“Sədərək”də yanğın oldu
Məsud Pezeşkian Zəngəzur dəhlizinə dəstək verdi
Masazırda yol çökdü
41 bağça müdirinin işinə son verilib
Bu dəfə dələduzların hədəfi məşhurlar oldu
Azərbaycanda istilik tarifləri ARTIRILDI
“Melissa Park“dan daha bir NARAZILIQ
“Susuzluqdan çox əziyyət çəkirik, belə yaşaya bilmirik” - VİDEO
Şahin Şıxlinski axtarışa verildi
Kredit mütəxəssisi ailə üzvlərinin adına kredit ayırıbmış


03.12.2021  23:53 

Dünyanın ən sağlam xalqı: İspanlar





A+  A-

Planetin ən sağlam insanları ispanlardır. Amerikanın maliyyə-iqtisadi xəbərlər agentliyi olan “Bloomberg”in araşdırmaları bunu ortaya çıxarıb.

İspaniya həm də “uzunömürlülər ölkəsi” kimi tanınır. Bu ölkə orta yaş həddinə görə dünyada dördüncü yerdədir. İlk üçlükdə isə Yaponiya, İsveçrə və Sinqapur yer alır. Maraqlıdır, ispanlar başqalarından fərqli nə edirlər?

Araşdırma zamanı dünyanın 169 ölkəsində əhalinin həyat tərzini öyrəniblər. Xüsusən insanların çəkisi, siqaret çəkib-çəkməməsi, qida rasionuna diqqət yetirilib. Sağlam millətlər sıralamasında ikinci yeri italyanlar tutur. Həm ispanların, həm də italyanların deyəsən, “uzunömürlülük resepti” var. Aralıq dənizi ölkələrində yaşayan insanların əksəriyyətinin qidalanmaya münasibəti eynidir.

Məsələn, İspan mətbəxinin əsas yeməklərindən biri qaspaçodur. Təzə tərəvəzdən püre halında bişirilən yüngül soyuq şorbadır. Tərkibində tomat, xiyar, soğan, sarımsaq və başqa tərəvəzlər olur. Bu yemək C vitamini ilə zəngin olmaqla yanaşı, həm də soyuqdəyməyə qarşı çox effektlidir.

İspaniyada 1996-cı ildən “Aralıq dənizi dietası Fondu” fəaliyyət göstərir. Bu Fondun saytında sağlamlıq üçün faydalı olan çoxsaylı reseptlər və menyular yerləşdirilir. Fondun eksperti Ramon Estrux araşdırmaların nəticələrinə əsaslanaraq deyir ki, gündə beş xörək qaşığı zeytun yağı ürək-damar xəstəlikləri riskini əhəmiyyətli dərəcədə azaldır.

“İspaniyada adamlar daha çox meyvə, tərəvəz və paxla yeyirlər. Nəzərə almaq lazımdır ki, piylənmənin əsas mənbəyi bitki yağlarıdır, onlar da bundan çox az istifadə edirlər. Bitkilərdən hazırlanan qidalar isə faydalıdır. Qırmızı ət və tərkibində şəkər olan içkilərdən də uzaq durmaq lazımdır”, – Almaniyanın Qida Araşdırmalar İnstitutundan Mattias Şultse belə deyir.

Araşdırmaçılar düşünür ki, 2040-cı ilə qədər İspaniya “uzunömürlülər” reytinqində birinci yerdə olacaq. Burada orta yaş həddinin 85.8-ə çatacağı ehtimal olunur./Bizimyol.info

Xəbər 3267 dəfə oxunub.




30.07.2025  18:20 

“Sədərək”də yanğın oldu

30.07.2025  16:42 

Masazırda yol çökdü

30.07.2025  15:53 

Prezident 10,5 milyon manat ayırdı

30.07.2025  12:42 

Şıxlinskinin oğlu həbsdə qaldı

30.07.2025  12:33 

DSX-dən narkotik əməliyyatı

30.07.2025  11:11 

Sərxoş kişi Kür çayında batdı


BÜTÜN XƏBƏRLƏR +