Rusiyadakı azərbaycanlı miqrantları nə gözləyir?
Direktor işdən çıxarıldı
Naxçıvanda qaya uçqunu baş verib- (VİDEO)
Mərkəzi Bank uçot dərəcəsini azaltdı
Canlı yayım açıb dərman tövsiyə edən əczaçıları hansı cəza gözləyir? – VİDEO
Bu aktyor “Komedixana”ya qayıdıb
Mahsun Qırmızıgül Bakıda konsert verəcək
Bellevue azərbaycanlıları... - Amerikaya getmək asandır, yoxsa orda yaşamaq?
Məcburi köçkünlər yaşadıqları evləri nə zaman təhvil verəcək?
İlham Əliyev Banqladeşin Müstəqillik Günü ilə bağlı təbrik məktubu ünvanlayıb


28.11.2021  21:01 

Məzarı olmayan ŞƏHİD...





A+  A-

30 noyabr Şəhid Rövşən Sabir oğlu Lalayevin doğum günüdür. Yaşasaydı, yaxınlarıyla birgə 46 yaşını qeyd edərdi.

1975-ci ildə dünyaya göz açan Rövşən Bakının Nərimanov rayon hərbi komisarlığından çağrılaraq Milli Ordunun sıralarına daxil olub. Bir çox hərbi əməliyyatda fəal iştirak edib. Son döyüşü isə 1994-cü ilin aprelində Tərtərin Güllücə istiqamətində olub. Həmin döyüşdə itkin düşən 20 yaşlı Rövşən Lalayevdən bu günədək heç bir xəbər yoxdur. Sonradan Rövşənə rəsmən şəhid statusu verilsə də, 27 ildir, doğmalarının gözü yoldadır. Bu hiss bir an belə onları tərk etməyib: Bəlkə qapı döyülə və o, içəri daxil ola.

Şəhidin bacısı Məlahət Lalayevanın sözlərinə görə, qardaşına şəhid statusu verilsə də, onlar bu imtiyazdan istifadə edə bilmirlər. Səbəb isə vərəsiliyin olmamasıdır. Yəni valideynlərini itirən Rövşən həm də evli olmadığından varisi də yoxdur. Bacılarını isə varis saymırlar. Nə qədər paradoksal olsa da, şəhid bacıları şəhid imtiyazlarından kənarda qalıblar.

M.Lalayeva bildirib ki, itkin bacısı olmaq da ağırdır:

“Qardaş itkisi çox ağır dərddir. Amma fəxr edirəm ki, qardaşım Vətən uğrunda canını qurban verib. 1994-cü il aprelin 17-də Rövşənin itkin düşməsi xəbərini aldıq. O vaxtdan həmin tarixi qardaşımın anım günü kimi qeyd edirik. Amma bir məsələ var. Şəhid dəfn olunanda yaxınları gedib o məzarı ziyarət edib təskinlik tapırlar. Amma övladı itkin düşən valideynlərin, yaxınlarının hara gedəcəkləri bəlli deyil. Məzar yox, baş daşı yox. Biz hara gedib yaxınlarımızı ziyarət edək ki, az da olsa təskinlik tapaq. Çox çətindir.”

Məlahət xanımın hökumət rəhbərlərindən bir xahişi var: “Birinci Qarabağ savaşında təxminən 4 minə yaxın hərbiçimiz itkin düşmüş sayılır. Deməli, ən azı 4 min ailənin gözləri yoldadır. Onlar məzarları olmayan övladlarını yad etmək üçün hara getməli olduğunu bilmirlər. Biz hökumət nümayəndələrindən xahiş edirik ki, Bakıda, eləcə də digər bölgələrdə bu 4 min itkin düşmüş hərbiçinin şərəfinə Memorial kompleks ucaldılsın. Çünki az da olsa təskinlik tapmaq üçün bizim dərddə olan insanların bu cür ziyarətgaha çox ehtiyacı var.”

Sözsüz ki, 44 günlük müharibədə qazandığımız zəfərlə həm də şəhidlərimizin qanının yerdə qalmadığını sübut etdik. Məlahət Lalayeva da bu fikirlə tam razıdır: “44 günlük müharibə zamanı hər gün xəbərləri izləyirdim, gecələri yata bilmirdim, narahat idim. Kəndlərimizin, qəsəbələrimizin, şəhərlərimizin azad olunması xəbərlərini eşidəndə hönkür-hönkür ağlayırdım. Bütün xalqım kimi mən də çox sevincli idim. Bu möhtəşəm zəfərlə şəhidlərimizin, o cümlədən qardaşım Rövşənin qanının yerdə qalmadığını sübut etdik. İnşəallah, bu qələbələrin ardı bundan sonra da olar.

Biz bu gün Rövşənin doğum günündə onu yad edirik. Əslində biz bu anım mərasimilə bütün şəhidlərimizi, Vətən, Torpağ uğrunda canını fəda edənlərin hamsını yad edirik. Allah şəhidlərimizə rəhmət eləsin!”

Polad Toğay





Xəbər 1482 dəfə oxunub.




28.03.2024  17:05 

Krişjanis Karinş istefa verib

28.03.2024  16:57 

Marutyan tezliklə partiya yaradacaq

28.03.2024  15:04 

Ərdoğan Qarabağdan danışıb

28.03.2024  14:38 

“3 manatlıq supa görə...”

28.03.2024  14:34 

Bakıda hansı evlər bahalaşıb?

28.03.2024  12:19 

Sabahın havası açıqlanıb

28.03.2024  11:19 

Direktor işdən çıxarıldı

28.03.2024  10:53 

Eldar Əfəndiyev vəfat edib

28.03.2024  09:44 

Bu rayonlarda qaz olmayacaq


BÜTÜN XƏBƏRLƏR +