Gənc məmurun evindən oğurlanan qızılların... - Siyahısı
Yeni hərbi prokuror təyin edildi - Sərəncam
Jerar Depardye iki qadına təcavüz edib
“Şərurlu İsfəndiyar“ məhkəməyə gəldi
Magistratura imtahanının nəticələri açıqlandı
Alman polisi Əfqan Muxtarlını saxlayıb
Deputatın səlahiyyətlərinə xitam verildi
Ər menecer, arvadı administrator, qızları isə...
Qayınata gəlinini bıçaqla öldürdü
Heç bir problem aşkarlanmayan hakim niyə ölüb?


20.12.2021  09:22 

Yarım milyonluq qızıl oğurlayanlar - FOTO





A+  A-

Tovuz rayon Polis Şöbəsinə cari ilin aprel ayında rayonun Əyyublu kənd sakininə məxsus fərdi yaşayış evinə naməlum şəxs və ya şəxslərin qeyr-qanuni yolla daxil olaraq oradan nağd pul və külli miqdarda qızıl-zinət əşyaların oğurlaması barədə məlumat daxil olub.

XəzərNews.az Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinə istinadən xəbər verir ki, şöbə əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qabaqcadan əlbir olaraq oğurluğu törətməkdə şübhəli bilinən Əyyublu kənd sakinləri- Nemət Abbaso, Elşad Cəfərov, Zaur Əliyev, Asif Məmmədov, Anar Abbasov və Elvin Mirzəyev saxlanılıb.

Araşdırmalar zamanı məlum olub ki, həmin şəxslər fərdi yaşayış evinə qeyri qanuni yolla daxil olaraq oradan 2 800 manat nağd pul və ümumi dəyəri 500 min manata yaxın olan qızıl-zinət əşyalarını oğurladıqdan sonra həmin qızıl-zinət əşyalarını əridərək külçə halına salmış, daha sonra Bakı şəhərinə apararaq satıblar. Saxlanılan şəxslərdən bir neçəsi əldə etdikləri pula hətta avtomobil belə alıblar.

Həmin şəxslər maddi sübutlar ilə birlikdə saxlanılaraq istintaqa təhvil verilib, faktla bağlı Tovuz rayon Polis Şöbəsində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Xəbər 1495 dəfə oxunub.




13.05.2025  10:31 

Maska rejimi QAYIDIR?


BÜTÜN XƏBƏRLƏR +