Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri


02.12.2021  10:12 

Onlar Tofiq Yaqublunu bu hala salanların cəzalandırılmasını TƏLƏB EDİR





A+  A-

Xəbər verdiyimiz kimi, dünən Saleh Rüstəmliyə azadlıq tələbilə Fəvvarələr Meydanında keçirilən aksiyada saxlanılan Milli Şura KM üzvü Tofiq Yaqublunun polis tərəfindən döyüldüyü iddia olunur.

Sosial şəbəkələrdə yayılan məlumatlara və özünün də iddia etdiyinə görə, onu vəhşicəsinə döyənlər polis əməkdaşları olub. Lakin DİN-in yaydığı məlumatda T.Yaqublunun polis tərəfindən döyülməsi təkzib olunur, araşdırma aparıldığı bildirilir.

Bu arada ictimaiyyət nümayəndələri, siyasətçilər, jurnalistlər kimliyindən və statusundan asılı olmayaraq Tofiq Yaqublunu bu hala salanların cəzalandırılmasını tələb edirlər. Onlar həmçinin şəhidlərin dəfn günü hər hansı bir aksiyanın təşkil edilməsinin doğru olmadığını bəyan edirlər.

XəzərNews.az onların bəzilərini təqdim edir:


Şahin Cəfərli/Politoloq:

Tofiq Yaqubluya qarşı zorakılıq ölkə adına utancverici hadisədir. Ölkə rəhbərliyi dərhal bu olayın araşdırılmasını və zorakılıqda, işgəncələrdə iştirakı olanların aşkarlanıb, barələrində tədbir görülməsini təmin etməlidir.

Siyasi məhbus Saleh Rüstəmlinin aclıq aksiyasına dövlət orqanlarının, siyasi hakimiyyətin laqeyd münasibəti də təəssüf doğurur. Ümumilikdə Azərbaycanda vətəndaşların konstitusion hüquqlarının təminatı sahəsində vəziyyət acınacaqlı olaraq qalır. Konstitusiyanın İkinci Bölmə, III Fəslində yazılanlar bu gün xəyal və əlçatmaz arzu kimi görünür, halbuki bunu hansısa xarici dairələr yazmayıb və ya zorla bizə yazdırmayıblar.

Müharibədəki qələbədən cəmi 1 il sonra ölkədə yaranmış mənzərə xoş deyil. İnsanlar sosial-iqtisadi problemlər və hüquqsuzluq məngənəsində əzilir. Rəsmi etiraf olunmayan iqtisadi böhran var, yoxsulluq getdikcə dərinləşir və genişlənir. Məyusluq artır.
Çarə, dəfələrlə vurğuladığımız kimi, hər sahədə real islahatlara getməkdir.

Elşad Eyvazlı/Jurnalist:

- Tofiq Yaqublunu o hala salanlar mütləq cəzalandırılmalıdır.

Şəhidlərin dəfni günü aksiya təşkil etmək isə Tofiq Yaqublunu o hala salanlardan da təhlükəlidi. Nəzərə alaq ki, bir qrup ictimai fəal Saleh bəyin azadlığa buraxılması üçün müraciət edir və müsbət cavab gözlənildiyi anda aksiya keçirilir.

Məntiqlə aksiyanı təşkil edən qüvvələrə Saleh bəyin azad edilməsi lazım deyil, Tofiq bəyin o hala salınması, aranın qarışdırılması lazımdı.

Xalq, dövlət matəm içində olarkən, aksiyanı necə keçirirsən… Tofiq bəyi döyənlərlə belə bir gündə aksiya keçirənlər Azərbaycanın düşmənləridir….

Xalid Kazımlı/Jurnalist:

Əksini deyən yoxdur, hamı deyir ki, Tofiq Yaqublunu bu hala salanlar cəzalandırılmalıdır. Onlar özlərini nə hesab edirlər? Elə bilirlər ki, xalq onlara da "dəmir yumruq" sahibi deyəcək? Adam Qarabağda can qoyub. 1992-ci ildə bir dəfə təkbaşına 3 terrorçunu zərərsizləşdirib, bir dəfə də kəşfiyyat dəstəsi ilə UAZ-la hərəkət edən 5 düşməni (biri mayor) pusquya salıb məhv edib, indi gəlib qalıb 5-6 yeyib-yatmışın əlində....

O adamlar cəzalandırılmalıdır...

Elnur Məhərrəmli/Jurnalist:

- Müharibədən sonra daha yaxşı bir Azərbaycanda yaşayacağımızı zənn edirdik. Hər fürsətdə deyirdik ki, Azərbaycan daha 3-5 il əvvəlki Azərbaycan olmayacaq.

Müharibədə əldə olunmuş möhtəşəm milli və siyasi həmrəylikdən sonra ölkədə siyasi mədəniyyətin, iqtidar-müxalifət münasibətlərinin də keyfiyyətcə yeni müstəviyə qalxacağını düşünürdük. Həmişəki kimi, yanılmışıq.

Kimliyindən asılı olmayaraq bir vətəndaşı polis idarəsində bu hala salmaq düşmən işidir!
Azərbaycana xəyanətdir!

İndiki zamanda iqtidara da ən böyük pislik, onu zəif göstərmək cəhdidir!

Asif Mərzili/Jurnalist:

- Tofiq Yaqublunun polis bölməsində döyülüb bu hala salınmasının adı yoxdur. Şəxsin siyasi mövqeyi onun Konstitusion hüquqlarının bu dərəcədə ayaq altına salınmasının familyası da yoxdur. Ən qısa vaxtda bu məsələyə ən azı nazir səviyyəsində hüquqi qiymət verilməlidir və bildiyim qədər, nazir Vilayət Eyvazov bunu edəcək...

Çünki siyasi mövqeyi bəlli şəxsin bu şəkildə döyülməsi Azərbaycanın bütün uğurlarına qara yaxmaq üçün xarici düşmənlərimizə tutalqa vermək deməkdir...

Adam döymək üçün Xocalı qətliamı Sarkisyan odur ey İrəvandadır...

Aida Eyvazlı/Jurnalist:

- Tofiq Yaqublunun üzündən bu qaralar silinib gedəcək. Heyif ki, Azərbaycanın üzünə çəkilən belə qaralar getmir...

Dövləti belə sarsıltmaq olmaz. Bizim dövlətin məhkəmələrinin hakimi olmayan hökmlərinin möhürüdür bu qaralar.

Bizim dövlətin ən zəif yeri məhkəmələrdir. Çünki yeni qanunlarla işləyən məhkəmələrdə hökmü köhnə quldur hakimlər verirlər.

Ələsgər Əhmədoğlu/Hüquqşünas:

- Bu o Tofiq Yaqubludur ki, özü 1-ci, tək oğlu 2-ci Qarabağ müharibəsində bu Vətəni qoruyub. Tofiq bəyin bu şəklini görən hüquq mühafizə orqanlarının rəhbərləri, məsul şəxslər, hökumət rəhbərləri nə düşünürlər? Bu utanc tablosundan yoxsa zövq alırlar? Baş prokurorluq işgəncəyə yol verən paqonlu məxluqları cinayət məsuliyyətinə cəlb etməlidir. Dərhal!

Qabil Abbasoglu/Jurnalist:

- Azərbaycanın gözünün altını beləcə qaraltdılar... Çox təəssüf. Bu, cinayətdir və törədənlər cəza almalıdır.
Dövlətin üzü bu deyil, olmamalıdır.

Fazil Əhməd/Jurnalist:

- Etiraz edəni döyməzlər, dinləyirlər, hətta sərt formada olsa da, fikir alış-verişi mədəniyyəti formalaşmayana qədər Tofiq Yaqublu kimi olayların sonu bitməz. Çox təəssüf.

Şərif Ağayar/Yazıçı:

- İşğal olunmuş ölkə kimi idarə edir, hərbi əsir kimi davranırlar.
Belə vətən olar?
Vaxtında çıxıb getmədiyimə hər gün daha çox təəssüf edirəm.

Valeh Hümbətoğlu/Siyasətçi

- Normal ölkələrdə Tofiq Yaqubluya qarşı polis zorakılığına görə rayonun bütün polis rəhbərliyi cinayət məsuliyyətinə cəlb olunardı.

Elnurə Abışova/Jurnalist:

- İstənilən şəxsə qarşı belə vəhşiliyi pisləyirəm. Günahı var, qanun çərçivəsində cəzasını alsın. Hüquqi dövlətdə yaşayırıq biz. Nə üçün əksini isbatlamağa çalışırsız?

Bahar Rüstəmli/Jurnalist:

- Tofiq Yaqublunun bu günkü görkəminə baxanda adam bu ölkədə yaşamaq istəmir...
Hara gedib, harda yaşayaq ki, döyülməyək.

Yusif Əli
XəzərNews.az







Xəbər 1163 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

08.05.2024  11:49 

Paşinyan Moskvaya yola düşüb

05.05.2024  15:54 

Sabahın havası açıqlandı

04.05.2024  10:46 

Adil Əliyevə ağır itki üz verib

01.05.2024  11:21 

Rövşən Rzayev vəfat edib

30.04.2024  13:58 

Sabahın havası açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +