“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili
“1969-cu ildən sonra Ermənistana torpaq “bağışlama“ adəti dayandırıldı“ - SENSASİON FAKTLAR
Dövlət tikinti layihələrinin üç ortağı
Türkiyənin çoxəsrlik mənzərəli şəhərləri Cittaslow Şəbəkəsinə qoşulur


11.12.2021  11:48 

Şəhid valideynlərinin ev problemi niyə həll olunmur?





A+  A-

Vətən müharibəsi şəhidi Osman Bayramov 1987-ci ildə Biləsuvar rayonunun Ağalı kəndində, məhz bu evdə dünyaya göz açıb. Əvvəl kənd təsərrüfatı ilə məşğul olan Osman müharibədən bir müddət öncə həyatını hərb sahəsinə həsr etməyə qərar verir.

Azərbaycan Ordusunda Müddətdən artıq hərbi xidmət keçən Osman Bayramov Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Həmin döyüşlərdə şəhadətə yüksələn Osman doğma kəndində torpağa tapşırılıb.

Bu gün "Problem"ə öz problemi ilə müraciət edən valideynləri oğulları ilə fəxr etdiklərini dönə-dönə səsləndirirlər.

Ailəsi deyir ki, 2 qız atası olan Osmanın gələcəklə bağlı xeyli arzusu, planı var idi. Onlardan biri də köhnə, təhlükəli evdə yaşayan valideynləri üçün yeni yaşayış yeri tikmək idi. Bu istiqamətdə işə başlayıb, Eyni həyətdə yeni bir evin özülünü də qoyubmuş. Lakin sən saydığını say, gör, fələk nə sayır.

Valideynlər deyir ki, hazırda yaşadıqları ev olduqca şəraitsizdir. Bu bir yana, evin hər an uçmaq təhlükəsi var. Ahıl valideynlər bunun qarşısını almaq üçün müxtəlif vasitələrə əl atsalar da, heç biri yararlı görünmür.

Bu gün yeni ev arzusunda olan valideynlər hətta o evin planını xəyallarında canlandırırlar. Otaqlardan biri sırf Osmana həsr olunacaq, onun şəkilləri, əşyaları ilə bəzədiləcək. Valideynlərin bu arzusunun nə zaman gerçəkləşəcəyini öyrənmək məqsədilə Yaşat Fonduna da üz tutduq. Oradan bildirildi ki, Şəhidimiz Osman Zeyqəm oğlu Bayramovun ailəsinin məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı "YAŞAT" Fonduna etdiyi müraciət 02.04.2021-ci il tarixində təmin edilib.

Ailə üzvlərinin razılığına əsasən 10 min manat məbləğində vəsait şəhidimizin həyat yoldaşı Yeganə Azad qızı Mirzəyevanın hesabına köçürülüb. Vəsaitin ödənilməsi ilə bağlı məlumat və qəbz yashat.gov.az saytının "Hesabatlar" bölməsinin "Adlı siyahı" hissəsində (https://yashat.gov.az/report/tableau) yerləşdirilib.

Mövzu ilə bağlı Biləsuvar Rayon İcra Hakimiyyəti ilə də əlaqə saxladıq. Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Zamiq Mənsimli bildirdi ki, Bayramovlar ailəsi daim nəzarətləri altındadır. Şəhid Osman Bayramovun atası tərəfindən ona ayrılmış həyətdə öz ailəsi üçün tikməyə başladığı ev "Yaşat" Fondunun dəstəyi ilə tamamlanıb. Hazırda həmin yeni evdə şəhidin xanımı və iki övladı yaşayır. Şəhidin valideynlərinə gəlincə, onlar da hər cür qayğı ilə əhatələniblər. Şəhid anası icra hakimiyyətinin dəstəyi ilə işlə təmin olunub. O cümlədən yaşayış yeri ilə bağlı problemləri nəzərə alınaraq ailə ev növbəsinə alınıb və məlumatlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərilib. Yəqin ki, növbələri çatdıqda nazirlik tərəfindən onlara yeni ev veriləcək.

Şəhid valideynlərinin arzusunun tezliklə gerçəkləşəcəyinə, bir otağı Osman Bayramova həsr olunmuş yeni evə sahiblənəcəklərinə inanırıq./Real TV

Xəbər 1061 dəfə oxunub.




18.04.2024  09:22 

Troya xarabalıqları -Fotolar

16.04.2024  15:45 

Sabahın havası açıqlanıb

12.04.2024  18:39 

Sabahın havası açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +