İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili


02.12.2021  19:53 

“Nar“ Qaxda yenilənmiş mağazasını təqdim etdi





A+  A-

"Nar” paytaxtla yanaşı regionlarda da mərkəzlərini yeniləməklə müştərilərinə tam yeni satış və xidmət təcrübəsi təqim etməyə davam edir.

Mobil operator Qax şəhəri H. Əliyev prospekti 346 ünvanında yerləşən mağazasını yeni konseptə uyğunlaşdıraraq, müştərilərin ixtiyarına verib.

Qeyd edək ki, “Nar” mağazasında ziyarətçilərə nömrələrin satışı, bərpası, eyni zamanda dublikatının çıxarılması da daxil olmaqla, müxtəlif növ xidmətlər təqdim edilir. Yenilənmiş “Nar” mağazasında, həmçinin mobil telefonların, müxtəlif cihazların və aksesuarların satışı da həyata keçirilir. Bir sözlə, yenilənmiş “Nar” mağazasında müştərilərin müasir üslubda məlumat və xidmət alması təmin edilib.
“Nar” abunəçilərinə üstün və fərqli müştəri xidməti təcrübəsi təqdim etmək məqsədilə, mağazalarında yeni konseptin tətbiqini bütün ölkə boyu davam etdirməkdədir. Mobil operatorun paytaxt və regionlar üzrə yeni konsepsiyada təqdim etdiyi mağazalarının sayı 24 olub. Sizə yaxın olan satış və xidmət mərkəzlərinin ünvanları haqqında ətraflı məlumatı nar.az/map internet səhifəsindən öyrənə bilərsiniz.

"Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. “Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 91%-ni əhatə edir və 8780-dan artıq baza stansiyası ilə 2,3 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir. Mobil operator şəbəkə keyfiyyətinin davamlı təkmilləşdirilməsi strategiyası çərçivəsində səs keyfiyyətinin nəzərəçarpacaq dərəcədə artımını və səsin təmiz ötürülməsini təmin edən “HD-Voice” (High Definition Voice) xidmətini təqdim edib.

Xəbər 988 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

24.04.2024  10:02 

ABŞ İrana sanksiya tətbiq edib

22.04.2024  09:19 

Faktiki hava AÇIQLANDI

22.04.2024  08:26 

Bu yollarda tıxac var - Siyahı


BÜTÜN XƏBƏRLƏR +