DSX-nın baş çavuşu intihar edib
Bu tarixdən şagirdlərin yerdəyişməsi dayandırılacaq
Bərdədə ər arvadını güllələdi
Polis maşını qəzaya düşdü, xəsarət alan var
Bakıda “TEKNOFEST Azərbaycan” festivalı başlayır
Yaşayış binasında yanğın: Ölən var...
“Bizim üçün Azərbaycan hər zaman birincidir” - Bayraktar
Cavid Qurbanov müəmması: vuruldu, yoxsa..? - RƏYLƏR
“Bölgələrdə işsizliklə bağlı məsələyə baxıslın” - Deputat
Məscidlər diplomsuz mollalardan təmizlənir - Açıqlama


07.12.2021  16:30 

Təhsil Nazirliyinin Mərkəzi Aparatında mütəxəssis yoxdur - Etibar Əliyev





A+  A-

XəzərNews.az millət vəkili Etibar Əliyevin “Yeni Sabah”a müsahibəsini təqdim edir:

- Əziz Sancar Bakıya gəldi. Azərbaycanda hər kəs onunla görüşmək üçün növbəyə düzüldü ki, Sancarla ünsiyyətdə olsun, şəkil çəkdirsin və s. Azərbaycanın belə bir potensialı varmı ki, yaxın gələcəkdə onun kimi istedadlı bir insan yetişdirsin. Hazırkı təhsil, şərait buna imkan verirmi?

- Bilirsiniz ki, Nobel mükafatları 1901-ci ildən Fizika, Kimya, Fiziologiya və Tibb sahəsindən, 1969-cu ildən isə iqtisadiyyat sahəsindən verilir. Əslində, bu mükafatlara layiq görülmək çox çətindir. Uzun müddət gərək, elmlə dostluq edəsən. Əziz Sancarın təəbirincə desək, “mən 40 il DNT-nin arxasınca getdim və nəhayət DNT mənə Nobel mükafatını qazandırdı”.

Elm fasilə tələb etmir, elmdə fasilə vermək olmaz. Siz görürsünüz, bizim alimlərimizin müəyyən dövrdəki böyük kəsimi - riyazyiyyatçılar, fiziklər, kimyaçılar və digər elm sahəsinin nümayəndələri siyasətlə məşğul olmağa başladılar və elmdən ayrıldılar. Yenidən elmə qayıdanda isə elm, artıq insanı bağışlamır.

Hazırda ən çox Nobelçilər Amerikada yaşayır. Maraqlı bir şey də deyim ki, I Dünya Müharibəsinə qədər cəmi 10 Amerika alimi Nobel mükafatı almışdı. II Dünya Müharibəsindən sonra hansı ki, beyin axını Amerikaya başladı və bu ölkə nobelçilərin vətəninə çevrildi. Əziz Sancar, Əhməd Zevayl, Əbdüs Salam da həmin sıryaya daxildir.

“O potensial hazırda bizdə yoxdur”

Siz görmüsünüz ki, amerikalı bir alim, Nobel mükafatı laureatı özünün namizədliyini prezidentliyə yaxud qubernatorluğa versin. Yox, onlar heç zaman elmə xəyanət etmirlər. Onlar başlanğıc olaraq elmə qoşulublarsa, sona qədər də elmdə külüng döyəcəklər.

Maraqlı bir məsələni də demək istəyirəm. Mən Əziz Sancardan soruşdum ki, Nobeli birgə aldığınız digər iki alimlə əlaqəniz varmı? Pol Modriçlə və Tomas Lindalı soruşdum. O mənə çox gözəl cavab verdi. Dedi onlarla əlaqəm var, lakin onlar əməkdə deyillər. Yəni elm əməkdir. Deyir, mən əməkdə qaldım, ancaq onlar əməkdə deyillər.

Başqa bir məsələni deyim. Bəzi KİV-də yazırlar ki, Nobelin alternativi yaranacaq və s. Bu mümkün olan bir şey deyil. 1901-ci ildən bu günə qədər Nobel mükafatları verilir. Düzdür, mən də o istiqamətdə kitab yazmışam və indi üzərində işlədiyim “Elm tarixi” kitabında da Nobelçilərə xüsusi yer vermişəm. 120 ildir çalışıblar, amma onun alternativini yarada bilməyiblər. Sadəcə riyaziyyatdan Filds medalını yaratdılar, hansı ki, o da elm sahələri üzrə Nobel qədər nüfuzludur. Onun vəsaiti, verilən mükafatın məbləği Nobeldən çoxdur. Təxminən 1 milyon 400 min dollardır.

