“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto
Tramp Ermənistandakı istefalarla İrana qarşı mövqeyini ortaya qoydu - Politoloq
Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar


22.11.2021  13:35 

Pensiya yaşı azaldılsınmı: Fazil Mustafa ”HƏ”, Tahir Rzayev isə ”YOX” deyir





A+  A-

“Bütün deputat dostlarımın, həmkarlarımın fikirlərinə hörmətlə yanaşıram, lakin hesab edirəm ki, indiki halda pensiya yaşının azaldılması reallığı əks etdirmir. Reallıqlar nəzərə alınaraq qanun qəbul edilib, pensiya yaşı müəyyən edilibsə, fikrimcə, indi dəyişiklik etməyə ehtiyac yoxdur. Hazırkı reallıqda pensiya yaşının azaldılması büdcə üçün uyğun deyil”.

XəzərNews.az xəbər verir ki, bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Tahir Rzayev deyib.

O bildirib ki, bəzi ölkələrdə pensiya yaşı 67-68, hətta 70-dir: “Nəzərə almaq lazımdır ki, vergi yükü, digər iqtisadi, hərbi və ölkənin bərpası məsələləri var. Yəni, bu işlərin həlli üçün külli miqdarda vəsait lazımdır. Bütün bunlar dövlət tərəfindən ölçülüb-biçilir, daha sonra isə qərar qəbul edilir. Bəzi təkliflərin reallaşdırılması, problemlərin həlli indiki şəraitdə mümkün deyil. Azərbaycan ötən il ən böyük problemini həll edərək torpaqlarımızı işğaldan azad edib. Hesab edirəm ki, əsas diqqəti məhz bu sahəyə yönəltmək lazımdır. Həmin ərazilərin bərpası, Qarabağa qayıdış prosesi kimi məsələlərin həlli daha vacibdir. Lazım gələrsə, öz əmək haqqılarımızdan kəsib prosesə yönəltməliyik ki, vətəndaşlar dədə-baba yurdlarına qayıda bilsinlər, şərait qurub, gəlir əldə etsinlər. Reallığa əsasən, hazırda pensiya yaşının azaldılması büdcəyə uyğun deyil. Bu, yalnız bir neçə il sonra reallaşdırıla bilər”.



"Statistika nə deyirsə desin, Azərbaycanda yaş ortalaması çox deyil, əksər adam 70 ildən çox yaşaya bilmir. Ona görə də pensiya yaşı, fikrimcə, azaldılmalıdır. Xüsusilə də qadınlar üzrə pensiya yaşının azaldılmasına ehtiyac var".

Bu sözləri isə Milli Məclisin deputatı Fazil Mustafa deyib.

O bildirib ki, gənclərə işləmək üçün şərait yaradılmalıdır: "Bu, o deməkdir ki, ölkədə pensiya yaşı azaldılmalıdır. Hədəf qruplarının təxminən 50 faizi bu imkandan yararlana bilmir. Ona görə də həm gənclərə iş imkanı yaratmaq, həm də pensiya yaşına çatanların imkandan yararlanmasına şərait yaratmaq lazımdır. Təbii ki, bu, hazırda da pensiya yaşı olmasına baxmayaraq, əmək fəaliyyətinin qanunla məhdudlaşdırılmadığı vətəndaşlara şamil edilmir".

Xəbər 3170 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

15.12.2024  22:56 

Qubada ağır yol qəzası olub


BÜTÜN XƏBƏRLƏR +