İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili


04.12.2021  13:39 

AXCP xalqı terrora çağırır?..





A+  A-

Bu fotonu İlham Əliyevi hədələmək məqsədi ilə AXCP-nin ideoloqlarından olan Natiq Adilov “Kaddafi qudurmuşdu”, - deyə paylaşıb. Onun statusunu olduğu kimi diqqətinizə çatdırıram:

“Camaatını illərlə insan yerinə qoymadı. Çıxarmadığı meymunluq qalmadı. Qudurmuşdu. Elə bilirdi, əbədiyyən belə olacaq. Günün birində alçaldılmış və təhqir edilmiş insanları gözü döndü və onu hörmətsizcəsinə itqusdu etdilər. Qanına bələdilər (oğlu ilə birgə), meyitini də ucuz sintetik döşəyin üstünə qoyub camaata nümayiş etdirdilər. Zəhmətkeşlər də kəmali etiramla gəlib meyitin üstündə durub səliqə ilə selfi edib, onun murdar cəmdəyinə söyüb gedirdi. O Kaddafi idi. Yadınızda qalsın”.

Hörmətli Natiq Adilov açıq şəkildə Azərbaycan xalqını ölümə, qana, terrora səsləyir. Avropanın göbəyində otur, demokratik mühitdə yaşa və Azərbaycan xalqını zorakılığa, qısasçılığa səslə...

Fikir verin. Tofiq Yaqublunu polis vəhşicəsinə döyür. Azərbaycan xalqı bu heyvərəliyə sosial şəbəkələrdə üsyan edir. Bütün namuslu adamlar etiraza qalxır. Hətta iqtidara son dərəcə yaxın olan adamlar belə bu haqsızlıqla barışmır. “Belə olmamalıdır”, - xalqın son və qəti hökmü məhz bu şəkildə ortaya çıxır.

Hörmətli Natiq bəy.

Yaxşı, sən və cəbhədaşlarınız dediniz, xalq da ayağa qalxdı. İlham Əliyevi Qəddafinin gününə qoyduz. Yəni İlham Əliyevi yerlə sürdünüz, başına-gözünə şillə, qapaz, təpik vurdunuz. Təsəvvür edirsinizmi: Azərbaycan prezidentinin sir-sifəti qan üçündədir. Ekstaz vəziyyətində olan cəbhəçilər artıq canı çıxmış İlham Əliyevin meyitinə döşəyirlər. Bu vaxtı Fransadan telefon zəngi gəlir. Natiq bəy göstəriş verir ki, nə badə aparıb meyiti basdırasız. Uçub gəlirəm. Gəlim o yaramazın meyiti ilə bir selfi çəkdirim, sonra leşinə od vurarsız...

İlham Əliyevin Qəddafisayaq ölümündən sonra nə olacaq?

Azərbaycanda hansı hadisələr baş verəcək?

Fars-molla rejimi və erməni kimi düşüməni olan Azərbaycan dövləti hansı təhlükələrlə üzləşəcək?

İşğaldan Ali Baş komandan kimi məhz İlham Əliyevin azad etdiyi 7 rayon və Dağlıq Qarabağın taleyi necə olacaq?

Azərbaycan da Liviya kimi səksən yerə parçalanmayacaqmı?

Ermənistan yenidən torpaqlarımızı istila etməyəcəkmi?

İran molları Bakıda at oynatmayacaqlarmı?

Azərbaycan eləcə də digər xarici ölkələrin əlində oyuncağa çevrilməyəcəkmi?

On minlərlə, bəlkə də yüz minlərlə soydaşımız vətəndaş müharibəsinin qurbanı olmayacaqmı?

Və bütün bunları siz Azərbaycana ona görə rəva görürsüz ki, cəbhəçilərin siyasi kaprizləri həyata keçsin.

Canım, siz manyakmısınız?

Sizə bu ağılı kim verib, bu faşist üsulları ilə siyasi mübarizə aparmağın zəruriliyinə kim sizi inandırıb?


Zorla zora qalib gəlmək olmaz. Mədəni dünya bu sadə həqiqəti çoxdan qəbul edib.

Hindistan Azadlıq Hərəkatının siyasi və ruhani lideri Mahatma Qandi Britaniya imperiyasını dinc üsullarla yıxmadımı?

Martin Lüter Kinq Ku Kluks Klan kimi irqçi terrorçu təşkilatın əsarətində olan Amerikanın ictimai şüurunu dinc vasitələrlə dəyişmədimi?

Əlində qələm olan adam bu qədər məsuliyyətsiz ola bilərmi?


AXCP xalqı terroramı səsləyir?

Minlərlə insanın ölümünümü arzulayır. Sizin siyasi ambisiyalarınıza görə bu millətin qanı su yerinəmi axmalıdır?

Azərbaycanın gələcəyi üçün Liviya ssenarisi üzərində işləyən Natiq bəy arzularına çatsa, heç şübhəsiz ki, İrəvanın düz ortasında ermənilər ona möhtəşəm abidə də ucaldar. Erməniləri qoz qabığına soxan, onları bütün dünyada rəzil edən İlham Əliyevi öz soydaşarının əli ilə öldürülməsinə nail olanın yolunda bir heykəl nədir ki...

