Qərbin Ermənistan üçün yeni “Vudro vilSON” PLANI
Rusiyadakı azərbaycanlı miqrantları nə gözləyir?
Direktor işdən çıxarıldı
Naxçıvanda qaya uçqunu baş verib- (VİDEO)
Mərkəzi Bank uçot dərəcəsini azaltdı
Canlı yayım açıb dərman tövsiyə edən əczaçıları hansı cəza gözləyir? – VİDEO
Bu aktyor “Komedixana”ya qayıdıb
Mahsun Qırmızıgül Bakıda konsert verəcək
Bellevue azərbaycanlıları... - Amerikaya getmək asandır, yoxsa orda yaşamaq?
Məcburi köçkünlər yaşadıqları evləri nə zaman təhvil verəcək?


08.12.2021  11:45 

Azərbaycanda ərzaq sürətlə bahalaşır - Hökumət hansı addımları atmalıdır? - Ekspertlər





A+  A-

Artıq 2021-ci ili yola salmağa çox az qalıb. İlin əvvəlində enerji daşıyıcılarında, dizel yanacağında, kommunal xidmətlərdə qiymət artımı istər-istəməz dalğavari şəkildə ilin sonuna qədər qiymət artımına təsir edəcək amilə çevrilib. Eyni zamanda dünyada da bahalaşma sürətlə davam edir.

Bu bahalaşma Azərbaycanda 2022-ci ildə özünü göstərəcəkmi?

XəzərNews.az xəbər verir ki, bununla bağlı Bakupost.az 2022-ci ilin iqtisadi gözləntilərini ekspertlərlə araşdırıb.

İqtisadçı-ekspert Akif Nəsirli bildirib ki, bahalaşma bu ilin əvvəlindən start götürüb və mərhələli şəkildə davam edir:



“Bu il kənd təsərrüfatı mövsümü vaxtı bir qədər cilovlanma müşahidə olunsa da, lakin mövsüm bitdikdən sonra yenidən bahalaşma başlayıb. Yəni noyabrın ikinci yarısı, dekabrın əvvəllərindən ərzaq məhsullarının bahalaşmasının intensivləşməsi müşahidə olunur. Bahalaşma prosesi yeni il ərəfəsində daha çox şiddətlənəcək. Bu, əhalinin alıcılıq qabiliyyəti ilə əlaqədardır. Bilirsiniz ki, bayram günlərində daha çox ərzaq alınır, qonaq gedilir, yəni tələbat artır. Tələb artdıqca avtomatik olaraq bazar iqtisadiyyatının tələb-təslim münasibətlərində qiymət artımı görünəcək”.

Ekspert əlavə edib ki, yeni il bitəndən sonra bahalaşma bir az səngiyəcək, amma dayanmayacaq:


“Ona görə ki, ölkə daxilində ərzaq məhsullarının istehsalı çox məhduddur. Ərzaq məhsulları tələbatının yarıya qədəri ölkədə istehsal olunur, yarıdan çoxu isə idxal edilir. Digər amil isə dünyada bahalaşmanın getməsidir. Bununla yanaşı bir faktor da bundan ibarətdir ki, ölkədə monopoliya mövcuddur. Monopoliya , artıq qiymətləri bahalaşdırmaq fikrinə düşəndə rəqib haqqında düşünmür. Çünki bazarı uduzacaq bir rəqibi yoxdur. Ona görə də sərbəst şəkildə heç bir həyəcan keçirmədən qiyməti bahalaşdırla bilirlər. Normal bazar iqtisadiyyatında sahibkar üçün ən həyəcanlı iş qiymətlərin bahalaşdırılmasıdır. Bunun üçün aylarla marketinq tədqiqatı aparırlar ki, bahalaşmaya getməklə bazarı uduzmayacaqlar ki?