Nobel isə 1 milyon 200 min civarındadır. Nobel mükafatına yetişmək üçün böyük elmi potensial, laboratoriyalar, alimlərin birgə çalışmaları olmalıdır. Əziz Sancarın təəbirincə desək, alimlər birgə əməkdə olmalıdırlar. Alimlərin birləşdirən klubların olması olduqca vacibdir. Eyni zamanda alimlərə vəsait ayırmaq lazımdır ki, onlar xarici ölkələrdə elmi təcrübə keçsinlər. Alim mobilliyi hazırda dünyada çox mühüm bir yer tutur. Rusların ən böyük fiziklərindən biri olan Pyotr Kapitsa açıq şəkildə etiraf edirdi ki, mən Kavendiş laboratoriyada işləməsəydim, fizika sahəsində Nobel mükafatını ala bilməzdim.

- Azərbaycanda Əziz Sancar kimi alimin yetişmə ehtimalına qayıdaq...

- Mən Sancara təşəkkür edirəm ki, o, məhz çalışdığı elm sahəsi olan molekulyar biologiyadan bir və ya iki nəfəri aparıb yanında tətqiqatlara cəlb etmək istəyir. Sualınıza yarımçıq da olsa, deyəsən cavab verdim. O potensial hazırda bizdə yoxdur. Bu yalnız və yalnız Azərbaycanın gənc alimlərinə dəstək hesabına mümkün ola bilər. Onlara maddi və mənəvi dəstək verməklə, onları dünyanın aparıcı universitetlərində tətqiqatlara cəlb etməklə buna nail ola bilərik.



Bəli, Azərbaycandan Massaçusets Texnologiya İnstitutunda oxuyan bizim tələbimiz var. Abutalıb Namazov orada oxuyur. Mən onu uşaqlıqdan tanıyıram və o uşaq vaxtlarından elmə həvəsli idi. Nobelçi fizik Riçard Feynman deyirdi ki, elm uşaqlıqdan qanımda qaynayır. Abutalıb o istedad və bacarığı gerçəkləşdirə bildi. Mən düşünürəm ki, onun çox böyük gələcəyi var.

Burada, artıq ibtidadi təhsil pilləsindən istedadlı uşaqları seçmək lazımdır. İbtidai təhsil pilləsindən onları rəğbətləndirmək lazımdır. İndiki bizim dərsliklər, müəllim potensialı, Ali məktəblərdə təhsilin keyfiyyəti və elmi mühitlə Nobelə yaxınlaşmaq çox çətindir.

- Fərdi əməklə o səviyyəyə çatmaq mümkün deyilmi?

- Bəli, fərdi əməklə mümkündür. Yenə də mühit çox mühüm rol oynayır. Məsələn, mən bir nümunə də göstərə bilərəm - Əhməd Zevayl nümunəsi. Misirli kimyaçı olub və 1999-cu ildə kimyadan Nobel aldı. O, deyirdi ki, mən həyətimizdə bir laboratoriya düzəltmişdim və dərsdən sonra gəlib orada reaksiyalar aparırdım. Amma buna baxmayaraq, yenə də Amerika mühiti onu Nobelə apardı.

Əziz Sancarın özü ilə də söhbətlərdən görürük ki, bəli, o mühit onu Nobelə gətirib çıxarıb. Burada birmənalı kəşf olmalıdır. Yenə də təkrar edirəm, mən o mükafatın, o klubların vəkili deyiləm, ancaq o sahələrdə mütləq elmi kəşf olmalıdır. Ola bilsin ki, bir kəşfin aktuallığı, tətbiqi əvvəlki illərdəki kəşflərdən güclü yaxud zəif olsun.

Məsələn, ötən əsrin 60-cı illərində Volqanq Pauli demişdi ki, neyrtrino adlı elementar zərrəciyin kütləsi var, lakin onu tapa bilmirdilər. Axırda onu 50 ildən sonra yaponlar tapdı. Nəyin hesabına tapdılar? O laboratoriyaların hesabına. O laboratoriyalar çox bahalıdır. Biz Azərbaycanda bu gün elmə, ÜDM-nin 0,2%-i ayırırıq. Təxminən elmə 200 milyon manat pul ayrılır ki, bunun 133 milyon manatı Elmlər Akademiyasının payına düşür. Söhbət vəsaitin artırılması ilə nəticənin əldə olunmasından gedəcəksə, bunun özü olduqca çoxlu suallar doğurur. Məsələn, elmə ayrılan vəsait İsraildə 5%, Finlandiyada 4%-dir. Amma bunlar nəticə əsaslı vəsaitlərdir. Bu vəsaitlər nəticə verir.

“Nobel sülh mükafatına ən real namizəd İlham Əliyev idi”

Bizə bəzən deyirlər ki, filan ölkədə müəllimin əməkhaqqı 4-5 min avrodur. Bizdə isə bu əməkhaqqı həddindən artıq kiçikdir. Ancaq siz gəlin, həmin ölkələrin müəllimlərinin uğurlarına baxın. Finlandiyanı götürək. Ən çətin, 15 yaşında olan uşaqlar üçün, PISA proqramında ya birinci, ya da ikinci yeri tuturlar. Söhbət bundan gedir.

- Bizdə təfəkkür məsələsi də var. Mənə elə gəlir ki, bizdə elm adamları o qədərdə maraqlı deyil. Azərbaycanda Nobelə iddialı olanlar olub. Məsələn, neçə dəfə Şeyxin adı çəkilib. Yəni biz o səviyyədən yuxarı qalxmamışıq...

- Burada maraqlı bir məsələ var. Şeyxin Nobelə namizədliyi sülh üzrə ola bilər. Sülh üzrə mükafatlandırmada xeyli yanlışlıqlar olub. Sülh üzrə Kofi Annan, Mixail Qorbaçov, Malala, Beynəlxalq təşkilatlardan BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı alıb. Kofi Annan nəyə görə alıb? Bütün dünyada sülhün bərqərar olunmasındakı roluna görə. BMT-nin bizimlə bağlı 4 qətnaməsinin icrasında Kofi Annanın rolu oldumu? Mixail Qorbaçova isə Bakıda törətdiyi qırğın ilində verdilər.

- Onlarla müqayisədə bizim Şeyx mələkdir yəni?

- Fikrimcə, bu il sülh sahəsində mükafatının ən real namizədləri Cənab Prezidentimiz İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan olmalı idi. Gəlin baxaq, Sülh sahəsində Vyetnam müharibəsində guya ədalətli Sülh əldə olunmuşdu və Nobel mükafatı Amerikanın Dövlət katibi Henri Kissencerə verilmişdi. Yaxın Şərqdə neçə nəfərə Nobel mükafatı verilib.

Lakin mən düşünürəm ki, bu bölgədə sülhün əldə olunmasında, eyni zamanda erməni faşizminin kökünün kəsilməsində iki şəxs - İlham Əliyev və Ərdoğan bu mükafata ən layiq namizəd idilər və onlara verilməli idi. Fikrimcə, yaxın vaxtlarda Nobel Sülh Komitəsi bunu nəzərə ala bilər. Əslində, bunun özü Nobel Sülh Komitəsi üçün başucalığı gətirən bir məsələ ola bilər.

“Kadr siyasətində yanlışlıqlar olub”

- Etibar müəllim, siz beyin axını söhbətindən də söz açdınız. Qeyd etdiniz ki, Əziz Sancar 60-70-ci illərdə Amerikaya beyin axını nəticəsində gedən insanlardan biri idi. Məsələn, Azərbaycanda da Nobelə potensial nazimədlərdən biri rəhmətlik Lütfizadə idi. Siz necə fikirləşirsiniz, əgər Azərbaycandan elə bir şəxs beyin axını ilə Amerikaya getsə və gələcəkdə Nobel mükafatı qazansa, bu Azərbaycanın qələbəsidir, yoxsa bizim itkimiz?

- Burada maraqlı bir nümunə var. Nümunə ondan ibarətdir ki, ən böyük fizikaçılardan biri Bakıda doğulub – Lev Davidoviç Landau. O, 14 yaşında iki ali məktəbə daxil olub. Amma onun sadəcə bioqrafiyasında yazırdılar ki, Bakıda doğulub. O, uşaq yaşlarından sualları ilə müəllimlərini çıxılmaz vəziyyətə salırdı. Buna görə də ona tövsiyyə etdilər ki, Leninqrad Dövlət Universitetinə üz tutsun. O getdi və 27 yaşında akademik oldu.

Beyin axının əsas səbəblərindən biri alimlər üçün münbit şəraitin olmamasıdır. Hər bir şəxs özünün potensialını bilir. Gənc yazıçı da, fizik da, riyaziyyatçı da, iqtisadçı da bunu bilir. Sadəcə onun zəkası üçün şərait olmalıdır.

XX əsrin ən böyük fiziklərindən biri pakistanlı Əbdus Salamdır. O Kembric Universitetinin nümayəndəsidir, ancaq onun Pakistana verdiyi insan kapitalı, dünya yaşadıqca Pakistanın tarixində qalacaq. O, 500-dən çox fizik və riyaziyyatçı yetişdirdi. Əbdus Salam bütün vəsaitini gənc pakistanlı alimlərin yetişməsinə sərf edirdi. Nəticədə Pakistandan bu gün dünyanın aparıcı universitetlərində xeyli sayda böyük alimlər var.

Mən hesab edirəm ki, Lütfizadə də gənc alimlər yetişdirsəydi, yaxşı olardı. Əziz Sancarın missiyası təqdir olunmalıdır. Ancaq molekulyar biologiya bizim universitetlərdə necə tədris olunur? Əlbəttə ki, bu onu qane edə bilməz. Hansı səviyyədən başlayacaq?

Bizim məktəblərin ən ciddi problemi uşaqlarda anadangəlmə mövcud olan istedadları aça bilmir. Bu olmadığına görə, uşaqlar sinifdən-sinifə adladıqca istedadlar sönməyə başlayır. O ölkələrdə dahilər yetişir ki, uşağın istedadına zamanında aşkarlaya bilirlər. Məsələn, hər il Çinin məzun şagirdlərinin sayı 21 milyondur. Çin məktəbi çalışır ki, hər bir şagirdin potensialını aça bilsin. Bu potensial fizikadırsa uşaq fizika sinfində oxumalıdır. Məktəb divarına şəklini vurub yazırlar ki, bu şəxs fizik olacaq.

Əziz Sancarın çox maraqlı bir şəkli var, belə ki, onun ətrafında 10 tələbə var və onun 5-i çinlidir. Olimpiya oyunlarında Amerikayla daban-dabana kim gedir? Əlbəttə ki, Çin. Dünya Fənn olimpiadalarında mütləq birinciliyi onlar əldə edirlər.

Bəs, deyirlər orada əhali çoxdur. Hindistan və Avropanın əhalisini götürsək, Çindən çoxdur, amma hanı? Potensial açılmır.

Bu gün təhsilimizin və elmimizin qarşısında duran ən ciddi problem uşaq və gənclərdəki potensialı aça bilməməkdir. Mən sizə Anri Puankare nümunəsini gətirim. Bütün dövrlərin ən böyük riyaziyyatçısıdır. 4-cü sinifdə müəllimi ailəsindən sorurşur ki, bu uşaqdan nə gözləyirsiniz? Ata-anası deyir ki, o musiqiçi olacaq, musiqi duyumu güclüdür. Müəllimləri deyir ki, yox, bəşəriyyətin ən böyük riyaziyyatçısı yetişir.

Türkiyənin YÖK başqanı gəldi və qeyd etdi ki, bizim birgə universitet layihəmiz var. Hansı ki, sizin saytınızda oxumuşdum bunu. Olsun, amma var olanları, mövcud olarkən müəyyən reytinqə malik olan universitetləri biz uçuruma yönəltmişik. Kadr siyasətində yanlışlıqlar olub, beyin axını universitetlərimizi zəiflədib. Universitet rəhbərlərinin böyük əksəriyyəti kitabxana qura bilmir. Universitet rektoru savadlı olmalı, universitetin mahiyyətini başa düşməlidir.

“Axilles heç vaxt tısbağaya çata bilməyəcək”

Antik filosof Zenonun bir aporiyası var: Axilles heç vaxt tısbağaya çata bilməyəcək. Halbuki Axillesin addımları 2 metr, tısbağın addımları millimetr. Çünki tısbağa Axillesdən 2 min kilometr aralıdadır. İkisi də yeriyir, amma tısbağa qabaqdadır.

UNEC İqtisadi Forumu göstərdi ki, həqiqətən də gənclərdə elmə motivasiyanı gücləndirmək üçün Aziz Sancar, Məsud Əfəndiyev kimi alimlərimizlə tələbələri tez-tez görüşdürmək lazımdır. Bunun ayrı yolu yoxdur.

- Siz elm adamısınız. Bayaq dediniz ki, alimlər siyasətə qatılmırlar, çünki bunu ağıllı iş hesab etmirlər. Siz də elm adamıydınız, lakin siyasətə qatıldınız. Niyə?

- Mən, açığı siyasətə tam qurşanmamışam. Deputat olmaq siyasətin ortasında olmaq deməkdir, ancaq jurnalistlər konkret olaraq məndən elm və təhsil üzrə suallar soruşurlar. Daha çox politoloqlar, sosioloqlar, tarixçilər siyasətdən danışırlar. Əslində bu istiqamətdə verilən suallara biz də cavab verə bilərik. Lakin məşğul olduğumuz sahə daha genişdir. Parlamentdə 9 partiya təmsil olunur. Onlar daha çox siyasətlə məşğuldurlar.

Biz deputat olaraq elm, təhsil, mədəniyyət siyasəti ilə də məşğul oluruq. Siyasatin özü də bir peşədir, ancaq ona baxmayaraq hesab edirəm ki, insan təfəkkürünun və insan kapitalının inkişafında təhsilin əvəzini heç nə vermir. Bütün bilgilər o cümlədən siyasi bilgilər də təhsildən qazanılır. Bizim gənc nəslin humanitar elmlərə marağı daha çoxdur.

Ancaq təməl elmlərə üstünlük verilsə daha yaxşı olar.

Bu gün təhsil normal mütəxəssis yetişməsində prosesində aciz görsənir. Aciz görsənməyin çoxlu səbəbləri var. Bu gender bərabərliyinin pozulması ilə, proqramların ağırlığı ilə, dərsliklərin dövrün tələblərinə cavab verməməsi ilə bağlı ola bilər. Məktəbdə müəllimlərin, direktorların böyük kəsimi qadınlardır. Elmə gələnlərin də böyük əksəriyyəti hazırda qadınlardır. Müəllimimiz Şahlar Əsgərov qeyd edir ki, bir dissertasiya müdafiəsində gördüm ki, orada opponentlər də qadınlar idi, sual verənlər də qadın idi.

“Mən sübut da edərəm ki, elm niyə kişi sənətidir?”

Mən bir şeyi desəm, yəqin ki, qadınlar inciməz. Əslində bütün dünyada elm kişi sənəti sayılır və elmlər o ölkələrdə inkişaf edir ki, elmlə təhsilin vəhdəti güclüdür. Mən sübut da edərəm ki, elm niyə kişi sənətidir? Fizika üzrə Nobel mükafatını cəmi 4 nəfər qadın, kimya üzrə 4, fiziologiya və tibb üzrə isə 5 qadın alıb. Söhbət hər sahədə 150 dən çox laureatdan gedir.

Məsələn, bir dəfə bizdə gender bərabərliyi ilə bağlı bir müzakirə var idi. Dedilər ki, çox sevindirici haldır ki, fəlsəfə proqramı üzrə doktoranturaya daxil olanların 100%-i qadındır. Qadın filosof yoxdur axı? Mən bir qadın filosofun, qadının adını çəkə bilərəm, o da Hanna Arentdir. XX əsrin ortalarında yaşayıb və yaxşı əsərlər yaradıb.

