Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı


11.11.2021  16:55 

Azərbaycan futbolu ilə bağlı biabırçılıq...





A+  A-

Azərbaycan futbolu ilə bağlı biabırçılıqlar bir-birini əvəz etməkdədir.

XezerNews.az Apasport.az saytına istinadən xəbər verir ki, 2021/22 mövsümü yenicə start götürən Region Liqasında bənzəri görünməyən daha bir hadisə baş verib.

Əldə etdiyimiz məlumata görə, Şimal-Qərb regionu üzrə II turda keçirilən “Karvan” – “Göyəzən” oyunundan əvvəl stadiona toplaşan azarkeşlərdən pul yığılıb. Məsələ burasındadır ki, həyatda qalması üçün “Karvan”a yardım kompaniyası çərçivəsində yevlaxlılardan hərəyə 1 manatdan dəstək olmaq xahiş edilib. Ancaq heç kim buna məcbur edilməyib, proses könüllü şəkildə aparılıb.

Məlumatı əməkdaşımızla söhbətində “Karvan”ın baş məşqçisi Kənan Kərimov da təsdiqləyib. O, komandanı ayaqda saxlamaq üçün başqa variantlarının olmadığını söyləyib: “Ümumiyyətlə, bank hesabı açmışıq, bir çox iş adamlarına müraciət etmişik. Komandanı saxlamaq böyük vəsait tələb edir. Şəhərə afişalar vuruldu ki, insanların məlumatı olsun. Ən azı sevinməlidirlər ki, mənim sayəmdə futbol Yevlaxa qayıdıb. Oyun zamanı isə stadionda elə böyük məbləğ yığılmadı. Afişada da qeyd olunub ki, bu kompaniya “Karvan”a dəstək üçün aparılır. Bəzi insanlar bunu səhv başa düşdülər”.

Kərimov toplanan pulun məbləğini də açıqlayıb: “Orada cəmi 116 manat pul yığıldı. Goranboydan, Mingəçevirdən, Ləkidən gələn futbolçularımız var. Toplanan pulun üstünü də düzəldib yol xərci kimi onlara verdim. Bunu ondan ötrü eləmişik ki, heç olmasa digər rayonlardan gələn futbolçuların yol pulunu verə bilək. Yevlaxlı futbolçuların isə cibinə hələ bir manat da girməyib”.

Qeyd edək ki, vaxtilə Premyer Liqada çıxış edən “Karvan” 2004/05 mövsümündə bürünc, növbəti mövsüm isə gümüş mükafat qazanıb. Köklü klubumuz 2006/07 mövsümündə UEFA Kubokunun (indiki Avropa Liqasının) I təsnifat mərhələsində Slovakiya klubu “Spartak”ı (Trnava) üstələməklə bu turnirdə mərhələ adlayan ilk Azərbaycan klubu olub.

Xəbər 1983 dəfə oxunub.



24.04.2024  10:02 

ABŞ İrana sanksiya tətbiq edib


BÜTÜN XƏBƏRLƏR +