Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”
Qaz limitinin ləğvi mümkündürmü? - Açıqlama


16.11.2021  12:22 

Həmsədrlər son insidentlərdən narahatdırlar - Bəyanat





A+  A-

ATƏT-in Minsk qrupu həmsədrləri Azərbaycan-Ermənistan sərhədində son insidentlərdən dərin narahatlıq bildirən bəyanat yayıb.

XəzərNews.az xəbər verir ki, ABŞ-dan Endrü Şofer, Rusiyadan İqor Xovayev və Fransadan Bris Rokfeyin adından yayılan bəyanatda həmsədrlər tərəfləri gərginliyi dərhal azaltmaqdan ötrü konkret addımlar atmağa çağırırlar.

Onlar tərəfləri qızışdırıcı ritorika və provokativ addımlardan çəkinməyə, 9 noyabr atəşkəs bəyanatı və digər atəşkəs razılaşmaları çərçivəsində öhdəliklərinə tam əməl etməyə səsləyirlər.

Bəyanatda deyilir ki, gərginliyin artması Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bütün qalan məsələlərin danışıqlar yoluyla, hərtərəfli və davamlı həllinə ehtiyac olduğunu göstərir.

Həmsədrlər tərəfləri iki ölkənin xarici işlər nazirlərinin Nyu-Yorkda və Minskdə Minsk qrupunun vasitəçiliyi ilə keçirilmiş görüşlərində əldə olunmuş proqresə əsaslanaraq, regionda təhlükəsizlik, sabitlik və rifah naminə birbaşa dialoqu davam etdirməyə çağırırlar.



Xəbər 3918 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +