgər son 1 ay qabaq 1 dollar almaq üçün 9.8 lirə tələb olunurdusa, hazırda bunun üçün 16,4 lirə ödəmək tələb olunur. Günün əvvəlində dollar 18 TL-ə yüksəldi, axşama doğru isə 13TL-ə düşdü. Yəni 1 ay ərzində 50 faizə yaxın lirə dəyərdən düşüb. Amma mənfi meyl hələ də davam edə bilər.

Türkiyədə lirənin uculaşmasının bir neçə fundamental səbəblərlə bağlıdır. Burada vacib amillərdən sayılan cari hesablaşmalar balansındakı artan kəsir, dövlətin və özəl sektorun böyük miqdarda xarici borc öhdəliyin altına girməsi, anriqərb siyasətini xüsusilə qeyd etmək lazımdır.

Son bir neçə ildə, xüsusilə 4-5 il ərzində Türkiyəyə investisiya axını əhəmiyyətli sürətdə azalıb. Hətta həmin həddi xarici investisiyaların dayanma nöqtəsi də saymaq olar. Türkiyədə elə bir bərbad sərmayə mühiti yardılıb ki, ölkəyə nəinki sərmayə gəlmir, sürətlə daxili sərmayələr də ölkədən qaçır. Bu AKP iqtidarının 2013-cü ildən sonra daha pis idarəçilik kursunu dərinləşdirməsi ilə bağlıdır.

Obyektiv faktorlar içərisində xüsusilə 2020-ci ilin pandemiya təsirləri Türkiyənin turizm sektoruna əhəmiyyətli zərbələr vurdu. Ölkəyə valyuta daxilolması kanalları bir az da daraldı. Turizmdən böyük gəlir əldə etməyə hesablanmış iqtisadiyyatda mənfi meyllərin sürətlənməsi nəticəsində lirənin alıcılıq gücü bir az da aşağı düşdü. Lirə daha da möhkəmləndi.

Sadaladığım həmin sektorlardan gəlir əldə etmək lirənin dəyərin artırar. Gəlir əldə edə bilməyəndə isə lirə dəyər itirər. Türkiyə iqtisadiyyatında lirənin dəyər qazanması dollara indekslənib.
AKP-nin monetar hədəfləri nə idi?

Türkiyədə hökumət bununla bağlı önləyici tədbir həyata keçirmək istəyir. Çaşqınlıq içərisində qalmış hakim partiya hansısa addımlar atır. Türkiyənin Xəzinə və Maliyyə naziri Nureddin Nebati parlamentdə çıxışı zamanı söylədi: “Biz minimum əməkhaqqını inflyasiyaya əzdirmədik, əzdirmirik və əzdirməyəcəyik.” Bunun ardınca isə ölkədə minimum əməkhaqqını 50 faiz artırılması haqqında qərar verildi. Minimum əməkhaqqı Türkiyədə 2022-ci ildə 4250 lirə olaraq qəbul edildi. Hətta minimum əməkhaqqıdan gəlir və möhür vergisi bundan sonra alınmayacaq.

Məhəmməd Talıblı

Xəbər 1239 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

18.04.2024  09:22 

Troya xarabalıqları -Fotolar

16.04.2024  15:45 

Sabahın havası açıqlanıb

12.04.2024  18:39 

Sabahın havası açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +