Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri


12.11.2021  16:30 

Əhalinin belini sındıran bank faizləri - Ekspert rəyləri





A+  A-

Vətəndaşlar bankların təklif etdiyi istehlak kreditlərinin faiz dərəcələrinin yüksək olmasından gileylənirlər. Azərbaycanla müqayisədə Türkiyədə kredit faizləri dəfələrlə aşağıdır.

Məsələn, Türkiyə vətəndaşları komissiya və sığorta haqları da daxil olmaqla illik 1.5 faizlə istehlak kreditləri əldə edə bilirlər.

XezerNews.az xəbər verir ki, məsələ ilə bağlı bank üzrə ekspert, hüquqşünas Əkrəm Həsənov Bakupost.az -a bildirib ki, Azərbaycan banklarında kredit faizləri kifayət qədər yüksəkdir:

“Yəni bankın riski nə qədər çoxdursa, faiz də o qədər yüksək olur. Bank əgər bilirsə ki, sabah onun verdiyi kreditin qaytarılmama ehtimalı yüksəkdir, yaxud ən azı qaytarılmama cəhdi olacaq, məhkəməyə verəcək xərc çəkəcək, bu halda kredit faizini yüksək edir. Burada məhkəmələrdə və yaxud icra məmurları tərəfindən hətta banklara qarşı qanunsuzluqlar da var. Baklar bilirlər ki, məhkəmədə, icra orqanında onlardan qeyri-rəsmi xərclər çıxa bilər. Bu, bütövlükdə Azərbaycanda investisiya mühitinin əlverişsiz olmasıdır. Eyni zamanda Azərbaycanda məhkəmə, hüquq sisteminin problemləridir ki, burada əslində, bankaları günahlandırmaq olmur. Onlar başa düşür ki, sabah böyük problemləri ola bilər, ona görə də faizləri qaldırır. Məsələnin digər tərəfi isə bankların özünün vəsaitinin bahalı olmasıdır. Banklar axı öz pulunu kredit vermir. Bu gün sığortalanan əmanətlər 12%-lə banklara yerləşdirilir. Əgər əmanətçi kimi mən gedib 12% qazanıramsa bankdan, bank da məndən götürdüyü pulu təbii ki, daha yüksək faizlə verəcək”.



Ekspert bildirib ki, dünyanın heç bir ölkəsində 12%-lə əmanət yoxdur:

“Bizdə əmanət faizləri də yüksəkdir. Digər tərəfdən də Mərkəzi Bank uçot dərəcəsini qaldırıb. Yəni uçot dərəcəsi Mərəzi Bankın banklara verdiyi kredit faizinin dərəcəsidir. Bütün bunlar ona gətirir ki, Azərbaycanda kredit faizləri yüksək olsun. İnsanlara tövsiyəm odur ki, çox böyük ehtiyac varsa kredit götürsünlər, əks halda götürməsinlər. Çünki insanların gəlirləri yüksək olmadığı üçün bu problem ola bilər”.

İqtisadçı ekspert Natiq Cəfərli isə bildirib ki, faizlərin yüksək olmasına yeganə birbaşa təsir göstərən amil Mərkəzi Bankın uçot dərəcəsinin son vaxtlar 0,25 % qalxmasıdır:

“Bu isə banklara daha çox faiz artımına getməyə bir siqnal olub. Amma əsas problem ondan ibarətdir ki, Azərbaycanda bank sektorunda rəqabətsizlik mühiti hökm sürür. Bir neçə aparıcı banklar var ki, bu banklar bir-biri ilə rəqabət aparmaqdansa, uyğunlaşdırılmış faiz siyasəti aparırlar”.



İqtisadçı ekspert bildirib ki, Azərbaycana birbaşa xarici bankların girişi məhdud, yaxud çox azdır:

“Xarici bankların Azərbaycan bazarına, bank bazarına daxil olması daha böyük rəqabət mühiti yarada bilərdi. Eyni zamanda faizlərin, istehlak, avtomobil, mənzil, biznes kreditlərinin xeyli dərəcədə ucuzlaşmasına səbəb ola bilərdi. Yəni indiki dövrdə iqtisadi əsaslandırmadan daha çox rəqabətsizlik mühiti kredit faizlərinin yüksək olmasına təsir göstərir. Azərbaycan bank bazarında bir başa xarici böyük bankların fəaliyyəti yoxdur. Bir neçəsi var ki, yerli filiallar şəklində fəaliyyət göstərirlər. Onlar da yerli şərtlərə uyğunlaşmağa məcburdular. Ona görə bank sektorunda ciddi faizlərin artımının qarşısını almağın iqtisadi alətlərindən ən vacibi rəqabət mühitidir. Azərbaycan hökuməti və Mərkəzi Bank xarici bankların maneəsiz şəkildə bank bazarında fəaliyyət göstərməsinə şərait yaratmalıdır. Bildiyim qədərilə böyük bankların Azərbaycana marağı var. Məsələn, Gürcüstan kimi kiçik ölkədə Fransa, Amerikan bankaları birbaşa fəaliyyət göstərir. Amma Azərbaycanda belə bir şərait yoxdur”.


Xəbər 1483 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

05.05.2024  15:54 

Sabahın havası açıqlandı

04.05.2024  10:46 

Adil Əliyevə ağır itki üz verib

01.05.2024  11:21 

Rövşən Rzayev vəfat edib

30.04.2024  13:58 

Sabahın havası açıqlanıb

29.04.2024  15:24 

Tanınmış jurnalist vəfat edib


BÜTÜN XƏBƏRLƏR +