Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”
Qaz limitinin ləğvi mümkündürmü? - Açıqlama


14.11.2021  14:03 

Temperatur aşağı düşəcək: intensiv yağış, qar yağacaq





A+  A-

Sinoptiklər ölkə ərazisində gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar xəbərdarlıq ediblər.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən XəzərNews.az-a verilən məlumata görə, noyabrın 16-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin qısa müddətə qeyri-sabit keçəcəyi, şimal-qərb küləyinin sürətinin saniyədə 15-20, arabir 23-28 metr olacağı, gecə və səhər yarımadanın bəzi yerlərində arabir 30-35 metrədək güclənəcəyi gözlənilir. Havanın arabir yağıntılı olacağı ehtimalı var. Havanın temperaturunun ötən günlərlə müqayisədə 4-7 dərəcə aşağı düşəcəyi ehtimal edilir.

Noyabrın 15-i axşam Azərbaycanın şərq rayonlarından başlayaraq 16-sı axşamadək hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı proqnozlaşdırılır. Bəzi yerlərdə intensivləşəcəyi, dağlıq ərazilərdə qar yağacağı bildirilir. Qərb küləyi əsəcək, sürəti arabir saniyədə 15-20 metr olacaq. Küləyin sürəyi ayrı-ayrı yerlərdə arabir saniyədə 28-33 metrədək güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə 4-7 dərəcə aşağı düşəcək. Çaylarda sululuğun artacağı ehtimal olunur.

Xəbər 3791 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +