İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili


02.12.2021  12:28 

Sərt karantin geri qayıdır? - AÇIQLAMA





A+  A-

Bildiyiniz kimi Covid-19-un “Omicron" ştammı dünyanın bir çox ölkələrində aşkarlanıb. Mütəxəssislər bildiriblər ki, yeni ştammın yayılma qabiliyyəti daha çoxdur və tezliklə bütün ölkələrə sıçraya bilər.

Əsas narahatedici, təşviş yaradacaq məqam bu virusun daha yoluxucu olmasıdır.
Vaksinlərin “Omicron” ştammından nə qədər qoruduğu məsələsinə gəldikdə isə mütəxəssislər qeyd edirlər ki, mövcud vaksinlər xəstəlik və ölümü azaltmaq üçün əhəmiyyətli olaraq qalır. Həmçinin, bir çox ölkələr öz sərhədlərini bağlayıblar.
Bu zaman sual yaranır: Azərbaycanda sərhədlərin bağlanmasına və sərt karantinə ehtiyac olacaqmı?

Məsələ ilə bağlı Milli Məclisin Səhiyyə Komitəsinin üzvü, millət vəkili Məlahət İbrahimqızı bildirib ki, Azərbaycanda hələ koronavirus xəstəsi müşahidə olunmadığı vaxtda hökumət konkret profilaktik qabaqlayıcı tədbirlər planı hazırladı:

“Sözsüz ki, dünyanın bir çox ölkələrində "Omicron" ştammının meydana çıxması ilə hökumət kompleks tədbirləri bir daha nəzərdən keçirəcək və gücləndirəcək. Əminəm ki, Azərbaycanda "Omicron" ştammı ilə bağlı təhlükə olmayacaq. Koronavirusun 6 ştmammı çıxsa da hələ bu günə qədər səhiyyənin ən çox inkişaf etdiyi güclü ölkələrdə belə 4 qızıl qaydadan əlavə bir kəşf olmayıb. Digər bütün ölkələrdə də eyni önləyici tədbirlərdir, tibbi maskalardan istifadə etmək, sosial məsafəni qorumaq, şəxsi gigiyena və ən vacibi isə vaksinləşmədir. Bir daha qeyd edirəm ki, bu pandemiya ilə bağlı heç bir həkimin, heç bir Səhiyyə Nazirliyinin, səhiyyə sisteminin təcrübəsi yoxdur.
Pandemiyanın ilk aylarında iki doza peyvəndin vurulması tövsiyə olundu, daha sonra gedişat göstərdi ki, üçüncü doza da vacibdir. Çünki vaxtaşırı koronavirusun yeni dalğaları olur. Hava damcı yolu ilə keçən koronavirus tipli viruslarda perodiklik var.

Məsələn bir dalğa gəlir, biraz səngiyəndən sonra yeni bir dalğa meydana çıxır. Bəzi infeksion xəstəliklər var ki, əhalinin, tibb elminin tanıdığı qızılca, sarılıq,qrip viruslarının ildə iki dəfə dalğası olur. Koronavirus insanlar arasında, tibb elmində yeni olduğuna görə ki, hər kəs görür ki, dalğalar bitmir. Ona görə də peyvənd 2+1 qaydası ilə vurulması tövsiyə olunub. Bəzi ölkələrdə hətta 4-cü doza da tövsiyə edilib. Bütün tibb elmi bu virusun qarşısında çaşqın vəziyyətdədir.

Digər tərəfdən düşünmürəm ki, Azərbaycanda elə katastrofik vəziyyət ola bilsin ki, sərhədlər bağlansın və yenidən ən sərt karantin qaydalarına dönüş olsun. Ölkədə virusun gedişatı ilə bağlı məsələlər müşahidə edilir. Hətta Zirvə Samittlərinin ən birinci mövzusu dünyada koronavirusla mübarizə məsələsidir. Hesab edirəm ki, yeni ştammla bağlı ən xırda təhlükə ehtimalı olanda Operativ Qərargah tərəfindən konkret tədbirlər görüləcək".

Millət vəkili Vüqar İsgəndərov qeyd edib ki, koronavirusun yeni ştammlarının meydana gəlməsi gözlənilən idi:

"Sayca 6-cı ştamm olan "Omicron" artıq inkişaf etmiş ölkələrdə də yayılmağa başlayıb. Hələki Azərbaycanda bu ştamma yoluxma halı aşkarlanmayıb. Lakin biz kosmosda yaşamırıq, təbii ki, bu ştammın ölkəmizdə üzə çıxması halı ola bilər. Sadəcə olaraq bununla bağlı qabaqlayıcı tədbirlərin alınması çox vacibdir. Qarşıdan isə Yeni il və Dünya azərbaycanlılarını həmrəyliyi günü gəlir. Bu baxımdan şəhərdə, parklarda toplu şəkildə insanlar olacaqlar. Ona görə də əvvəlcədən profilaktik işlərin görülməsini təmin etməliyik. Düşünürəm ki, hazrda heç bir təşvişə ehtiyac yoxdur və Operativ Qərargah tərəfindən hələki hansısa sərt karantin və ya sərhədlərin bağlanması ilə bağlı qərar verilməyib. Fikrimcə hazırda buna ehtiyac da yoxdur. Əlbəttə ki, arxayın olmaq olmaz. Bu bəladan ölkəmizdə də çoxlu insanlar həyatını itirib. Dünyada bu problemdən yeganə çıxış yolu kimi peyvəndləşmə tövsiyə olunur. Düşünürəm ki, insanların böyük əksəriyyəti mütləq peyvənd olunmalıdır. Çünki vaksin olunan insan yoluxsa da simptomları yüngül keçirir"./Bakupost.az



Xəbər 979 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

24.04.2024  10:02 

ABŞ İrana sanksiya tətbiq edib

22.04.2024  09:19 

Faktiki hava AÇIQLANDI

22.04.2024  08:26 

Bu yollarda tıxac var - Siyahı

20.04.2024  14:04 

Cavanşir Məmmədov vəfat edib


BÜTÜN XƏBƏRLƏR +