Qərbin Ermənistan üçün yeni “Vudro vilSON” PLANI
Rusiyadakı azərbaycanlı miqrantları nə gözləyir?
Direktor işdən çıxarıldı
Naxçıvanda qaya uçqunu baş verib- (VİDEO)
Mərkəzi Bank uçot dərəcəsini azaltdı
Canlı yayım açıb dərman tövsiyə edən əczaçıları hansı cəza gözləyir? – VİDEO
Bu aktyor “Komedixana”ya qayıdıb
Mahsun Qırmızıgül Bakıda konsert verəcək
Bellevue azərbaycanlıları... - Amerikaya getmək asandır, yoxsa orda yaşamaq?
Məcburi köçkünlər yaşadıqları evləri nə zaman təhvil verəcək?


15.11.2021  15:51 

Paşinyan Karapetyanı niyə göndərdi və nələr ola bilər?





A+  A-

Ermənistan müdafiə naziri Arşak Karapetyanı işdən çıxdı: Baş nazirin müavini Suren Papikyan yeni nazir təyin olunub; Paşinyan Təhlükəsizlik Şurasının iclasında etiraf edib ki, Azərbaycan Ordusu bir neçə istiqamətdə irəliləyib və hadisələrin analizindən sonra Karapetyanın vəzifəsindən azad edilməsi qərarı qəbul olunub; Paşinyan Karapetyanı “günah keçisi” etdi:

Birincisi, sərhəddə üzləşdikləri biabırçı vəziyyətin məsuliyyətindən yayınır: Karapetyanın Qarabağa səfəri, 60 erməni hərbçinin sərhəddə irəliləmək cəhdi təkbaşına verdiyi qərar deyildi. Moskvanın istədiyi üçtərəfli görüşdən yayınan Paşinyan vaxt qazanmaq və görüşə qədər sərhəddə üstünlük qazanmaqla masaya əyləşmək istəyirdi. Cəhdlər nəticə vermədi:

- 60 erməni hərbçi ordumuz tərəfindən mühasirəyə aldı və geri qaytardı;
- Azərbaycan bir neçə kilometr məsafə irəlilədi;
- Erməni hərbçilərin Azərbaycan Ordusu qarşısında düşdükləri vəziyyətin görüntüləri Ermənistan ictimaiyyətində hakimiyyətə qarşı ciddi etiraz yaratdı;

Paşinyan çıxış yolunu baş verənlərin məsuliyyətini müdafiə nazirinin üzərinə qoymaqda gördü.

İkincisi, Karapetyanı qovan Paşinyan bununla Moskvanın qurmaq istədiyi masanı dağıtmaq istəyən tərəfin özü olmadığının mesajını verir: Karapetyan Rusiyaya yaxınlığı ilə tanınan hərbçi idi, onun nazir kimi əsas səfər ünvanlarının Moskva olduğu da bunu deməyə əsas verir; Nikol son hadisələrdə Moskvaya yaxın nazirin günahkar olduğu mesajını verməklə həm də “Rusiya barmağına” işarə edir;

Baş verənlər Paşinyana hərbi rəhbərlikdə kadr istəyini reallaşdırmaq şansı verdi: Karapetyanla yanaşı, baş qərargah rəisi Artak Davtyan da (Karapetyanın gedişindən sonra silah alışına görə Davtyana qarşı ittiham irəli sürüldüyünə dair məlumatlar diqqət çəkir) Moskvaya yaxın şəxsdir; Nikolun “sağ qolu” olaraq tanınan Papikyanın müdafiə naziri olması ən azı orduda balans yaratmağa imkan verə bilər;



Ermənistan müdafiə nazirinin dəyişdirilməsi hadisələrin mümkün inkişafına dair gözləntilər də yaradır:

- Günahı hərbçilərin üzərinə yıxan Paşinyan Moskvanın quracağı masaya gələ bilər: baş verənlər üçtərəfli masada razılaşmaq üçün Nikola imkan verir ki, erməni cəmiyyətinə “maraqlarımızı qorumaq üçün əlimizdən gələni etdik, razılaşmasaq daha çətin ola bilər” deyə bilsin; Azərbaycanın Gorus-Qafan yolundan sonra Qafan-Çakaten yolunda da gömrük məntəqəsi qurması da Paşinyanın ictimai rəydə haqq qazanmaq imkanlarını genişləndirir;

- Mülki şəxsin – Papikyanın nazir olması erməni ordusu daxilində köhnə zabitlərlə yeni rəhbərlik arasında narazılığın yaranması ilə nəticələnə bilər: bu məsələdə Davtyanın taleyi xüsusi rol oynayacaq;

Asif Nərimanlı

Xəbər 2733 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

28.03.2024  23:50 

Yevlaxda yol qəzası baş verib

28.03.2024  19:08 

Bişkekdə güclü fırtına

28.03.2024  18:58 

Sabah bu rayonda qaz olmayacaq

28.03.2024  17:41 

Rahib Əliyev vəfat edib

28.03.2024  17:10 

Larri Lloyd vəfat edib

28.03.2024  17:05 

Krişjanis Karinş istefa verib

28.03.2024  16:57 

Marutyan tezliklə partiya yaradacaq

28.03.2024  15:04 

Ərdoğan Qarabağdan danışıb

28.03.2024  14:38 

“3 manatlıq supa görə...”


BÜTÜN XƏBƏRLƏR +