İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili


24.11.2021  23:30 

Görüşdən sonra: Gərginlik azalacaqmı?





A+  A-

Bir neçə gün öncə məlum oldu ki, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan dekabrın 15-də Avropa İttifaqının təşəbbüsü ilə Brüsseldə görüşəcəklər.

Bu xəbərin ardınca, Rusiya dərhal dünən elan etdi ki, iki lider bu həftənin cümə günü - noyabrın 26-da ``Prezident Vladimir Putinin təşəbbüsü ilə`` görüşəcək.

Bundan öncə Rusiya, noyabrın ortalarında - İkinci Qarabağ Müharibəsinin başa çatmasının ildönümündə, gözləndiyinin əksinə olaraq, liderləri görüşdürə bilməmişdi və əvəzində sərhəddə gərginlik zirvəyə dırmanaraq hər iki tərəfdən itkilərlə nəticələnən döyüşlərə səbəb olmuşdu.

Dünən Ermənistan Baş naziri elan edib ki, Ermənistan və Azərbaycanın müdafiə nazirləri bir-birilə danışır və ``ümid etmək olar ki, regionda sabitliyin bərpa olunmasına xidmət edəcək".

Bu bəyanat və liderlərin gözlənilən görüşü iki ölkə arasında sülh müqaviləsinin imzalanmasına ümidləri artırsa da, ötən həftə baş vermis döyüşlər əslində vəziyyətin nə qədər həssas olduğunu sübut etmiş oldu. İkinci Qarabağ müharibəsindən bəri ən çox itkilərlə müşayiət olunan döyüşlər bölgədə yeni müharibənin alovlanması təhlükəsini artırıb. Baş nazir Paşinyan da bu həftə Facebook vasitəsilə canlı yayımda müharibə təhlükəsinin "qalmaqda olduğunu" vurğulayıb.

İki ölkə arasında hazırda ən həssas məsələ Azərbaycanın istədiyi, Ermənistandan keçən və Yerevanın hələ ki, razılaşmadığı "Zəngəzur dəhlizi"dir. Bundan başqa, Ermənistan və Azərbaycan sərhədləri Sovet İttifaqı dağılandan sonra delimitasiya və demarkasiya edilməyib və kimin ordusunun harada durmalı olmasını rəsmiləşdirən qərar və ya razılaşma yoxdur. Dağlıq Qarabağın statusu məsələsinin isə, Ermənistan üçün hələ ki, prioritet olduğunu demək çətindir, Azərbaycan üçün isə belə bir məsələ artıq mövcud deyil.

``Bəhanə``

BBC News Azərbaycancaya danışan təhlilçilər yeni müharibə ehtimalı ilə bağlı narahatlıqların bölgədəki fərqli maraqların toqquşmasından irəli gəldiyini qeyd edirlər. Burada müharibədən sonrakı gərgin vəziyyətdə Qərb və Rusiyanın "ziddiyyətli mövqeləri" qeyd olunur.

Ermənistan-Azərbaycan sərhədindəki son hadisələr göstərir ki, regionda vəziyyət sakitləşməyib və Rusiya sülhməramlı kontingentinin səylərinə tələbat var, ötən həftə Rusiya Prezidenti Vladimir Putin deyib. Qarabağda hərbi qüvvə kimi təmsil olunan Moskva Azərbaycana öz təsirini genişləndirmək üçün gərginliyin mövcudluğunda maraqlı ola bilər, - Oxford Universitetinin təhlilçisi Leyla Əliyeva deyir.

"Rusiya göstərmək istəyir ki, vəziyyət təhlükəlidir, tərəflər bir-biri ilə vuruşur. Bu da, daha çox qoşun gətirmək üçün bir bəhanədir", o əlavə edir.

Ermənistanın Baş naziri Nikol Paşinyan ötən həftə deyib ki, mayın 12-dən başlanan hərəkətləri nəticəsində "Azərbaycan 41 min kvadrat kilometr suveren Ermənistan ərazisini işğal edib". Azərbaycan bundan əvvəl müharibədən sonra azad etdiyi öz ərazilərində sərhədlərini bərpa etdiyini bildirir.

Son onilliklər ərzində Ermənistanla Azərbaycan arasında hərbi toqquşmaların sayı az olmayıb, lakin indi artilleriyadan istifadə məsələnin daha ciddi olmasına dəlalət edir, Carnegie Mərkəzinin təhlilçisi Kirill Krivoşeyev yazır. "Məsələn, artilleriyadan istifadə məsələnin ciddi şəkildə cərəyan etdiyini göstərir - əks halda bu, avtomatdan atəş olardı".

Məqaləyə əsasən, hadisələrin çox ciddi olmasının daha bir əlaməti də hərbçilərin əsir götürülməsidir. Yeni eskalasiyanın olduğunu deyən bəzi şərhçilərə görə, tərəflər arasında beynəlxalq qurumların olmaması da ümumi təhlükəni artıran əlavə amil sayıla bilər.

Birbaşa danışıqlar

ABŞ-ın Azərbaycandakı sabiq səfir Richard Kauzlarich deyir ki, Moskva Minsk Qrupuna özünün birtərəfli səylərindən asılı olmayan addımlara imkan versəydi, "biz Azərbaycan və Ermənistan arasında" birbaşa ikitərəfli danışıqları dəstəkləmək üçün beynəlxalq çərçivəni "gücləndirə bilərdik". Belə olmadığı halda, siyasi şərhçi yenidən gərginləşmə perspektivini istisna etmir.



"İki ölkə sülh qurmaqdansa müharibəyə üstünlük verir. Hazırda isə bu şərtlər altında heç bir kənar güc - ABŞ, Qərb, Rusiya (əgər o, daimi sülh istəyirsə) onları sülh yolu ilə danışıqlara məcbur etmək üçün heç nə edə bilməz".

Hərçənd ki, Azərbaycanda ATƏT-də daxil, Rusiyaya tarazlıq yaradıldığı hesab olunan Qərb və beynəlxalq təhlükəsizlik strukturlarına münasibət tənqidi qalır. Bunu Azərbaycan hökumətinin rəsmi bəyanatlarından görmək olar, Leyla Əliyeva deyir. "Son 30 il ərzində erməni işğalı var idi. Amma heç kim buna ciddi reaksiya verməyib. Lakin bir balaca gərginlik olanda Qərbdən, ermənilərə dəstək reaksiyasını verirlər. Bu Qərbin nüfuzunu daha da aşağı salır".

Ötən həftə baş verən qarşıdurma Azərbaycan, Ermənistan və Rusiya arasında gözlənilən görüşün baş tutmayacağı barədə xəbərdən sonra yer alıb. Həmin görüşdə sərhədlər və "Zəngəzür dəhlizi" ilə bağlı hansısa bir sənədin imzalanması gözlənilirdi. Bəzi şərhçilərə görə, son döyüşlər həmin sənədlərin imzalanmasına yol verməmək üçün reaksiya sayıla bilər.

Siyasi şərhçi Zərdüşt Əlizadənin sözlərinə görə, Yerevan Moskvadakı görüşdə o cümlədən Zəngəzur yolunun açılması ilə bağlı daxildən gələn təzyiqlərə görə, bu məsələni bir yolla uzatmağa çalışıb. "Bilirdi ki, noyabrın əvvəlində gəlib otursa idi İlham Əliyevlə, qabağına qoyacaqdılar sənədləri ki, - imzala!", - Zərdüşt Əlizadə deyir.

BBC News Azərbaycancaya danışan Ermənistan Beynəlxalq Münasibətlər və Təhlükəsizlik İnstitutunun eksperti Ruben Mehrabyana görə, "tək bir yolun" blokadadan çıxarılmasında "israr edən" Azərbaycan vəziyyətdən "sui-istifadə edir" və "destruktiv mövqe" tutur.

Tərəflərin hərbi gərginlikdə maraqlı olduğuna dair bu cür qarşılıqlı ittihamlar yeni bir hal deyil. Lakin diqqəti çəkən odur ki, müharibədən sonra ilk irimiqyaslı döyüşlər iki ölkə arasında rəsmən müəyyən olunmamış sərhəd bölgəsində yer alıb. Əsas sual budur ki, bundan sonra belə döyüşlər yenidən alovlanıb nəzarət altından çıxa bilərmi?

Bu suala dəqiq cavab verən olmasa da, tərəflər arasında insidentlərin qarşısını almaq üçün müdafiə nazirləri səviyyəsində birbaşa rabitə xəttinin yaradılması barədə də razılığa gəliblər. Bu barədə ötən həftə Avropa İttifaqı Şurasının prezidenti Charles Michelin İlham Əliyev və Nikol Paşinyanla telefon danışıqlarından sonra açıqlanan məlumatda deyilir.

44 günlük müharibədən sonra Qarabağa sülhməramlı qüvvə yerləşdirən Rusiyanın bölgədə rolunun artdığı bir sıra təhlillərdə qeyd olunur. Həmçinin deyilir ki, son döyüşlərin də məhz Moskvanın müdaxiləsindən sonra dayanması Rusiyanın sabitlikdə maraqlı olduğunu təsdiqləyir.

Richard Kauzlarich-ə əsasən, Moskvanın mövqeyi elə də birmənalı deyil. "Rusiya regionda dominant oyunçu olub. Görünür, bu halda olduğu kimi, o, Ermənistanla Azərbaycan arasında döyüşlərə son qoymaq üçün öz maraqlarına uyğun gələndə müdaxilə edə bilər".

Moskvanın mövqeyi

BBC News Azərbaycancaya danışan Ermənistan Beynəlxalq Münasibətlər və Təhlükəsizlik İnstitutunun eksperti Ruben Mehrabyana görə, "tək bir yolun" blokadadan çıxarılmasında "israr edən" Azərbaycan vəziyyətdən "sui-istifadə edir" və "destruktiv mövqe" tutur.



Tərəflərin hərbi gərginlikdə maraqlı olduğuna dair bu cür qarşılıqlı ittihamlar yeni bir hal deyil. Lakin diqqəti çəkən odur ki, müharibədən sonra ilk irimiqyaslı döyüşlər iki ölkə arasında rəsmən müəyyən olunmamış sərhəd bölgəsində yer alıb.

44 günlük müharibədən sonra Qarabağa sülhməramlı qüvvə yerləşdirən Rusiyanın bölgədə rolunun artdığı bir sıra təhlillərdə qeyd olunur. Həmçinin deyilir ki, Moskvanın müdaxiləsindən sonra mümkün olan atəşkəs Rusiyanın qarşıdurmanın dərinləşməsində maraqlı olmadığını təsdiqləyir.

Richard Kauzlarich-ə əsasən, Moskvanın mövqeyi elə də birmənalı deyil. "Rusiya regionda dominant oyunçu olub. Görünür, bu halda olduğu kimi, o, Ermənistanla Azərbaycan arasında döyüşlərə son qoymaq üçün öz maraqlarına uyğun gələndə müdaxilə edə bilər".

Sərhəddə atəşkəsin pozulmasının son halı İkinci Qarabağ müharibəsindən sonra tərəflər arasında baş verən ən ciddi hərbi qarşıdurma hesab olunur.

Ermənistan Müdafiə Nazirliyi Ermənistan-Azərbaycan sərhədində 16 noyabr döyüşləri zamanı 6 hərbçisinin həlak olduğunu açıqlayıb. Müdafiə Nazirliyinin daha əvvəl yaydığı məlumatına görə, erməni tərəfindən döyüşlər nəticəsində 13 hərbçi əsir, 24 nəfər itkin düşüb.

Azərbaycan noyabrın 16-da Ermənistanla sərhəddə baş vermiş döyüşlər nəticəsində 7 hərbçisinin həlak olduğunu, 10 nəfərin yaralandığını bildirir.

Xəbər 1094 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

24.04.2024  10:02 

ABŞ İrana sanksiya tətbiq edib

22.04.2024  09:19 

Faktiki hava AÇIQLANDI

22.04.2024  08:26 

Bu yollarda tıxac var - Siyahı

20.04.2024  14:04 

Cavanşir Məmmədov vəfat edib


BÜTÜN XƏBƏRLƏR +