Başqa bir tərəfdən bilirsiz ki, enerji daşıyıcılarının qiymətləri mərhələlərlə bahalaşdırıldı. Bu da ərzaq məhsullarının bahalaşmasına öz töhfəsini verdi. Eyni zamanda yeni ildə ola bilsin ki, hökumətin imtiyazında olan şeylər var, onların yenidən bahalaşması gündəmə gələ bilsin”.

İqtisadçı ekspert Natiq Cəfərli də qeyd edib ki, Azərbaycanda ərzaq bahalaşması heç vaxt dayanmayıb və hazırda davam edir:




“Hətta rəsmi statistika belə bunu sübut edir. Azərbaycanda ərzaq artımının öz kodları var. Yeganə obyektiv səbəb ondan ibarətdir ki, dünyada da ərzaq indeksi qalxıb. Azərbaycan idxaldan kifayət qədər asılı bir ölkədir. Məsələn, ərzaq məhsullarında 55-60%-ə yaxın asılılıq var. Nəticə etibarı ilə bu asılılığa görə dünyada qiymət qalxdıqca bizdə də qalxır. Amma dediyim kimi bu yeganə obyektiv səbəbdir. Azərbaycanda subyektiv səbəblər daha çoxdur”.

Onun fikrincə, həm idarəetmə, həm də hökumətin aldığı qərarlarla bağlı məsələlər var ki, qiymət artımına təsir edən amillərə çevrilib:

“Məsələn, ilin əvvəlində dizel yanacağında, kommunal xidmətlərində qiymət artımı istər-istəməz dalğavari şəkildə ilin sonuna qədər qiymət artımına təsir edəcək amilə çevrilib. İndi də dizel yanacağı ərzaq məhsullarının istehsalında, daşınmasında maya dəyərinin əsas pay sahibidir. Bunu hökumət, yəni Tarif Şurası qaldırıb. Nəticədə qiymət artımına təkan verən əsas amillərdən birinə çevrilib. Digər məsələ isə inhisarçılıqla, rəqabət mühiti ilə bağlıdır. Azərbaycanda 2008-ci ildə rəqabət məcəlləsi parlamentə daxil olub, artıq 13-cü ildir ki, o məcəllə qəbul edilmir. Rəqabət məcəlləsi qəbul olunsa, heç olmasa rəqabətli mühit üçün hüquqi əsas yaranardı. Təəssüf ki, bu da baş vermir. Rəqabətsizlik mühiti qiymət artımında mühüm rol oynayan əsas amillərdən birinə çevrilir. Başqa bir səbəb isə hökumətin apardığı gömrük və vergi siyasətidir. Çünki ölkədə istehsalı olmayan və yaxud çox az olan məhsulların belə gömrük rüsumu və vergi dərəcələri kifayət qədər yüksəkdir. Gömrük rüsumu 15%-dir, ölkəyə daxil olarkən 18% əlavə dəyər vergisi var, sonradan isə digər vergi növləri də satışdan və digər əməliyyatlardan əldə olunan gəlirdən də vergi yükü var. Bu gömrük və vergi siyasəti nəticə etibarı ilə qiymətlərin bahalaşmasında əsas rol oynayan amillərdir”.

Xəbər 961 dəfə oxunub.




28.03.2024  23:50 

Yevlaxda yol qəzası baş verib

28.03.2024  19:08 

Bişkekdə güclü fırtına

28.03.2024  18:58 

Sabah bu rayonda qaz olmayacaq

28.03.2024  17:41 

Rahib Əliyev vəfat edib

28.03.2024  17:10 

Larri Lloyd vəfat edib

28.03.2024  17:05 

Krişjanis Karinş istefa verib

28.03.2024  16:57 

Marutyan tezliklə partiya yaradacaq

28.03.2024  15:04 

Ərdoğan Qarabağdan danışıb

28.03.2024  14:38 

“3 manatlıq supa görə...”

28.03.2024  14:34 

Bakıda hansı evlər bahalaşıb?


BÜTÜN XƏBƏRLƏR +