Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”
Qaz limitinin ləğvi mümkündürmü? - Açıqlama


11.11.2021  16:16 

“Müraciətlərin çoxu işsizliklə bağlıdır” - Deputat





A+  A-

“Əmək məhsuldarlığının yüksəldilməsi hər bir dövlətin qarşısına qoyduğu prioritet məsələlərdən biridir”.

XezerNews.az xəbər verir ki, bunu Milli Məclisin Gənclər və idman, Əmək və sosial siyasət, Aqrar siyasət, Regional məsələlər, Təbii ehtiyatlar, energetika və ekologiya komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.

Komitə sədri əmək məhsuldarlığının yüksəldilməsi istiqamətində hökumətin planları ilə maraqlanıb: “İş yerlərinin açılması məşğulluğun daha geniş miqyasda təmin olunmasına şərait yaradardı. Vətəndaşlarımızın yeni iş yerləri axtarmasına zərurət yaranıb. Məsələn, Gəncədə 4000-dən çox daimi iş yerinə ehtiyac olduğu halda, yeni açılan iş yerləri bundan dəfələrlə azdır. Müraciətlərin çoxu işsizliklə bağlıdır. Pandemiya dövründə də gördük ki, insanlar sosial iş yerlərinə o qədər də həvəslə getmirlər. İş yerlərinin açılması daha çox özəl sektorun üzərinə düşür. Amma özəl sektoru da təşviq etmək üçün işlər görülməlidir”.

Xəbər 3423 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +