İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili


06.12.2021  17:19 

Professor: “Saleh Rüstəmli ölümə gedir...”





A+  A-

“31 gün aclıq keçirən adamın tam aclığa keçməsi onun həyatının sonlanması deməkdir. Saleh Rüstəmovun 31 günlük aclıqdan sonra quru aclığa keçməsi ağır fəsadlara yol aça bilər”.

XəzərNews.az xəbər verir ki, bu barədə professor Adil Qeybulla Meydan TV-yə belə deyib.

31 gündür saxlandığı həbsxanada aclıq edən Saleh Rüstəmov dekabrın 6-dan quru aclığa keçəcəyini bəyan etmişdi.

Vəkili Bəhruz Bayramov Meydan TV-yə deyib ki, bacı-qardaşının israrlı xahişindən sonra Saleh Rüstəmov quru aclığa keçməyib, ancaq aclığı davam etdirir.

Adil Qeybulla da deyir ki, ümumiyyətlə, quru aclıq yolverilməzdir, çünki insan susuz yaşaya bilməz və bu addımı atırsa, ölümə gedir.

A.Qeybullanın fikrincə, əslində, quru aclıq anlayışı yoxdur, bu, tam aclıqdır:

“Tam aclıq artıq su və digər qida maddələrindən imtina deməkdir. Su həyat üçün çox vacibdir. İnsan dəri və sidiklə su ifraz edir, beləliklə, periodik olaraq su təzələnməlidir. Susuz yaşamaq çox çətindir. Özü də 31 gün aclıq keçirən adamın tam aclığa keçməsi onun həyatının sonlanması deməkdir. Bununla da Saleh Rüstəmov çox qısa zamanda komaya düşə bilər və geridönməz proseslərin baş verməsinə gətirər, yəni ölümə. Qısa müddət deyəndə, insan tam aclığa keçəndə, onun həyatı orqanizmin resurlarından asılı olur. Saleh bəyin orqanizminin nə qədər resursu var, bax, o hər şeyi həll edəcək. Ona görə də Saleh Rüstəmovun tam aclığa keçməsi məqsədəuyğun deyil. Nəzərə alın ki, aclıq aksiyası etiraz formasıdır, həyata qəsd deyil”.

Professor deyib ki, Saleh Rüstəmovu tam aclıqdan çəkindimək üçün inandırmaq lazımdır:

“O, tam aclığa getməsin. Tofiq Yaqublu həbsxanada aclıq aksiyası keçirəndə qaydalara tam riayət etmirdi, yəni suyu da az qəbul edirdi. Bu, özü də təhlükəlidir. O zaman biz Tofiq Yaqublunu inandırdıq və o, qaydalara əməl etdi. Aclıq keçirməyin də beynəlxalq normativləri var, Tofiq bəy bizim təkidimizdən sonra onlara əməl eməli oldu”.

Adil Qeybulla Penitensiar Xidmətə ünvanladığı müraciətə hələ də cavab almadığını bildirib.

Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr departamentinin rəisi Mehman Sadıqov Meydan TV-nin bu barədə sorğusuna qısa cavab verib:

“Müraciət mənə daxil olmayıb, ola bilsin, başqa bir idarəyə göndəriblər. Əgər mənim icraatımda olsaydı, cavab verərdim”.

Xatırlatma

AXCP sədri Əli Kərimliyə maddi yardım göstərməkdə ittiham olunan və 2018-ci ildə həbs edilərək 7 il 3 ay azadlıqdan məhrum edilən Saleh Rüstəmov artıq 31 gündür ki, aclıq aksiyası keçirir. Onun səhhətinin pisləşdiyi, xeyli çəki itirdiyi və həyatı üçün təhlükə yarandığı bildirilir. Saleh Rüstəmov həbsdən azad edilməsini, ailə üzvlərinin əmlakına və ata evinə qoyulan müsadirə qərarının ləğv olunmasını tələb edir.

O, Ombudsman Səbinə Əliyevanın və digər səlahiyyətli şəxslərin, yaxınlarının aclığı dayandırmaqla bağlı xahişlərini rədd edib.

Bir qrup ictimai-siyasi şəxs, hüquq müdafiəçiləri və jurnalistlər Saleh Rüstəmovun azad olunması tələbi ilə müraciət ediblər. Hələlik heç bir rəsmi reaksiya yoxdur.


Xəbər 1075 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

24.04.2024  10:02 

ABŞ İrana sanksiya tətbiq edib

22.04.2024  09:19 

Faktiki hava AÇIQLANDI

22.04.2024  08:26 

Bu yollarda tıxac var - Siyahı

20.04.2024  14:04 

Cavanşir Məmmədov vəfat edib


BÜTÜN XƏBƏRLƏR +