Qızıl Xaç Komitəsi Erməniəsilli şəxslərə yenidən baş çəkib
“ABŞ-Ermənistan sazişinin məqsədi Türkiyəni zəiflətməyə çalışmaqdır“ - Millət vəkili
Bir qrup vətəndaş Səhiyyə Nazirliyinin önündə etiraz etdi -VİDEO
Bu məktəbdə istilik niyə yoxdur?
Türkiyənin Azərbaycana yeni təyin olunan səfirindən Azərbaycanla bağlı paylaşım
Yardımlı sakinləri qaz və yol axtarışında - VİDEO
Prezidenti İlham Əliyev BƏƏ-yə işgüzar səfərə getdi
Palata UNEC-də yoxlama apardı - Nəticələr AÇIQLANDI
Bakıda gənc qadın falçının qurbanı oldu -VİDEO
Aleksandar Vuçiç İlham Əliyev təşəkkürünü bildirib


24.11.2021  17:46 

Overçuku Bakıya gətirən səbəb nədir?





A+  A-

Əliyev Overçuku qəbul etdi: Rusiya baş nazirinin müavini, kommunikasiyaların açılması üzrə üçtərəfli İşçi Qrupun üzvünün Soçi görüşündən iki gün öncə Bakıya səfəri noyabrın 26-da nəqliyyatın blokadadan çıxarılması ilə bağlı sənədin – bəyannamənin imzalanacağı gözləntisini önə çıxarır.

Öncə də yazdığımız kimi, ən optimal variant kommunikasiyanın açılması qrafikinin təsdiq edilməsi ola bilər: 1 mart tarixinə qədər hazırlanması və təsdiq üçün təqdim edilməsi nəzərədə tutulan qrafikin gecikməsi hazırda Bakı ilə yanaşı, Moskvanın da maraqlarına uyğun deyil.

Lakin sual yaranır: Overçuku Bakıya gətirən səbəb nədir?

Birincisi, qrafikin hazırlanması zamanı tarixlərin dəqiqləşdirilməsi ola bilər;

İkincisi, imzalanması mümkün olan sənədin-bəyannamənin mətni razılaşdırılır;

Üçüncüsü, kommunikasiyanın açılmasında Bakı üçün prioritet olan Zəngəzur dəhlizi ilə bağlıdır;

İlk iki səbəb üçün Overçukun Bakıya gəlişinə ehtiyac yoxdur, bu baxımdan, üçüncü səbəb daha aktualdır və görüşdən iki gün öncə Putin kommunikasiyanın açılması prosesində əsas məsul şəxsini Əliyevlə görüşə göndərirsə, bu, məhz Azərbaycanla hansısa məsələləri dəqiqləşdirmələrə ehtiyac olması deməkdir.

Rəsmi İrəvanın Zəngəzur dəhlizi ilə bağlı mövqeyi, eləcə də Paşinyanın son açıqlamaları o versiyanı önə çıxarır ki, Azərbaycanın Naxçıvanla əlaqəsini yaradacaq nəqliyyat xəttində Ermənistanın istəkləri nəzərə alınıb və ruslar Bakıda bunu müzakirə edirlər. Bu az ehtimaldır, çünki məsələnin bu formada müzakirəsi əlavə problemlərə yol açacaq:
- 10 noyabr üçtərəfli razılaşmasının kommunikasiyaların açılması üzrə bəndi pozulacaq və məsələnin yenidən nəzərdən keçirilməsinə zəmin yaranacaq;

- Bakı eyni şərtlərin – İrəvanın Zəngəzur dəhlizində yaratmaq istədiyi gömrük nəzarətinin Laçın dəhlizində də tətbiq edilməsini tələb edəcək;

- Rusiyanın bölgənin gələcəyi üzərində razılaşdığı Türkiyə də buna qarşı çıxacaq;

Nəticə etibarilə proses uzanacaq və bu, Moskvanın bölgədəki maraqlarına uyğun görünmür. Bu baxımdan, Putinin nümayəndəsini Soçi görüşündən iki gün öncə Bakıya gətirən səbəb açıq olaraq qalır.

Overçuk Əliyevlə görüşdən sonra İrəvana gedəcəksə, bu, proseslərə bir qədər aydınlıq gətirə bilər. Və məqsədin kommunikasiyanın açılması qrafiki üzrə sənədin-bəyannamənin razılaşdırılması olduğu versiyasını gücləndirə bilər.

Asif Nərimanlı


Xəbər 1430 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

14.01.2025  12:25 

Azərbaycanda un yenə bahalaşdı

13.01.2025  17:03 

Bakıda müğənni vəfat etdi

13.01.2025  12:54 

Sabahın havası necə olacaq?


BÜTÜN XƏBƏRLƏR +