İndi bunu belə deyirik, deyirlər ki, nə fərqi var, müəllim, müəllimdir, ancaq mən yenə də deyirəm ki, elm, əslində, tarixən kişi sənəti olub. Lakin elə qadın olub ki, o elə bir göstəriciyə imza atıb ki, o heç bir kişidə yoxdur. Bu Mariya Küridir, hansı ki, 2 dəfə Nobel mükafatı alıb. 1907-ci ildə kimyadan, 1911-ci ildə fizikadan. İki böyük elm sahəsi üzrə.

Amma bütün hallarda siz özünüz də şahid olursunuz ki, biz müxtəlif elm yarışmalarında iştirak edirik, nazirlik inşa müsabiqələri keçirir və s. Görürük ki, qızlar oğlanlardan daha çox aktivdirlər. Qızlar daha çox oxumağa meyl edirlər. Bunun özü də dövrün məziyyətlərindən irəli gəlir. Ola bilsin ki, oğlanlar İKT alətlərindən çox istifadə edirlər, nəinki qızalar. Hələ biz indiyə qədər şagirdlər və tələbələr üçün normal dərslik yaza bilmirik. Tərcümə dərslikləri yoxdur.

Məsələn, bir dəfə bir universitetə getmişdik soruşdum ki, riyaziyyatı nədən tədris edirsiniz? Kitab göstərdilər, mən universitetə daxil olan ilin – 1980-ci ilin dərsliklərindən tədrisi aparırlar. Riyaziyyatın tədrisi dəyişib artıq. O vaxtı texniki ali məktəblər üçün başqa, humanitar ali məktəblər üçün isə tamam başqa riyaziyyat var idi. Ən dəhşətli şey nədir? Universitetlərdə bizim vaxtımızda cəfəngiyyat bir elm tədris edirilər – dialektik materializm. Heç bir predmeti olamaya elm idi. İndi fəlsəfənin yerinə onu tədris edirlər. Bu o deməkdir ki, biz bütün bacarıqsızlıqları və qabiliyyətsizlikləri gəncliyin üzərinə qoya bilmərik. Burada ən çox məsuliyyəti müəllimlər daşıyır. Müəllimin özü yeni biliklərlə maraqlanmırsa, yeni paradiqmalarla tanış deyilsə, o, öz üzərində çalışmırsa, tələbəyə köhnə bilikləri verə-verə gedirsə mən düşünürəm ki, biz Nobel kimi nüfuzlu mükafatlardan bir o qədər də aralanırıq.

“Müəllimlərin əməkhaqlarında artım dəyişiklikləri mütləq olmalıdır”

- Müəllim hazırda aldığı maaşla normal təhsil verə bilərmi?

- Ali məktəb müəllimlərininin maaşları mən hesab edirəm ki, yüksəldilib.

- Mən bünövrədən, ibtidai və orta məktəb müəllimlərindən danışıram.

- Azərbaycanda müəllimlərin böyük kəsimi repetitorluqla məşğuldur. Repetitorluq çox maraqlı mövzudur. Hər bir ölkə üçün onun özünəməxsus xarakteri var. Məsələn, Koreyada ÜDM-nin 2,5%-i repetitorluğa xərclənir. Almaniya ilə Fransada təxminən 2,5 milyard avro, amma Finlandiyada bu rəqəm sıfırdır, yəni repetitorluğa vəsait xərclənmir. Nəyə görə? Bütün dərslər məktəbdə verilir və müəllimin üzərinə böyük məsuliyyət qoyulur ki, sən proqramı yerinə yetirməlisən və nəticə olmalıdır.

Təxminən bir il ərzində Azərbaycan vətəndaşları repetitora 200 milyon manatdan çox pul xərcləyir. Hər ailədən 300 manat civarında pul xərclənir.

Müəllim dövlətin ona verdiyi əməkhaqqının müqabilində normal dərs keçmir, ancaq vətəndaşın verdiyi vəsaitə canla-başla yanaşır. Ona görə də, hamı deyir mən müəllim yanına getmişəm. 700 bal toplayan da, 600 toplayan da, eləcə də 300 toplayan da bunu deyir. Azərbaycanda repetitor təhsilinə müəyyən sərbəstlik verilibdir. Düzdür, qərbdə bundan vergi tələb edirlər, amma bizdə müəllimin vəziyyəti nəzərə alınaraq, bunlar tətbiq olunmur. Ancaq buna baxmayaraq, o bu sərbəstlikdən sui-istifadə etməməlidir və məktəbdə də normal dərs keçməlidir.

Artıq ibtidai sinifdən 11-ci sinifə qədər uşaqlar repetitor yanına gedir. Vətəndaş əməkhaqqını alan kimi, dərhal pulun uşağının hazırlığa aid olan hissəsini kənara qoyur. İndiki büdcədə təhsilə ayrılan vəsait xeyli dərəcədə artıb, ancaq buna baxmayaraq, fikrimcə bütün hallarda müəllimlər keyfiyyətli dərs deməlidirlər və bununla da peşələrinə hörmət etməlidirlər. Mən yenə qeyd edirəm, müəllimlərin əməkhaqlarında artım dəyişiklikləri mütləq olmalıdır.

“Təhsil Nazirliyindəkilər dostluq, qohumluq, sinif yoldaşı, tələbə yoldaşı prinsipi ilə təyin olunublar”

- Etibar müəllim, Azərbaycan təhsilindən gözləntiləriniz nədir? Təhsil Nazirliyi və onun tabeçiliyində olan müəssisələrə xeyli gənc kadr təyin olunub.

- Mən açığı onların iş prinsipii başa düşə düşə bilmirəm. Əksəriyyəti təhsilə aidiyyatı olmayan adamlardır. Özlərini təcrid olunmuş kimi aparırlar. Əksəriyyəti dostluq, qohumluq, sinif yoldaşı, tələbə yoldaşı prinsipi ilə təyin olunublar.Təhsil nazirliyinin mərkəzi aparatında demək olar ki, mütəxəssis yoxdur. Bunları ancaq qrant və lahiyələr düşündürür. Çünki ordan gələn pulu rahatlıqla silmək olur.

Mən istəmirəm ki, təhsilimiz son illərdəki inkişaf yolundan sapınsın. Sorosun, başqa fondların dəstəyi ilə oxumaq da olar. Ancaq təhsilimizin millilik elementi silinə bilməz. Ölkələr Milli təhsil sistemləri ilə öyünürlər. Cidanı cuvalda gizlətmək olmaz. Təyinatlara diqqət edin: Gəncə şəhərində Aqrar ixtisasa sahib olan bir adamı Təhsil şöbəsinə müdir qoyublar, Yaxud Bank sektorundan qovulmuş birisini Peşə Təhsili Agentliyinə direktor təyin ediblər, Bakı şəhər Təhsil idarəsində insan resursları şəbəsinə müdir vəzifəsinə Fövqəladə Hallar Nazirliyi orqanınlarında kiçik işlərdə işləmiş bir nəfəri təyin ediblər. Mənə məlumat veriblər ki, Fuad Babayev adlı bir məktəb direktoru 3 müavini olmuş qadını da direktor təyin etdirib və bu işi yüksək səviyydə bacardığına görə Bakı şəhər Təhsil idarəsinə sektor müdiri gətirilib. Onda bu imtahan oyunları nədir?

Bakı məktəblərinə nazir müavini vəzifəsindən çıxarılmış Məhəbbət Vəliyeva indi də nəzarət edir. Çünki onların böyük əksəriyyətini əyri yollarla özünü təyin elətdirib. Bakı şəhər Təhsil İdarəsinə təyin etdirdiyi xanım isə onun tapşırıqlarını icra edir.

Bütün bu informasiyaları, baş verən bu qanunsuzluqlar mənə dəqiqliklə İctimai Şuranın üzvü olarkən verirdilər.

Azərbaycan məktəbləri uçurumun qırağındadır. Bütün bunlar təhsillə qeyri-ciddi və qeyri - peşəkar yanaşmalardır və belə çirkin işlərin qarşısı alınmalıdır.

Xəbər 1243 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

26.05.2022  19:10 

DSX-nın baş çavuşu intihar edib

25.05.2022  11:52 

Putin hansı halda devrilə bilər?

25.05.2022  11:45 

Biz hamımız, Xoşqədəm tək!


BÜTÜN XƏBƏRLƏR +