ABŞ-ın erməni lobbisi də sayın Natiq bəyin qulluğunda müntəzir durmazmı?..

Mən deyəndə ki, Azərbaycanın siyasi müstəvisində nifrət vulkanları püskürür, qarşılıqlı nifrət baş alıb gedir, bəziləri elə zənn edir ki, mən rəngləri tündləşdirirəm. Ancaq həqiqət budur. Azərbaycanın siyasi arenasında mövcud olan bu dözümsüzlük ruhu ölkəmizi fəlakətə sürükləyir.

Siyasi mədəniyyətlə bağlı bir misal deyim. Helikopter faciəsində 14 zabitimiz şəhid oldu. İlham Əliyev nə qaza baş verən yerdə oldu, nə dəfndə iştirak etdi. Heç müxalifət də dəfnə qatılmadı.

Azərbaycanda siyasi mədəniyyət olsaydı, şəhidlərin dəfn mərasimi belə keçirilərdi: İlham Əliyev, Mehriban Əliyeva, Baş nazir, Milli Məclisin sədri... eyni zamanda müxalifət liderləri orada olardı. Amma olmadılar. Prezident və vitse-prezident özünə əziyyət vermək istəmədi. Müxalifət də gəlmədi. Niyə gəlmədi? Səbəb bəllidir. Çünki iqtidar müxalifəti ora buraxmaq istəmir. Müxalifətin bu kimi cəhdlərinin qarşısı həmişə gestapo üsulları ilə alınıb.

Bir daha deyirəm. Azərbaycanda iqtidar müxalifətlə, o cümlədən, AXCP-Milli Şura tandemi və Müsavat Partiyası ilə birbaşa danışıqlara başlamalıdır. Qarşılıqlı ittihamlar qarşılıqlı anlaşma ilə əvəz olunmalıdır. Azərbaycanda barış, qarşılıqlı ehtiram hökm sürməlidir. Biz düşmənlərimizi, ümumiyyətlə, bütün dünyanı özümüzə güldürməli deyilik.

Əlbəttə, mən yaxşı bilirəm ki, iqtidar nümayəndələri, təbii ki, birbaşa İlham Əliyevin göstərişi ilə hörmətli Natiq Adilova qarşı çox haqsızlıq edib. Onu döyüblər, söyüblər, həbs ediblər, üstəlik qardaşını narkotiklə bağlı şərləyərək zindana atıblar. Qohumlarına olmazın zülm ediblər. Bu kimi yaramazlıqlar təqdir oluna bilərmi? Yox, heç bir halda Azərbaycanda insanlar siyasi baxışlarına görə təqib olunmamlıdır. Onların qondarma ittihamlarla həbs olunması da son dərəcə alçaq bir hərəkətdir. Təəssüf ki, bizim iqtidar hələ də belə yaramaz üsullarla öz siyasi rəqiblərini susdurmağa çalışır. Nəticə nə olur? Hər şey göz qabağındadır. Bir deyir ki, gəlin, inqilab edək, o biri deyir ki, İlham Əliyevi “Azadlıq” meydanında dar ağacından asaq...

Niyə biz adam kimi yaşamaq istəmirik? Nədən mədəni millətlər kimi siyasi proseslərin Qərb standartları çərçivəsində tənzinlənməsinə razı olmuruq?

Bir daha vurğulayıram. Azərbaycana barış və əmin-amanlıq lazımdır. Barışın alternativi qandır, ölümdür, qırğındır, vətəndaş müharibəsidir. Ona görə iqtidar və müxalifət düşərgəsində məsuliyyət, millətin və dövlətin gələcəyi ilə bağlı narahatlıq hissi hakim olmalıdır.

İqtidar da, müxalifət də başa düşməlidir ki, siyasi rəqibi inkar etməklə və ya onu heçə saymaqla ölkəni xaosa, vətəndaş qarşıdurmasına sürükləyirik...

Azərbaycanın siyasi konstruksiyası dəyişməlidir. Qonşu Gürcüstanda və Ermənistanda demokratik proseslər geridönməz xarakter alıb. Azərbaycanda isə İlham Əliyev müxalifətə barmaq silkələyir, Əli Kərimli isə Əliyevlər sülaləsini terrorla hədələyir.

Yaxşı olmazmı ki, fərqli siyasi düşərgələr arasında qarşılıqlı anlaşma olsun?

Mən qələm sahiblərinə müraciət edirəm. Siz nə iqtidarın, nə də müxalifətin əlində oyuncaq olmayın. Xalqın və dövlətin marağından çıxış edin. Əgər belə olmasa, Azərbaycanın xaosa doğru gedişinin qarşısını kəsmək, prosesləri müsbət məcraya yönəltmək mümkün olmayacaq.

P.S Saleh Rüstəmlini isə azad etmək lazımdır. Kimi gözləyirsiz?..

Elbəyi Həsənli

Xəbər 1428 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

24.04.2024  10:02 

ABŞ İrana sanksiya tətbiq edib

22.04.2024  09:19 

Faktiki hava AÇIQLANDI

22.04.2024  08:26 

Bu yollarda tıxac var - Siyahı


BÜTÜN XƏBƏRLƏR +